1970 Avroviziya Mahnı Müsabiqəsi — Vikipediya

1970 Avroviziya Mahnı Müsabiqəsi
Müsabiqə afişası
Müsabiqə afişası
Final 21 mart 1970
Aparıcı(lar) Villi Dobb
Kanal Niderland NOS
Keçirilən yer Rai Congrescentrum,
Amsterdam, Niderland
Qalib mahnı İrlandiya İrlandiya
"All Kinds of Everything"
Seçki sistemi Hər ölkədən 10 münsif var idi və onlar favorit mahnılarına 1 xal verə bilirdi
İştirakçıların sayı 12
İlk dəfə iştirak edən ölkələr Olmayıb
İştirakdan imtina edən ölkələr Finlandiya Finlandiya
İsveç İsveç
Norveç Norveç
Portuqaliya Portuqaliya
Avroviziya Mahnı Müsabiqəsi
◄ 1969        1971 ►

1970 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1970; fr. Concours Eurovision de la chanson 1970) — sayca 15-ci Avroviziya Mahnı Müsabiqəsidir. 1969 Avroviziya Mahnı Müsabiqəsində dörd ölkənin (Böyük Britaniya, Fransa, İspaniya, Niderland) qələbə qazanmasının ardınca hansı ölkənin növbəti müsabiqəyə ev sahibliyi edəcəyi maraq doğururdu. Belə ki, İspaniyanın 1969-cu ildə, Böyük Britaniyanın isə 1968-ci ildə müsabiqəyə ev sahibliyi etdiyinə görə ortada iki seçim olaraq Fransa və Niderland qalırdı. Nəticə olaraq, Avropa Yayımlar İttifaqının rəsmi açıqlamasında Niderlandın Avroviziyaya ikinci dəfə ev sahibliyi edəcəyi təsdiqlənmişdir. Müsabiqə ölkənin paytaxtı Amsterdam şəhərində “Rai Congrescentrum” arenasında keçirilmişdir. Müsabiqə 1970-ci ilin 21 mart tarixində baş tutmuşdur.

Ötən ilki müsabiqənin nəticələrindən narazı olan Finlandiya, İsveç, NorveçPortuqaliya Avroviziya 1970-də iştirakdan imtina etmişdir. Müsabiqədə cəmi 12 ölkənin iştirak etmişdir və bu iştirakçı sayına görə 1959-cu ildən bəri ən aşağı göstərici idi. Müsabiqədə İrlandiya təmsilçisi Dana ifa etdiyi "All Kinds of Everything " mahnısı ilə Avroviziya 1970-in qalibi olmuşdur. Bu İrlandiyanın Avroviziyada ilk qalibiyyəti idi.

Final[redaktə | mənbəni redaktə et]

# Ölkə Dil Müğənni Mahnı Azərbaycanca Yer Xal
01 Niderland Niderland Niderlandca Hearts of Soul "Waterman" Su adamı 7 7
02 İsveçrə İsveçrə Fransızca Anri Des "Retour" Qayıdış 4 8
03 İtaliya İtaliya İtalyanca Canni Morandi "Occhi di ragazza" Qızın gözləri 8 5
04 Yuqoslaviya Yuqoslaviya Slovencə Eva Srşen "Pridi, dala ti bom cvet" Gəl, sənə gül verəcəyəm 11 4
05 Belçika Belçika Fransızca Jan Valle "Viens l'oublier" Gedək, unut onu 8 5
06 Fransa Fransa Fransızca Qi Bonne "Marie-Blanche" Mari-Blanş 4 8
07 Böyük Britaniya Böyük Britaniya İngiliscə Meri Hopkin "Knock Knock, Who's There?" Tıq-tıq, kimdir orda? 2 26
08 Lüksemburq Lüksemburq Fransızca Devid Aleksandr Uinter "Je suis tombé du ciel" Mən göydən düşmüşəm 12 0
09 İspaniya İspaniya İspanca Xulio İqlesias "Gwendolyne" Qvendolin 4 8
10 Monako Monako Fransızca Dominik Düsso "Marlène" Marlen 8 5
11 Almaniya Almaniya Almanca Katya Ebştayn "Wunder gibt es immer wieder" Möcüzə həmişə baş verir 3 12
12 İrlandiya İrlandiya İngiliscə Dana "All Kinds of Everything" Hər şeyin hər növü 1 32

Nəticələr[redaktə | mənbəni redaktə et]

Səsvermə nəticələri
Cəmi Niderland İsveçrə İtaliya Yuqoslaviya Belçika Fransa Böyük Britaniya Lüksemburq İspaniya Monako İrlandiya Almaniya
Niderland 7 3 3 1
İsveçrə 8 2 2 1 2 1
İtaliya 5 1 2 2
Yuqoslaviya 4 4
Belçika 5 3 1 1
Fransa 8 1 2 2 3
Böyük Britaniya 26 3 2 2 4 2 2 4 4 3
Lüksemburq 0
İspaniya 8 3 2 3
Monako 5 1 1 2 1
Almaniya 12 1 1 3 4 1 2
İrlandiya 32 5 6 9 1 4 2 3 2

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]