1916 Yay Olimpiya Oyunları — Vikipediya

VI Olimpiya oyunlarıBOK-un 27 aprel 1912-ci ildə qəbul etdiyi qərara əsasən 1916-cı ildə Berlində keçirilməsi planlaşdırılan yay olimpiya oyunları. Almaniyanın paytaxtı oyunların keçirilməsi hüququnu Brüssel, İsgəndəriyyə, Amsterdam, BudapeştABŞ-nin Klivlend şəhərlərini üstələyərək əldə etmişdi.[1]

Birinci dünya müharibəsinin başlaması səbəbi ilə oyunlar ləğv edildi. Berlinin yeni stadionu oyunlara artıq hazır idi. Altıncı oyunların ləğv edilməsinə baxmayaraq, növbəti oyunlara yeddinci rəqəmi verildi.

Vacib təkliflərdən biri 1916-cı ildə Baden-Vürtemberqdə qış olimpiya oyunlarının keçirilməsi idi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Past Olympic host city election results. GamesBids.