Ağ rəngin simfoniyası — Vikipediya

Ağ rəngin simfoniyası
Fayl:Ağ rəngin simfoniyası (film, 2003).jpg
Janr sənədli
qısametrajlı
Rejissor İqbal Məmmədəliyev
Prodüser Elman Dadaşoğlu
Ssenari müəllifi Günel Mehri
Operatorlar Rəşad Nuriyev
Rüfət Məmmədoğlu
İstehsalçı Lider Televiziyası ("Azərbaycan" redaksiyası)
İlk baxış tarixi 29 iyun 2003, Lider Televiziyası
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Müddət 23 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2003
Rəng rəngli

Ağ rəngin simfoniyası qısametrajlı sənədli televiziya filmi rejissor İqbal Məmmədəliyev tərəfindən 2003-cü ildə çəkilmişdir. Film Lider Televiziyasında istehsal edilmişdir. Bütün çirkabları üzə çıxaracaq qədər təmiz, saf bir rəng olan ağ rəng yaradılışla bağlıdır. Ağ rəng təmizlik, səmimiyyət, bakirəlik və azadlıq rəmzidir. Elmi-kütləvi filmdə bu rəngin anlamları açıqlanır.

Məzmun[redaktə | mənbəni redaktə et]

Bütün çirkabları üzə çıxaracaq qədər təmiz, saf bir rəng olan ağ rəng yaradılışla bağlıdır. Ağ rəng təmizlik, səmimiyyət, bakirəlik və azadlıq rəmzidir. Elmi-kütləvi filmdə bu rəngin anlamları açıqlanır.

Yüngül, soyuq rəngdir. Sakitləşdirici təsirə malikdir. Bütün tünd rənglərlə əla görünür. Ayı tərənnüm edir. Avropa ölkələrinin əhalisi üçün ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı, bir sıra Şərq ölkələri, o cümlədən YaponiyadaÇində matəmi və təhlükəni bildirir.[1] İnsanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir.[2]

İstisna hallar hesaba alınmazsa, ağ rəng dünyanın bütün xalqlarında, xatırlatdığımız kimi, uğur, xoşbəxtlik, paklıq, düzlük, ehtiram və s. bildirir. Hətta bütün rənglərin ağ rəngdən törəməsi fikri də var və bu səbəbdən o, "ana rəng" adlanır. Bu doğrudan da belədir. Qırmızı, qara, sarı, yaşıl, mavi rənglərdə olan parça, ip və s. nəsnələri ağ rəngli etmək mümkün olmadığı halda, ağ rəngli nə varsa boyalar vasitəsi ilə digər rəngli etməyin heç bir çətinliyi yoxdur.[3]

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Günel Mehri
Rejissor: İqbal Məmmədəliyev
Operator: Rəşad Nuriyev, Rüfət Məmmədoğlu
Prodüser: Elman Dadaşoğlu

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Hər bürcün özünəməxsus rəngi var". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-17.
  2. "Tənbəllik yaradan rənglər". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-17.
  3. "Ağ". 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-17.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
2003-cü ilin Azərbaycan filmləri
2000-ci illər Azərbaycan filmlərinin siyahısı