Ağabala Ağasəid oğlu — Vikipediya

Ağabala Ağasəid oğlu
Ümumi məlumatlar
Doğum tarixi 1860
Doğum yeri
Vəfat tarixi 1928
Vəfat yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti xanəndə

Ağabala Ağasəid oğlu (1860, Bakı1928, Bakı) — tanınmış Azərbaycan xanəndəsi, muğam bilicisi.

Həyat və yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Ağabala Ağasəid oğlu 1860-cı ildə Bakıda anadan olmuşdur. Erkən yaşlarından şeirə, musiqiyə həvəs göstərmiş, fars dilini öyrənərək Yaxın Şərq poeziyası ilə tanış olmuşdur. 1880-ci illərdə Bakıda yaradılan və şair Ağakərim Salikin evində toplanan "Məcməüş-şüəra" ədəbi məclisinin şeir və musiqi ilə müşayiət olunan, poeziya və muğam barədə maraqlı müzakirələr keçirilən yığıncaqlarında iştirak etmiş və bütün bunlar onun sənətkarlığının inkişafına güclü təsir göstərmişdir. Ağabala Ağasəid oğlu əsasən muğam məclislərində çıxış edirdi.[1]

Ağabala Ağasəid oğlu şeiri, musiqini bütün sevən, qiymətləndirən xanəndə olmuşdur. Onun yaradıcılığının başlıca xüsusiyyəti söz seçmək, onu dinləyiciyə aydın çatdırmaq bacarığı olmuşdur. O, ifa zamanı kəlmə və ifadələri aramla, musiqi cümləsinin tempinə və xarakterinə uyğun oxuyurdu. Ağabala Ağasəid oğlunun ifasında "Bayatı-Şiraz", "Rast", "Şur", "Segah-zabul" muğamları təsirliliyinə görə xüsusilə fərqlənir. Xanəndə Şirin Axundov, Mirzə Mansur Mansurov, Əhməd Bakıxanov, Mirzə Fərəc Rzayev kimi tarzənlərin müşayiətilə çıxış etmişdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ağabala Ağa Səid oğlu" (az.). Muğam Ensiklopediyası. 2022-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 mart 2019.
  2. Энциклопедия Азербайджанского Мугама. Б: Şərq-Qərb. 2012. səh. 37–38.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]