2011-ci il Küveyt iğtişaşları — Vikipediya

Toqquşma nəticəsində ən azı 30 nəfər yaralanıb. Əl-Cahar şəhərində keçirilən aksiyada mindən çox insan iştirak edib. Onlar əsasən köçəri həyat tərzi keçirən sakinlərdir. Nümayişçilər iş, pulsuz təhsil, tibbi xidmət tələb edib, Küveytin digər vətəndaşlarından fərqli olaraq, onlara bu imkanların yaradılmamasının ədalətsizlik olduğunu bildiriblər. Polis 50-dək nümayişçini həbs edib.[1]

Əmirliyin vətəndaşları bütün kommunal xərclərdən azad edildi, onların maaşları 2 dəfə artırıldı. Bundan başqa, hər kəsə pulsuz yemək və ayda 3500 dollar verilir...

Ərəb ölkələrində kütləvi narazılıqlar və nümayişlər başlanandan sonra Küveyt əmirliyinin rəhbərliyi yaşananlardan nəticə çıxarmağa çalışıb. Əmirliyi idarə edən əs Səbah ailəsi dünyada indiyədək misli görünməmiş iş görüb və bir gecənin içində təəbələrini feodalizmdən kommunizmə keçirib. Prinsip etibarilə Küveytin yerli əhalisi olan 1 milyon ərəb indiyə qədər də pis yaşamırdı. Dünya neft ehtiyatlarının 9 faizinə malik olan əmirliyin yerli əhalisi bütün işləri mühacirlərin boynuna qoyub. Belə ki, 360 min nəfər işləyən küveytlinin təxminən 80 faizi dövlət sektorunda çalışır. Onların orta hesabla 4-5 min olan maaşlarından heç bir vergi tutulmur. Küveyt əmirliyinin rəhbərliyi fevralın 25-ni Küveytin müstəqilliyinin 50 illiyi, fevralın 26-nı İraq işğalından azad olma, fevralın 29-nu isə əmir Sabah əs Sabahın hakimiyyətinin 5 illiyinin bayramı günləri elan edib. Təbii ki, bu günlərdə küveytlilər çalışmayacaq. Ölkə parlamenti subay tələbələrin təqaüdlərini 2 dəfə artıraraq 700 dollara, evli tələbələrin təqaüdlərini isə 1200 dollara çatdırıb. Bu gün orta və ali təhsil müəssisələrinin müəllimlərinin maaşlarının da 2 dəfə artırılması gözlənilir. Sabah təqaüdlərin 700 dollara qədər artırılması barədə qərar qəbul olunmalıdır. Xatırladaq ki, ötən həftə Küveytdə hərbçilər, polislər və yanğınsöndürənlərin maaşları 70-115 faiz artırılmışdı. Bütün bunlarla yanaşı, dövlət qulluqçularının hamısının aylıq maaşlarının 100 faiz artırılması barədə də qanun layihəsi hazırlanıb. Küveyt baş nazirinin müavini ölkənin bütün vətəndaşlarının elektroenerji, su və telefon rabitəsi ilə bağlı ödənişlərdən azad edilməsini təklif edib. Küveytlilərə əsas hədiyyəni əmir Sabah əs Sabah verdi. Hakimiyyətin 5 illik yubileyi münasibətilə o, təəbələrinə "Amiri grant" adlı müavinətin ödənməsi barədə fərman imzalayıb. 3500 dollarlıq birdəfəlik aylıq müavinəti küveytlilər 14 ay ərzində alacaqlar. Üstəlik, onlara 2012-ci ilin martın sonuna qədər hər gün pulsuz yemək veriləcək. Müavinət Küveytin istisnasız olaraq bütün vətəndaşlarına şamil edilir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Küveytdə nümayişlər: onlarla yaralı var". 2011-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-21.
  2. "Küveytdə "kommunizm" qurulur". 2011-02-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-23.