1996 Avroviziya Mahnı Müsabiqəsi — Vikipediya

1996 Avroviziya Mahnı Müsabiqəsi
Müsabiqə afişası
Müsabiqə afişası
Final 18 may 1996
Aparıcı(lar) İnqvild Brin
Morten Harket
Kanal Norveç NRK
Keçirilən yer Oslo Spektrum,
Oslo, Norveç
Qalib mahnı İrlandiya İrlandiya
"The Voice"
Seçki sistemi Hər bir ölkənin münsif heyəti bəyəndikləri on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi
İştirakçıların sayı 23
İlk dəfə iştirak edən ölkələr Olmayıb
Yenidən iştirak edən ölkələr Estoniya Estoniya
Finlandiya Finlandiya
İsveçrə İsveçrə
Niderland Niderland
Slovakiya Slovakiya
İştirakdan imtina edən ölkələr Almaniya Almaniya
Danimarka Danimarka
İsrail İsrail
Macarıstan Macarıstan
Rusiya Rusiya
Avroviziya Mahnı Müsabiqəsi
◄ 1995        1997 ►

1996 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1996; fr. Concours Eurovision de la chanson 1996) — sayca 41-ci Avroviziya Mahnı Müsabiqəsidir. "Secret Garden" qrupunun ifa etdikləri "Nocturne" adlı mahnı ilə 1995 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1996-cı ildə Norveç ikinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Norveçin paytaxtı Oslo şəhərində "Oslo Spektrum" arenasında keçirilmişdir. Müsabiqə 1996-cı ilin 18 may tarixində baş tutmuşdur.

1996-cı ildə Avroviziyada iştiraka maraqlı 29 ölkənin (ev sahibini çıxmaq şərti ilə) olmasına baxmayaraq, müsabiqənin yayım vaxtı sadəcə 23 ölkənin iştirakına imkan verirdi. Avropa Yayımlar Birliyi uyğun sayda ölkənin iştirakını təmin etmək məqsədi ilə müsabiqədən öncə seçim turu təşkil etmişdi. Müsabiqədə iştirak etmək üçün 29 ölkə öz mahnılarını Avropa Yayımlar Birliyinə audio şəklində təqdim etmişdi və AYB Osloda keçirilən müsabiqədə iştirak üçün 22 mahnı seçmişdir. Geriyə qalan 7 ölkənin (Almaniya, Danimarka, İsrail, Macarıstan, Makedoniya, RumıniyaRusiya) isə müsabiqədə iştirakı baş tutmamışdır. Keçirilən seçim turu nəticəsində bir illik fasilədən sonra Estoniya, Finlandiya, İsveçrə, NiderlandSlovakiyanın müsabiqəyə geri dönüşünə şərait yaradılmışdır. Bənzər seçim turu sonuncu dəfə 1993-cü ildə 7 ölkə arasında keçirilmişdir.

23 ölkənin iştirak etdiyi Avroviziya 1996-da İrlandiya təmsilçisi Eymar Kuinn ifa etdiyi "The Voice" adlı mahnı ilə qalib gəlmişdir. Bu sonuncu dəfə Avroviziyada 1994-cü ildə Pol Harrinqton və Çarli MakQettiqan duetinin təmsilində qalibiyyət əldə etmiş İrlandiyanın müsabiqədə ümumilikdə yeddinci qələbəsi idi.

Final[redaktə | mənbəni redaktə et]

Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal
01 Türkiyə Türkiyə Türkcə Şəbnəm Paker "Beşinci Mevsim" Beşinci fəsil 12 57
02 Böyük Britaniya Böyük Britaniya İngiliscə Cina C "Ooh Aah... Just a Little Bit" Sadəcə biraz 8 77
03 İspaniya İspaniya İspanca Antonio Karbonell "¡Ay, qué deseo!" Oh, nə xəyal! 20 17
04 Portuqaliya Portuqaliya Portuqalca Lusiya Monis "O meu coração não tem cor" Mənim qəlbim rəngsizdir 6 92
05 Kipr Kipr Yunanca Konstantinos "Mono gia mas" (Μόνο για μας) Sadəcə bizim üçün 9 72
06 Malta Malta İngiliscə Miriam Kristin "In a Woman's Heart" Qadının qəlbində 10 68
07 Xorvatiya Xorvatiya Xorvatca Maya Blaqdan "Sveta ljubav" Müqəddəs sevgi 4 98
08 Avstriya Avstriya Almanca Corc Nussbaumer "Weil's dr guat got" Çünki sənə xoşdur 10 68
09 İsveçrə İsveçrə Fransızca Kati Leander "Mon cœur l'aime" Mənim qəlbim onu sevir 16 22
10 Yunanıstan Yunanıstan Yunanca Marianna Efstratiu "Emis forame to himona anixiatika"
(Εμείς φοράμε το χειμώνα ανοιξιάτικα)
Biz yaz geyimlərini qışda geyinirik 14 36
11 Estoniya Estoniya Estonca Maarya-Liis İlus və İvo Linna "Kaelakee hääl" Boyunbağının səsi 5 94
12 Norveç Norveç Norveçcə Elizabet Andreassen "I evighet" Sonsuzadək 2 114
13 Fransa Fransa Bretonca Dan Ar Braz və l'Héritage des Celtes "Diwanit Bugale" İnkişaf edin, uşaqlar 19 18
14 Sloveniya Sloveniya Slovencə Reqina "Dan najlepših sanj" Ən gözəl arzunun günü 21 16
15 Niderland Niderland Niderlandca Maksin və Franklin Braun "De eerste keer" Birinci dəfə 7 78
16 Belçika Belçika Niderlandca Lisa del Bo "Liefde is een kaartspel" Sevgi bir kart oyunudur 16 22
17 İrlandiya İrlandiya İngiliscə Eymar Kuinn "The Voice" Səs 1 162
18 Finlandiya Finlandiya Fincə Yasmin "Niin kaunis on taivas" Səma necə də gözəldir 23 9
19 İslandiya İslandiya İslandca Anna Myöll "Sjúbídú" Şubi-du 13 51
20 Polşa Polşa Polyakca Kasya Kovalska "Chcę znać swój grzech..." Günahımın nə olduğunu bilmək istəyirəm 15 31
21 Bosniya və Herseqovina Bosniya və Herseqovina Boşnakca Amila Qlamoçak "Za našu ljubav" Bizim sevgimiz üçün 22 13
22 Slovakiya Slovakiya Slovakca Marsel Palonder "Kým nás máš" Sən bizə sahibkən 18 19
23 İsveç İsveç İsveçcə One More Time "Den vilda" Vəhşi 3 100

Nəticələr[redaktə | mənbəni redaktə et]

Səsvermə nəticələri
Cəmi Türkiyə Böyük Britaniya İspaniya Portuqaliya Kipr Malta Xorvatiya Avstriya İsveçrə Yunanıstan Estoniya Norveç Fransa Sloveniya Niderland Belçika İrlandiya Finlandiya İslandiya Polşa Bosniya və Herseqovina Slovakiya İsveç
Türkiyə 57 6 8 10 1 6 4 7 5 5 5
Böyük Britaniya 77 3 12 1 6 7 3 4 2 8 12 3 4 6 6
İspaniya 17 2 5 4 6
Portuqaliya 92 5 2 12 10 1 10 5 12 5 6 6 3 10 1 4
Kipr 72 12 7 3 2 8 2 5 12 2 1 6 10 2
Malta 68 10 10 12 8 1 4 6 12 5
Xorvatiya 98 8 4 5 10 8 7 1 1 6 7 3 5 4 6 5 2 10 5 1
Avstriya 68 4 5 12 2 7 12 1 8 8 6 3
İsveçrə 22 3 2 4 2 4 4 3
Yunanıstan 36 7 10 1 2 3 1 1 8 3
Estoniya 94 10 4 7 5 8 1 8 3 2 12 12 10 12
Norveç 114 2 8 2 3 5 8 7 5 7 10 10 8 7 7 8 4 3 10
Fransa 18 1 1 3 4 7 2
Sloveniya 16 1 6 1 8
Niderland 78 1 6 7 5 12 3 4 10 5 1 5 2 7 2 8
Belçika 22 5 12 2 1 2
İrlandiya 162 12 8 6 4 7 12 10 12 10 6 12 12 3 10 12 12 7 7
Finlandiya 9 2 7
İslandiya 51 3 6 6 3 8 5 6 10 3 1
Polşa 31 7 4 4 7 7 2
Bosniya və Herseqovina 13 6 3 3 1
Slovakiya 19 2 8 4 5
İsveç 100 4 10 8 10 6 3 7 8 10 12 8 6 4 4

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]