2000 Avroviziya Mahnı Müsabiqəsi — Vikipediya

2000 Avroviziya Mahnı Müsabiqəsi
Final 13 may 2000
Aparıcı(lar) Kattis Olström
Anders Lundin
Kanal İsveç SVT
Keçirilən yer Ericsson Globe,
Stokholm, İsveç
Qalib mahnı Danimarka Danimarka
"Fly on the Wings of Love"
Seçki sistemi Hər bir ölkənin münsif heyəti və ya SMS səsverməsi ən çox səs toplayan on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi
İştirakçıların sayı 24
İlk dəfə iştirak edən ölkələr Latviya Latviya
Yenidən iştirak edən ölkələr Finlandiya Finlandiya
İsveçrə İsveçrə
Şimali Makedoniya Makedoniya
Rumıniya Rumıniya
Rusiya Rusiya
İştirakdan imtina edən ölkələr Bosniya və Herseqovina Bosniya və Herseqovina
Litva Litva
Polşa Polşa
Portuqaliya Portuqaliya
Sloveniya Sloveniya
Avroviziya Mahnı Müsabiqəsi
◄ 1999        2001 ►

2000 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2000; fr. Concours Eurovision de la chanson 2000) — sayca 45-ci Avroviziya Mahnı Müsabiqəsidir. Şarlotta Nilssonun ifa etdiyi "Take Me to Your Heaven" adlı mahnı ilə 1999 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2000-ci ildə İsveç dördüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İsveçin paytaxtı Stokholm şəhərində Ericsson Globe arenasında keçirilmişdir. Müsabiqə 2000-ci ilin 13 may tarixində baş tutmuşdur.

2000-ci ildə Avroviziyada son beş ildə ən aşağı nəticələr göstərmiş beş ölkə Bosniya və Herseqovina, Litva, Polşa, PortuqaliyaSloveniya müsabiqədən kənarlaşdırılmışdır. Müsabiqədən kənarlaşdırılan ölkələri isə Finlandiya, İsveçrə, Makedoniya, RumıniyaRusiya əvəz etmişdir. Rusiya iki illik, Finlandiya, İsveçrə, Makedoniya və Rumıniya isə bir illik fasilədən sonra müsabiqəyə geri qaytarılmışdır. 2000-ci ildə eyni zamanda Latviya ilk dəfə Avroviziyaya qoşulmuşdur. Ümumilikdə 24 ölkənin iştirak etdiyi Avroviziya 2000-də Danimarka təmsilçiləri Olsen Brothers dueti ifa etdikləri "Fly on the Wings of Love" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. Bu sonuncu dəfə Avroviziyada 1963-cü ildə Qrete və Yörqen İnqmann duetinin təmsilində qalibiyyət əldə etmiş Danimarkanın müsabiqədə ikinci qələbəsi idi.

Avroviziya 2000-in yadda qalan məqamlarından biri İsrail təmsilçilərinin ifası idi. Ölkəni təmsil edən "PingPong" qrupu səhnədə İsrailSuriya bayraqlarını birlikdə dalğalandırmış və performansın sonunda qrupun iki kişi üzvü öpüşmüşdürlər. Qrupun üzvləri həmin performansın əsas məqsədinin dünyaya barış və bərabərlik mesajı vermək olduğunu bildirmişdirlər.

Final[redaktə | mənbəni redaktə et]

Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal
01 İsrail İsrail İvritcə, İngiliscə PingPong "Sameach" (שמח) Xoşbəxt olun 22 7
02 Niderland Niderland İngiliscə Linda Vaqenmakers "No Goodbyes" Vidalaşmalara yox 13 40
03 Böyük Britaniya Böyük Britaniya İngiliscə Nikki Frenç "Don't Play That Song Again" O mahnını bir daha səsləndirmə 16 28
04 Estoniya Estoniya İngiliscə İnes "Once in a Lifetime" Həyatda bir dəfə 4 98
05 Fransa Fransa Fransızca Sofiya Mestari "On aura le ciel" Səma üzərimizdə olacaq 23 5
06 Rumıniya Rumıniya İngiliscə Taxi "The Moon" Ay 17 25
07 Malta Malta İngiliscə, Maltaca Klodett Peys "Desire" Arzu 8 73
08 Norveç Norveç İngiliscə Charmed "My Heart Goes Boom" Mənim ürəyim partlamağa hazırdır 11 57
09 Rusiya Rusiya İngiliscə Alsu "Solo" Tək 2 155
10 Belçika Belçika Fransızca Natali Sors "Envie de vivre" Yaşamaq arzusu 24 2
11 Kipr Kipr Yunanca, İtalyanca Voice "Nomiza" (Νόμιζα) İnandım 21 8
12 İslandiya İslandiya İngiliscə Auqust və Telma "Tell Me!" Söylə mənə! 12 45
13 İspaniya İspaniya İspanca Serafin Zubiri "Colgado de un sueño" Bir röyaya tutunmuşam 18 18
14 Danimarka Danimarka İngiliscə Olsen Brothers "Fly on the Wings of Love" Sevginin qanadlarında uç 1 195
15 Almaniya Almaniya Almanca, İngiliscə Ştefan Raab "Wadde hadde dudde da?" Orada nə var? 5 96
16 İsveçrə İsveçrə İtalyanca Ceyn Boqart "La vita cos'è?" Həyat nədir? 20 14
17 Xorvatiya Xorvatiya Xorvatca Qoran Karan "Kad zaspu anđeli" Mələklər yuxuya getdikdə 9 70
18 İsveç İsveç İngiliscə Rocer Puntare "When Spirits Are Calling My Name" Ruhlar mənim adımı çağırdıqda 7 88
19 Şimali Makedoniya Makedoniya Makedonca, İngiliscə XXL "100% te ljubam" (100% те љубам) Səni 100% sevirəm 15 29
20 Finlandiya Finlandiya İngiliscə Nina Oström "A Little Bit" Biraz 18 18
21 Latviya Latviya İngiliscə Brainstorm "My Star" Mənim ulduzum 3 136
22 Türkiyə Türkiyə Türkcə, İngiliscə Pınar Ayhan və SOS "Yorgunum Anla" Yorulmuşam anla 10 59
23 İrlandiya İrlandiya İngiliscə İmonn Tol "Millennium of Love" Sevginin minilliyi 6 92
24 Avstriya Avstriya İngiliscə The Rounder Girls "All to You" Hamısı sənindir 14 34

Nəticələr[redaktə | mənbəni redaktə et]

Səsvermə metodu:
Çəhrayı: SMS səsverməsi.
Mavi: Münsif səsverməsi.
Səs verən ölkələr
Cəmi İsrail Niderland Böyük Britaniya Estoniya Fransa Rumıniya Malta Norveç Rusiya Belçika Kipr İslandiya İspaniya Danimarka Almaniya İsveçrə Xorvatiya İsveç Şimali Makedoniya Finlandiya Latviya Türkiyə İrlandiya Avstriya
İsrail 7 6 1
Niderland 40 8 2 5 8 5 1 4 1 2 3 1
Böyük Britaniya 28 1 2 3 6 3 4 3 6
Estoniya 98 6 7 4 6 7 4 2 6 5 4 5 6 6 8 10 2 7 3
Fransa 5 2 3
Rumıniya 25 6 7 12
Malta 73 3 1 2 1 7 2 8 1 8 1 3 3 8 3 8 4 5 3 2
Norveç 57 7 3 3 3 7 7 7 6 10 4
Rusiya 155 10 8 10 5 12 12 8 7 12 8 5 6 4 2 12 5 7 5 10 7
Belçika 2 2
Kipr 8 1 3 4
İslandiya 45 5 6 7 12 8 7
İspaniya 18 5 2 10 1
Danimarka 195 12 10 12 8 7 1 8 10 12 10 4 12 10 12 10 12 10 12 1 12 10
Almaniya 96 8 5 10 3 4 6 6 12 2 12 1 2 8 5 12
İsveçrə 14 6 5 2 1
Xorvatiya 70 8 8 10 2 6 6 10 6 8 6
İsveç 88 6 5 1 4 5 5 4 6 10 8 3 6 7 12 6
Makedoniya 29 10 7 2 10
Finlandiya 18 5 7 4 2
Latviya 136 4 4 7 12 3 12 1 12 1 10 7 8 7 7 10 3 12 8 8
Türkiyə 59 12 12 1 3 1 10 5 1 5 4 5
İrlandiya 92 2 3 10 4 4 2 10 6 4 7 2 3 5 8 5 4 1 1 7 4
Avstriya 34 1 2 3 8 2 4 3 5 4 2

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]