2013 Futbol üzrə Azərbaycan Superkuboku — Vikipediya

2013 Futbol üzrə Azərbaycan Superkuboku
Tarix 23 oktyabr 2013
Yer İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionu, Naxçıvan
Hakim Rəhim Həsənov
Tamaşaçı 9800
1995

2013 Futbol üzrə Azərbaycan SuperkubokuAzərbaycan Superkuboku uğrunda baş tutnuş hesab olunan sayca 4-cü turnir. Oyun 23 oktyabr 2013-cü ildə İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionunda keçirilmişdir[1]. Superkubok oyununda Topaz Premyer Liqasının qalibi "Neftçi" və Azərbaycan kubokunun finalçısı "Xəzər-Lənkəran" komandaları üz-üzə gəlmiş və oyun "Xəzər-Lənkəran"ın 2:1 hesablı qələbəsi ilə başa çatmışdır[1].

18 il sonra[redaktə | mənbəni redaktə et]

Futbol üzrə Azərbaycan Superkuboku bu adla ilk dəfə keçirilsə də, bundan hələ 18 il əvvəl[2]1995-ci ildə sonuncu Superkubok matçı "Səhər" qəzetinin təşəbbüsü ilə baş tutmuşdur. 2013-cü ildəki bu oyun Azərbaycan Superkuboku uğrunda baş tutnuş hesab olunan sayca 4-cü turnir olsa da, əslində 1993 "Səhər" qəzetinin Superkuboku1995 "Səhər" qəzetinin Superkuboku matçlarından sonra üçüncü oyun idi. Maraqlısı odur ki, baş tutan hər üç matçda da rəqiblərdən biri Bakının "Neftçi" komandası olmuşdur. 1994-cü ildə isə "qızıl dubl" müəllifi olan "Qarabağ" klubu "het-trik"i rəsmiləşdirmişdir[2].

Oyun[redaktə | mənbəni redaktə et]

90-cı dəqiqədəki qolun müəllifi Rasim Ramaldanov

Rəhim Həsənovun baş hakim olduğu oyunun birinci hissəsində "Xəzər-Lənkəran" Etame Mbillanın 28-ci dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə irəli çıxmışdır[1].

Oyunun ikinci hissəsində Sadio Tounkara 64-cü dəqiqədə aldığı ikinci sarı vərəqədən sonra qızmızı kart görmüş və "Xəzər-Lənkəran" oyunu 10 nəfərlə davam etdirmişdir. 4 dəqiqə sonra – 68-ci dəqiqədə "Neftçi" Karlos Kardosonun qolu ilə hesabı bərabərləşdirsə də bir nəfər azlıqda oynayan "Xəzər-Lənkəran" Rasim Ramaldanovun 90-cı dəqiqədə vurduğu qolla matçdan 2:1 hesablı qələbə ilə ayrılaraq ilk dəfə Azərbaycan Superkubokunun sahibi olmuşdur[3].

Oyunun nəticələri[redaktə | mənbəni redaktə et]

23 oktyabr 2013
15:00
"Xəzər-Lənkəran" 2 : 1
Hesabat
"Neftçi"
Etame Mbilla Qol 28'
Rasim Ramaldanov Qol 90'
Qollar Karlos Kardoso Qol 68'
İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionu
Tamaşaçı: 9800
Hakim: Azərbaycan Rəhim Həsənov
GK 33 Duqlas Leite Booked in the 86-cı minute 86'
DF 3 Vanderson Skarduelli
DF 4 Alvaro Silva
DF 6 Rasim Ramaldanov Booked in the 36-cı minute 36'
MF 7 Sadio Tounkara Booked in the 26-cı minute 26', Booked in the 64-cü minute 64', Yellow cardYellow cardRed card
MF 10 Elnur Abdullayev Booked in the 90+6-cı minute 90+6'
MF 11 Zohair Benuahi 80-ci dəqiqədə əvəz olunub 80' Booked in the 87-ci minute 87'
MF 14 Rahid Əmirquliyev (c) Booked in the 51-ci minute 51'
CF 20 Etame Mbilla 90+2-ci dəqiqədə əvəz olunub 90+2'
DF 27 Adrian Skarlatake
CF 55 Ağabala Ramazanov 71-ci dəqiqədə əvəz olunub 71'
Əvəzetmələr:
MF 8 Edu Oriol 80-ci dəqiqədə əvəzetmədən daxil olub 80'
MF 22 Deyvid Sakkoni 90+2-ci dəqiqədə əvəzetmədən daxil olub 90+2'
MF 42 Kamran Abdullazadə 71-ci dəqiqədə əvəzetmədən daxil olub 71'
Baş məşqçi:
Uels Con Toşak
GK 30 Saşa Stamenkoviç Booked in the 64-cü minute 64'
DF 2 Karlos Kardoso 78-ci dəqiqədə əvəz olunub 78'
DF 3 Denis Silva
MF 6 Rəşad Sadiqov (c)
MF 7 Araz Abdullayev Booked in the 87-ci minute 87'
MF 9 Flavinyo Booked in the 26-cı minute 26'
FW 14 Bahodir Nasimov 60-cı dəqiqədə əvəz olunub 60' Booked in the 51-ci minute 51'
MF 15 Erik Ramos
DF 16 Bruno Bertuççi
MF 19 Mirhüseyn Seyidov 56-cı dəqiqədə əvəz olunub 56'
DF 22 Mahir Şükürov Booked in the 87-ci minute 87'
Əvəzetmələr:
FW 11 Melvin Platye 78-ci dəqiqədə əvəzetmədən daxil olub 78'
FW 90 Ernest Nfor 60-cı dəqiqədə əvəzetmədən daxil olub 60'
MF 10 Cavid İmamverdiyev 56-cı dəqiqədə əvəzetmədən daxil olub 56'
Baş məşqçi:
Azərbaycan Tərlan Əhmədov
  • Baş hakimin köməkçiləri:

Azərbaycan Yaşar Abbasov
Azərbaycan Vaqif Musayev

  • Dördüncü hakim:

Azərbaycan Rauf Cabbarov

  • Əlavə köməkçi hakimlər:

Azərbaycan Əliyar Ağayev
Azərbaycan Orxan Məmmədov

  • AFFA nümayəndəsi:

Azərbaycan Şaiq Həmidov

  • Hakim-inspektor:

Azərbaycan Xaqani Məmmədov

Qeyd:
1. Artırılan vaxt: I hissədə - 3 dəq.; II hissədə - 6 dəq.

Mükafatlandırma[redaktə | mənbəni redaktə et]

Oyundan sonra təntənəli mükafatlandırma mərasimi keçirilmişdir[1].

Mükafatları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Ramin MusayevAzərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Elxan Məmmədov təqdim etmişlər[1].

"Neftçi" komandası gümüş medallarla mükafatlandırılmış; "Xəzər-Lənkəran" komandasının üzvlərinə isə qızıl medallar və kubok təqdim olunmuşdur[1].

Yayımı[redaktə | mənbəni redaktə et]

Oyun "İdman Azərbaycan" kanalıNaxçıvan Dövlət Televiziyası ilə canlı yayımlanmışdır[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]