Ağacəbrayıl Abasəliyev — Vikipediya

Ağacəbrayıl Abasəliyev
Ümumi məlumatlar
Doğum adı Abasəliyev Ağa Cəbrayıl Ağasaleh oğlu
Doğum tarixi 26 iyul 1955(1955-07-26) (68 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, müəllim
Fəaliyyət illəri 1965-ci ildən
Janr muğam
Musiqi aləti kamança
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2006 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2015

Ağacəbrayıl Ağa Saleh oğlu Abasəliyev (26 iyul 1955, Bakı) — məşhur kamança ifaçısı, Azərbaycan Respublikasının xalq artisti

Həyatı[redaktə | mənbəni redaktə et]

Abasəliyev Ağa Cəbrayıl Ağa Saleh oğlu, 26.07.1955 tarixində Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə 6 nömrəli musiqi məktəbinə, Əməkdar artist Elman Bədəlovun sinfinə daxil olmuşdur. 3-cü sinifdə (1965) məktəblilər arasında Respublika Festivalının laureatı olmuşdur. 1970-ci ildə Asəf Zeynallı adına musiqi kollecinə daxil olub. 2-ci kursda olarkən (1972), Almaniyanin Rudolfstat şəhərində Tələbə və Gənclərin festivalının laureatı olmuşdur. Həmin ildə (1972) Opera və Balet teatrına Milli Üçlükdə iştirak etməyə dəvət olunmuş, 1975-ci ildə isə həmin teatrda ilk dəfə olaraq Azərbaycan Xalq Çalğı Alətləri ansamblnı yaratmışdır.

Bu ansamblla Rübabə Muradova, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova və s. tanınmış müğənnilər bir çox ölkələrdə qastrollarda müvəffəqiyyətlə çıxış etmişlər.

1974-cü ildə Ü. Hacıbəyov adına Dövlət Konservatoriyasına qəbul olunmuş, 1979-cu ildə Konservatoriyanın iki fakültəsini — Dirijorluq və Xalq Musiqisi İfaçısı-Solist bitirmişdir.

30 dekabr 2015-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.[1]

6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[2]

Ağa Cəbrayıl Abasəliyev 1992-1994-cü illərdə Müsavat Partiyası üzvü olmuşdur.[3]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Dərviş Parisi partladır (film, 1976) — Kamança ifaçısı

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. President. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 30 dekabr 2015. 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-30.
  2. President. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 6 may 2016. 2016-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.
  3. "Əli Mirəliyev: "Mən müsavatçı olmuşam"". musavat.com (az.). İstifadə tarixi: 2024-04-11.