36 kadr (film, 1996) — Vikipediya
36 kadr | |
---|---|
36 kadr | |
Janr | qısametrajlı dram |
Rejissor | Rövşən İsgəndərov |
Prodüser | Şamil Nəcəfzadə |
Ssenari müəllifi | Rövşən İsgəndərov |
Baş rollarda | Səbinə Minasazova Kamran Şahmərdanov Kamran Əhmədov |
Operator | İzzət Əzizov |
Rəssam | Rəfael Əlizadə |
İstehsalçı | "Sabah" yaradıcılıq birliyi (Azərbaycan televiziyası) |
İlk baxış tarixi | 1996 |
Filmin növü | qısametrajlı bədii televiziya filmi |
Müddət | 18 dəq. |
Ölkələr | Azərbaycan |
Dillər | mətnsiz, titrlər azərbaycancadır |
İl | 1996 |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı, Nəbatət bağı |
36 kadr qısametrajlı bədii televiziya filmi rejissor Rövşən İsgəndərov tərəfindən 1996-cı ildə ekranlaşdırılmışdır. Film "Sabah" yaradıcılıq birliyində istehsal edilmişdir. Filmdə rolları Səbinə Minasazova, Kamran Şahmərdanov və Kamran Əhmədov ifa edirlər. Film həssas qəlbə malik olan, peşəsinin vurğunu fotoqrafın son gününü əks etdirir.
Məzmun
[redaktə | mənbəni redaktə et]Film həssas qəlbə malik olan, peşəsinin vurğunu fotoqrafın (Kamran Şahmərdanov) son gününü əks etdirir. Fotoqraf aşiq cütlüyün (Səbinə Minasazova-Kamran Əhmədov) fotolarını çəkir. Çəkdiyi kadrlar bəlkə də onun şah əsərləri olacaqdı. Cütlük yaxşı şəkillərin alınması üçün əllərindən gələni edirlər. Bir çox çəkilişlərdən sonra qəflətən fotoqraf fotoaparatına lent qoymadığını görür və çox pərt olur. Bunu görən cütlük həvəsdən düşərək ondan uzaqlaşırlar. Bu hadisə fotoqrafa çox sarsıdıcı zərbə vurur, səhvini özünə heç cür bağışlaya bilmir və sarsıntıdan xəstəliyə tutulur. Nəticədə mənəviyyatı alt-üst olan fotoqraf tənha studiyasında ömrünü tapşırır...
Film haqqında
[redaktə | mənbəni redaktə et]- Film rejissorun diplom işidir.
Filmin üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]Ssenarist: Rövşən İsgəndərov
Rejissor: Rövşən İsgəndərov
Operator: İzzət Əzizov
Prodüser: Şamil Nəcəfzadə
Rəssam: Rəfael Əlizadə
Rollarda
[redaktə | mənbəni redaktə et]Səbinə Minasazova — qız
Kamran Şahmərdanov — fotoqraf
Kamran Əhmədov — oğlan