20 müstəqil il (film, 2011) — Vikipediya

20 müstəqil il
Janr sənədli
qasımetrajlı
tarixi
Rejissor Musa Bayraqdarov
Prodüser Yaqut Tapdıqqızı
Operatorlar Elman Əliyev
Turab Məmmədov
Turan Mustafayev
Ramil Məmmədov
İstehsalçı Lider televiziyası
İlk baxış tarixi 18 oktyabr 2011
Filmin növü qasımetrajlı sənədli televiziya filmi
Müddət 31 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2011
Rəng rəngli

20 müstəqil il qısametrajlı sənədli televiziya filmi rejissor Musa Əliyev tərəfindən 2011-ci ildə çəkilmişdir. Film Lider televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunub. Burada 20 il ərzində tariximizdə baş verən əhəmiyyətli hadisələr vərəqlənir.

Məzmun[redaktə | mənbəni redaktə et]

XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd — Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.[1]

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

Film Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunub. Burada 20 il ərzində tariximizdə baş verən əhəmiyyətli hadisələr vərəqlənir.

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Müəllif: Günay Yelmarqızı
Rejissor: Musa Əliyev
Operator: Elman Əliyev, Turab Məmmədov, Turan Mustafayev, Ramil Məmmədov Prodüser: Yaqut Tapdıqqızı

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Milli müstəqillik günü". 2022-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-19.