2024 Yay Olimpiya Oyunları — Vikipediya

2024 Yay Olimpiya Oyunları
fr. Jeux olympiques d'été de 2024
Loqonun şəkli
Şəhər Paris
İdmançıların sayı 10.500[1]
Açılış mərasimi 26 iyul 2024
Bağlanış mərasimi 11 avqust 2024
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2024 Yay Olimpiya Oyunları — iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Parisdə keçiriləcək idman tədbiridir.

2017-ci il iyulun 11-də BOK-un İsveçrənin Lozanna şəhərində keçirilən fövqəladə sessiyası 2024 və 2028-ci il Olimpiya oyunlarına ev sahibliyi edəcək şəhərlərin eyni vaxtda seçilməsi təklifi təsdiq edildi.[2] 31 iyul 2017-ci ildə Beynəlxalq Olimpiya Komitəsi 2028 Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün Los-Anceleslə razılaşma əldə olundu. Bununla Parisin 2024 Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcəyi də dəqiqləşdi.[3] 13 sentyabr 2017-ci il tarixində Perunun paytaxtı Limada keçirilən BOK-un 131-ci sessiyasında hər iki Olimpiya oyununun ev sahibləri rəsmi şəkildə açıqlandı.[4]

Seçim prosesi[redaktə | mənbəni redaktə et]

Paris, Hamburq, Budapeşt, RomaLos-Anceles iddiaçı şəhərlər idi. Hamburq referendum keçirdikdən sonra 29 noyabr 2015-ci ildə öz namizədliyini geri götürdü.[5] Roma 21 sentyabr 2016-cı ildə maliyyə çətinliklərini əsas gətirərək geri çəkildi.[6] 22 fevral 2017-ci ildə namizədlik əleyhinə olan petisiya kifayət qədər imza topladığı üçün Budapeşt şəhəri öz namizədliyindən imtina etdi.[7][8][9]

Üç şəhərin namizədliyini geri götürməsindən sonra BOK-un İcraiyyə Şurası 2024 və 2028-ci illər üçün seçim proseslərini müzakirə etmək üçün 9 iyun 2017-ci ildə Lozannada iclas keçirdi.[10][11] Beynəlxalq Olimpiya Komitəsi rəsmi şəkildə 2024 və 2028-ci il Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərlərin 2017-ci ildə eyni vaxtda seçilməsi təklifini irəli sürdü, bu təklif 11 iyul 2017-ci ildə Lozannada BOK-un Fövqəladə Sessiyasında təsdiqləndi.[11] BOK Los-Anceles 2024 və Paris 2024 təklif komissiyaları ilə birlikdə 2024 və 2028-ci illərdə hansı şəhərin Oyunlara ev sahibliyi edəcəyini və hər iki seçimin eyni vaxtda edilməsinin mümkün olub-olmadığını müəyyələşdirmək üçün prosesə başladı.[12]

Ev sahibi şəhərin seçilməsi[redaktə | mənbəni redaktə et]

13 sentyabr 2017-ci ildə Peruda, Lima şəhərində BOK-un 131-ci sessiyasında Parisin ev sahibliyi təsdiqləndi. Olimpiya Xartiyasının qaydalarına əsasən iki fransız BOK üzvü Qay Drut və Toni Estanget səsvermədə iştirak edə bilmədi.

2024 Yay Olimpiya Oyunları
səsvermə nəticələri
Şəhər Ölkə Səslər
Paris Fransa Fransa Konsensus

İrəliləyiş və hazırlıqlar[redaktə | mənbəni redaktə et]

Məkanlar[redaktə | mənbəni redaktə et]

Olimpiya tədbirlərinin əksəriyyəti Paris şəhərində və onun qonşu şəhərləri Sent-Denis, Le Burge, Nanter, Versal və Ver-sur-Marn şəhərləri daxil olmaqla metropoliten bölgəsində keçiriləcək.[13][14]

Həndbol turnirləri ev sahibi şəhərdən 225 km (140 mil) məsafədə olan Lilldə keçiriləcək; yelkənli idman yarışları və bəzi futbol oyunları Parisdən 777 km (483 mil) məsafədə olan Aralıq dənizi sahilində yerləşən Marsel şəhərində keçiriləcək. Sörfinq yarışlarının Parisdən 15,716 km (9,765 mil) məsafədə yerləşən Fransa Polineziyasının ərazisindəki Teahupoo kəndində keçirilməsi planlaşdırılır. Bordo, Desine-Şarpi (Lion), Nant, NitsaSent-Etyen kimi digər beş şəhərdə futbol tədbirlərinə ev sahibliyi edəcək.

İdman növləri[redaktə | mənbəni redaktə et]

Beynəlxalq Olimpiya Komitəsinin 2017-ci ildən qüvvədə olan hazırkı qaydalarına uyğun olaraq Yay Olimpiya Oyunlarının proqramına 28 məcburi "əsas" idman növü və hər olimpiadada dəyişdirilə bilən ən çox altı əlavə idman növü daxildir.

Yarışın Təşkilat Komitəsi həmin ölkədə yarışa marağı artırmaq üçün Olimpia Oyunlarının başlamasından ən azı beş il qabaq əlavə seçilmiş idman növlərini Beynəlxalq Olimpiya Komitəsinə təqdim edilməli olan siyahıya daxil edir.[15][16] Ümumi idmançı sayı bütün idman növləri üzrə olan yarışlarda 10500 nəfəri keçməməlidir.[1]

Təqvim[redaktə | mənbəni redaktə et]

Aşağıdakı cədvəl 2024-cü ilin martında yayımlanan məlumatları özündə göstərir. Oyunlar başlayana qədər təqvimdə dəyişikliklər edilməsi mümkündür.[17]

Bütün tarixlər Mərkəzi avropa yaz saatı ilə göstərilib (UTC+2)
AM Açılış mərasimi Yarışlar 1 Qızıl medal yarışları BM Bağlanış mərasimi
İyul/Avqust 2024 İyul Avqust Yarışlar
24
Çər
25
C.a
26
Cüm
27
Şən
28
Baz
29
B.e
30
Ç.a
31st
Çər
1st
C.a
2nd
Cüm
3rd
Şən
4
Baz
5
B.e
6
Ç.a
7
Çər
8
C.a
9
Cüm
10
Şən
11
Baz
Mərasimlər AM BM
Su idmanları Sinxron üzgüçülük 1 1 2
Suya tullanma 1 1 1 1 1 1 1 1 8
Üzgüçülük marafonu 1 1 2
Üzgüçülük 4 3 5 3 5 4 3 4 4 35
Su polosu 1 1 2
Kamandan oxatma 1 1 1 1 1 5
Yüngül atletika 2 1 5 3 4 5 5 5 8 9 1 48
Badminton 1 1 1 2 5
Basketbol Basketbol 1 1 2
3×3 Basketbol 2 2
Boks 1 2 2 4 4 13
Brekdans 1 1 2
Kanoe Slalom 1 1 1 1 2 6
Sprint 3 4 3 10
Velosiped sürmə Yol velosipedi 2 1 1 4
Cığır velosipedi 1 1 2 2 2 1 3 12
BMX 2 2 4
Dağ velosipedi 1 1 2
Atçılıq 2 1 1 1 1 2
Qılıncoynatma 2 2 2 1 1 1 1 1 1 12
Otüstü hokkey 1 1 2
Futbol 1 1 2
Qolf 1 1 2
Gimnastika Bədii 1 1 1 1 3 3 4 14
Ritmik 1 1 2
Batut 2 2
Həndbol 1 1 2
Cüdo 2 2 2 2 2 2 2 1 15
Müasir beşnövçülük 1 1 2
Avarçəkmə 2 4 4 4 14
Yeddili reqbi 1 1 2
Yelkən 2 2 2 2 2 10
Atıcılıq 1 2 2 2 1 1 1 2 1 2 15
Skeytbordinq 1 1 1 1 4
Dırmaşma idmanı 1 1 1 1 4
Sörfinq 2 2
Stolüstü tennis 1 1 1 1 1 5
Taekvondo 2 2 2 2 8
Tennis 1 2 2 5
Triatlon 1 1 1 3
Voleybol Çimərlik voleybolu 1 1 2
Voleybol 1 1 2
Ağır atletika 2 2 2 3 1 10
Güləş 3 3 3 3 3 3 18
Gündəlik medal yarışları 14 13 18 12 19 18 23 27 20 18 15 21 25 34 39 13 329
Cəmi 14 27 45 57 76 94 117 144 164 182 197 218 243 277 316 329
İyul/Avqust 2024
24
Çər
25
C.a
26
Cüm
27
Şən
28
Baz
29
B.e
30
Ç.a
31st
Çər
1st
C.a
2nd
Cüm
3rd
Şən
4
Baz
5
B.e
6
Ç.a
7
Çər
8
C.a
9
Cüm
10
Şən
11
Baz
Cəmi yarışlar
İyul Avqust

Olimpiadanın açılışı[redaktə | mənbəni redaktə et]

Ölkələrin göstərdiyi nəticələrı[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Iveson, Ali. "ICC forms Olympic Working Group to prepare bid for Los Angeles 2028 inclusion". Inside the Games. 10 avqust 2021. 10 avqust 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 avqust 2021.
  2. "IOC Executive Board approve joint awarding plans for 2024 and 2028 Olympics". Inside the Games. 9 iyun 2017. 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-06.
  3. Wharton, David. "Los Angeles makes deal to host 2028 Summer Olympics". Los Angeles Times. 31 iyul 2017. 2017-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 mart 2024.
  4. "Olympic Games: Paris & LA to host 2024 & 2028 respectively". BBC Sport. 2020-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 mart 2024.
  5. "Five world-class cities in strong competition for Olympic Games 2024 – IOC to contribute USD 1.7 billion to the local organising committee" (Press-reliz). Lausanne, Switzerland: Beynəlxalq Olimpiya Komitəsi. 16 sentyabr 2015. 18 sentyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 September 2015.
  6. "Rome 2024 Olympic bid collapses in acrimony". BBC News. 21 sentyabr 2016. 21 sentyabr 2016 tarixində arxivləşdirilib.
  7. "2024 Olympics: Budapest to drop bid to host Games". BBC Sport. 22 fevral 2017. 23 fevral 2017 tarixində arxivləşdirilib.
  8. Mather, Victor. "Budapest Withdraws Bid to Host 2024 Summer Olympics". The New York Times. 22 fevral 2017. 26 iyul 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 fevral 2017.
  9. Wharton, David. "Budapest to withdraw bid for 2024 Olympics, leaving L.A. and Paris as only contenders". Los Angeles Times. 22 fevral 2017. 23 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 mart 2024.
  10. "Meeting of the IOC Executive Board in Lausanne – Information for the media". Olympic.org. 19 may 2017. 22 iyun 2017 tarixində arxivləşdirilib.
  11. 1 2 "IOC Executive Board approve joint awarding plans for 2024 and 2028 Olympics". Inside the Games. 9 iyun 2017. 1 avqust 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 yanvar 2023.
  12. Livingstone, Robert. "Bach Says Paris and LA Mayors Are 'Optimistic' About Agreement After Initial Discussions - GamesBids.com". gamesbids.com. 12 iyul 2017. 1 avqust 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 yanvar 2023.
  13. "Paris 2024 Competition Venue Concept Map". Paris 2024 (ingilis). 18 mart 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  14. "Paris 2024 Les Sites des Compètition". Paris 2024 (fransız). 18 mart 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  15. Owen, David. "Big changes to Olympic sports program on way after Agenda 2020 Summit". Inside the Games. 19 iyul 2014. 12 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2021.
  16. "Olympic Agenda 2020 Recommendations" (PDF). IOC. 10 avqust 2015 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 23 iyun 2015.
  17. "OLYMPIC SCHEDULE". 12 mart 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2024.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]