Ağalıkənd — Vikipediya

Ağalıkənd
39°22′30″ şm. e. 48°34′41″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 4.195 nəf. (2009)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ1311[2]
Xəritəni göstər/gizlə
Ağalıkənd xəritədə
Ağalıkənd
Ağalıkənd

AğalıkəndAzərbaycan Respublikasının Biləsuvar rayonunun Ağalıkənd kənd inzibati ərazi dairəsində kənd.[3]

Toponimikası[redaktə | mənbəni redaktə et]

Oykonim ağalı (etn.) və kənd sözlərindən düzəlib, etnotoponimdir. 1917-ci ildə Ağamkənd adı ilə qeydə alınmış bu yaşayış məntəqəsi 1941-ci ilədək Sarpabad adlanmışdır. 1870-ci ilə aid bir sənəddə yaşayış məntəqəsinin keçmiş dilağarda tayfasının canşalı (cahanşahlı) tirəsinin ağalı nəsli tərəfindən salındığı haqqında məlumat verilir.[4]

Tarixi[redaktə | mənbəni redaktə et]

Tarixi abidələri[redaktə | mənbəni redaktə et]

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd rayonun cənub-şərqində, Muğan düzündə yerləşir. Əsgərabad, Aşağı Cürəli, Dərvişli, Təzəkənd kəndləri ilə sərhəddir.

Əhalisi[redaktə | mənbəni redaktə et]

İl Daimi əhali Kişilər Qadınlar
1999[5] 3518 1754 1764
2009[6] ↗4195 ↗2130 ↗2065

Tanınmış şəxsləri[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]

Kənddə 1100 təsərrüfat var. "Modul" tipli sudurulducü qurğu fəaliyyət göstərir.

Mədəniyyəti[redaktə | mənbəni redaktə et]

Kənddə Ağalıkənd kitabxana filialı,[7] Ağalıkənd Mədəniyyət Evi[8] və Ağalıkənd Poçt Şöbəsi (AZ1311)[9] fəaliyyət göstərir.

Kənddə 1 şadlıq evi mövcuddur.

Təhsil[redaktə | mənbəni redaktə et]

Kənddə Ağalıkənd tam orta məktəbi fəaliyyət göstərir.[10][11]

Din[redaktə | mənbəni redaktə et]

Kənddə 1990-cı ildə inşa edilmiş Ağalıkənd məscidi yerləşir.[12]

Səhiyyə[redaktə | mənbəni redaktə et]

Kənddə Ağalıkənd həkim məntəqəsi yerləşir.[13]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=41.
  2. https://www.e-gov.az/az/services/readwidenew/3544.
  3. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 39" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
  4. Ağalıkənd // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 14. ISBN 978-9952-34-155-3.
  5. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 71.
  6. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 78.
  7. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 24" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-04.
  8. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 72" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-04.
  9. "Azərbaycan Respublikası Biləsuvar Rayon İcra Hakimiyyəti. Poçt və Rabitə (bilesuvar-ih.gov.az)". 2021-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.
  10. "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Biləsuvar Rayon Təhsil Şöbəsi. Məktəblər (bilasuvar.edu.gov.az)". 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.
  11. "Biləsuvar rayonunda yerləşən təhsil müəssisələri barədə məlumat (bilesuvar-ih.gov.az)". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.
  12. "Seyyid Əliəsgər Behburlu (tərtibçi). Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi. Bakı: Beynəlxalq Əlhuda Nəşriyyatı, 2001, səh. 98" (PDF). 2019-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-05.
  13. "Biləsuvar rayonunda yerləşən səhiyyə müəssisələri barədə məlumat (bilesuvar-ih.gov.az)". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]