1900 Yay Olimpiya Oyunları — Vikipediya

II Yay Olimpiya Oyunları
Loqonun şəkli
1900 Yay Olimpiya Oyunlarının posteri
Şəhər Fransa, Paris
İştirakçı dövlətlər 24
İdmançıların sayı 997 (975 kişi, 22 qadın)[1]
Açılış mərasimi 14 may
Bağlanış mərasimi 28 oktyabr
Rəsmən açılışı edib 14 may
Stadion Velodrom Jak Anketil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müasir dövrdə daha çox II Olimpiya Oyunları kimi tanınan 1900-cü il Yay Olimpiyadası 1900-cü ildə Fransanın Paris şəhərində təşkil olunan beynəlxalq çox idman növlü yarışdır. Açılış və bağlanış mərasimləri keçirilməmişdir. Oyunlar mayın 14-də başlamış və oktyabrın 28-də başa çatmışdır. Oyunlar 1900-cü il Ümumdünya sərgisinin hissəsi kimi keçirilib. 19 idman növündə 997 Olimpiyadaçı iştirak edib. Qadınlar birinci dəfə idi ki , Olimpiya oyunlarında iştirak edirdilər və yelkənli qayıqsürmə idmançısı Elen de Purtale birinci qadın olimpiya çempionu oldu. Yarışların bazar günü keçirilməsi haqqında qərar bir çox Amerikali idmançılar tərəfindən etirazla qarşılanmışdı.

1895-ci il Sarbonna konfransında Pyer de Kuberten 1900-cü il Yay Olimpiya Oyunlarının Fransada təşkil olunmasını təklif edib. Konfrans nümayəndələri beş il gözləmək istəməyib və birinci Olimpiya oyunlarının 1896-cı ildə keçirilməsini qanun kimi qəbul edib. Qərara əsasən, 1896-cı il Yay Olimpiya Oyunlarının Afinada , ikinci Yay Olimpiya Oyunlarnın isə bundan dörd il sonra Fransada keçirilməsi nəzərdə tutulub.

1900-cü il Oyunlarının qaliblərinin çoxuna medal verilməməsinə baxmayaraq, qaliblərə digər hədiyyələr — kubok və mükafatlar verilib. Peşəkarların mübarizədə apardığı qılıncoynatma yarışlarında qələbə qazanan Albert Jan Lui Ayat 3000 frank ilə mükafatlandırılıb.

Bu Yay Olimpiya oyunlarında Olimpiya Oyunlarının tarixində cəmi bir dəfə oyunların proqramına salınan avtomobil və motosiklet yarışları, hava şarında uçuş, kriket, kroket, Bask pelotası, 200 metr məsafəyə maneələrlə və sualtı üzgüçülük yarışları daxil idi. Atıcılıq yarışları zamanı hədəf kimi canlı heyvanlardan (göyərçinlər) istifadə tarixdə yalnız bu Olimpiya Oyunlarında olub.

Təşkilatçılıq[redaktə | mənbəni redaktə et]

1900-cü il Yay Olimpiya oyunları 1900-cü il Ümumdünya sərgisi çərçivəsində keçirilib. Pyer de Kuberten hesab edirdi ki, belə olduqda ictimaiyyət Olimpiyada haqqında daha ətraflı məlumat alacaq və qədim Olimpiya yerinin məbədlər, stadionlar və heykəllərlə tam bərpası üçün yeni planını təqdim etmişdi. Ümumdünya sərgisinin direktoru Alfred Riçard fikirləşdi ki, Ümumdünya sərgisi zamanı qədim idman tədbirinin keçirilməsi "absurd anaxronizmdir".[2] Ona görə də , Pyer de Kubertenin bu planından bir şey çıxmadı.

O dövrün daha bacarıqlı bəzi idman inzibatçılarından ibarət komitə təşkil olunduqdan sonra, müvəqqəti proqram tərtib olundu. İdman növlərinə yüngül atletika qaçış növləri, üzgüçülük , güləş, idman gimnastikası, qılıncoynatma, fransızBritaniya boksu, çayda və okeanda yaxta yarışı, velosiped idmanı, qolf, xilasetmə, oxatma, ağır atletika, avarçəkmə, suya tullanma, su polosu daxil idi.

Vlodrome de Vincennes

Britaniyaİrlandiya idman cəmiyyətləri güclü Amerika universitetləri və idman klubları ilə rəqabət aparmaq istəyini açıqlayıb. RusiyaAvstraliyadan olan iştirakçılar da yarışlar üçün Parisə gəlmək istəklərini təsdiqləmişdilər.

Beynəlxalq Olimpiya Komitəsi Ümumdünya sərgisi ilə bağlı hər bir idman tədbirinə nəzarət etmək üçün yeni komitəyə Oyunların idarəetmə hüququnu verib. Alfred Riçard 1899-cu ilin fevralında bu təşkiltın prezidenti kimi Fransa Atıcılıq Assosiasiyasının rəhbəri Daniel Mrillonu təyin edib. Mrillon yarışların tamamilə başqa cədvəlini dərc etdirmişdir.

1900-cü ildə may və oktyabr ayları arasında, yeni təşkilat komitəsi Paris Ümumdünya sərgisi ilə yanaşı böyük idman tədbirlərini də keçirmişdir. İdman yarışlarında "Olimpiya" termini nadir hallarda istifadə olunurdu. Həqiqətən də, Olimpiya oyunları termini 1900-cü il Ümumdünya sərgisinin idman yarışlarının rəsmi hesabatında da "Concours internationaux d'exercices physiques et de sport " (azərb. Beynəlxalq fiziki idman və tədbirlər‎) ilə əvəz edilmişdi. Mətbuatda "Beynəlxalq Çempionat" , "Beynəlxalq Oyunlar" , "Paris çempionatı", "Dünya çempionatı" və "Ümumdünya səgisi Qran prisi" kimi müxtəlif adlarla yarışlar barədə məlumat yayımlanıb.[3]

Pyer de Kuberten sonralar dostlarına belə şərh edirdi: "Bu möcüzədir ki, Olimpiya hərəkatı bu bayramda sağ qaldı. "[4][5]

Əsas hadisələr[redaktə | mənbəni redaktə et]

Elvin Krenzlayn
  • Elvin Krenzlayn 60 metr məsafəyə , 110 metr məsafəyə maneələrlə, 200 metr məsafəyə maneələrlə qaçış və uzunluğa tullanma yarışlarında qalib gəlmişdi.[6] 2005-ci ilə kimi bu dörd fərdi yarışlarda qazanılan medallar yüngül atletika qaçış növləri üçün rekord göstərici idi.
  • Helen de Pourtales yelkənli qayıq idmanı yarışlarında qalib komandanın heyətində ilk qadın Olimpiya çempionu oldu. Şarlotta Kuper isə tennis yarışlarında qalib gəldikdən sonra, fərdi Olimpiya yarışlarında qalib gələn ilk qadın oldu. O, sonra qoşa yarışlarda da qələbə qazanıb.
  • ABŞ-dən olan üç marafonçu kəsə yolla yarışda iştirak edərək, birinci və ikinci yerləri tutmuş Fransız marafonçuların nəticələri deyilərkən , sübut kimi göstərmişlər ki, yalnız yarış iştirakçıları arasında onların üstü ləkələnməmişdi.
  • İki və səkkiz nəfərlik avarçəkmə yarışlarında komandalar sükandakı böyükləri uşaqlarla əvəz etmişdilər. Bu oğlanların şəxsiyyəti və yaşı qeydə alınmamışdı, ancaq heab edilir ki, onlar bütün Olimpiya iştirakçılarının ən gəncləri arasından seçiliblər.

İdman növləri[redaktə | mənbəni redaktə et]

Parisdə Olimpiya proqramının tərkib hissəsinə 19 idman növü üzrə 85 yarış daxil idi.[7] 13 yeni idman növü əlavə olunarkən, 1896-cı il Yay Olimpiya Oyunlarının proqramın daxil olan ağır atletikagüləş proqramdan çıxarılmışdı. Olimpiya kontekstində su idman növlərinin tərkibinə üzgüçülüksu polosu da daxil idi. Aşağıda hər növ üzrə yarışların sayı mötərizədə göstərilib.

Yerlər[redaktə | mənbəni redaktə et]

İdman növlərinin icmalı[redaktə | mənbəni redaktə et]

Oyunlardakı yarışların səviyyəsi müxtəlif idi. Keyfiyyətsiz qaçış zolağına baxmayaraq, yüksək ixtisaslı Amerikalı tələbə idmançıları yüngül atletika yarışlarında yaxşı nəticələr göstərmişlər. Tennis yarışlarında qızıl medalçıların hamısı keçmiş Uimbldon çempionları idi. Üzgüçülük və qılıncoynatma yarışları və hətta polo yüksək səviyyədə təşkil olunmuşdu. Digər idman növləri həm keyfiyyət, həm də intensivlik baxımından nəzərəçarpacaq dərəcədə zəif idi. Yalnız yüngül atletika, üzgüçülük, qılıncoynatmada ondan çox ölkənin idmançıları mübarizə aparırıdılar.

Atçılıq[redaktə | mənbəni redaktə et]

Atçılıq idmanı növü Oyunlarda ilk dəfə keçirilməyə başlamışdı və bu yarışlarda üç dəst medal oynanılıb. İtaliyalı çapar Can Corcio Trissino qızıl və gümüş medal qazanıb. O hündürlüyə tullanma yarışlarında iki müxtəlif atla iştirak edirdi və o birinci atla qızıl medal qazandı ikinci atla isə dördüncü yeri tutdu.

Atıcılıq[redaktə | mənbəni redaktə et]

Güllə atıcılığı üzrə yarışlar doqquz növdə keçirilib. Doqquz ölkədən 75 atıcı bu yarıçlarda iştirak edib. Altı ölkənin idmançıları isə medalçılar siyahısına düşə bilib. Bu idman növündə İsveçrə idmançıları daha yaxşı nəticə göstəriblər.

Həm komanda, həm də fərdi şəkildə yarışlar keçirilib. Həmçinin, stend atıcılığı üzrə yarışlar keçirilmişdir.

Avarçəkmə[redaktə | mənbəni redaktə et]

Yarışlar avqust ayının 25–26-da Sen çayında keçirilib. Ümumilikdə 8 ölkənin idmançıları dörd dəst medal uğrunda mübarizə aparmışlar.

Yaışlar bir , iki , dörd və səkkiz nəfərlik avarçəkmə qayıqları ilə keçirilib. Dörd nəfərlik avarçəkmə yarışlarında iki final təşkil olunub və iki dəst medal oynanılıb.

Bask pelotası[redaktə | mənbəni redaktə et]

Bask pelotası turnirində iştirakçı

Bu yarışlarda iki ölkənin idmançıları iştirak etmişdilər. İspaniyalı Xose de Amesola və Fransisko Villot öz ölkələrinin ilk Olimpiya çempionu oldu.

Futbol[redaktə | mənbəni redaktə et]

Fransa və Böyük Britaniya arasında furbol matçı

Futbol turniri oktyabrın 20 və 23-də keçirilib. Olimpiya oyunlarında futbol üzrə birinci çempion Londonun həvəskarlardan ibarət Upton Park futbol klubu olub. Bu futbol klubunun Fransız rəqiblərini məğlub etdiyi oyunda 500 tamaşaçı var idi. İkinci yeri Fransa futbolçuları, üçüncü yeri isə Belçika futbolçuları tutub.

İdman gimnastikası[redaktə | mənbəni redaktə et]

Gimnastika yarışları iyunun 29 və 30-də keçirilib. Çoxnövçülük üzrə cəmi bir medal dəsti oynanılmışdır. Ümumilikdə yarışlarda 135 gimnast mübarizə aparmışdır.

Kəndirdartma[redaktə | mənbəni redaktə et]

Kəndirdartma üzrə yarışlar iyulun 17-də baş tutub. Bu yarışlarda iki komanda bir dəst medal uğrunda mübarizə aparıb. Komandanın birinin üzvlərinin üçü İsveç , üçü Danimarkalı idmançılardan ibarət idi. Digər komanda isə Fransanı təmsil edirdi.

Kriket[redaktə | mənbəni redaktə et]

Kriket matçlarının posteri

Hollandiya və Belçikadan olan komandaları təsnifat mərhələsində yarışlardan uzaqlaşdırdıqdan sonra, yalnız iki komanda kriket turnirində oynayıb. Yarışlarda Böyük Britaniya və Fransa komandaları hər birində on iki idmançı var idi. Yarışlar avqustun 19 və 20 –də keçirilib. Britaniyalılar fransızları 262:104 hesabı ilə məğlub edib. Kkriket yarışları Vélodrome de Vincennes stadionunda təşkil olunub.

Kroket[redaktə | mənbəni redaktə et]

Kroket yarışları daha çox məşhur idi. Çünki Olimpiya səviyyəsində yarışlarda qadınların ilk çıxışı idi. İki ölkədən yeddi kişi və üç qadın olmaqla on idmançı iştirak edirdi. Bu on iştirakçıdan yalnız biri Belçikadan idi digərləri isə Fransanı təmsil edirdilər.

Qılıncoynatma[redaktə | mənbəni redaktə et]

Qılınoynatma yarışlarında on doqquz ölkənin idmançıları mübarizə aparıb. Fransa qılıncotma idmançıları üstünlük təşkil etsə də, Avstriya, Kuba və İtaliya idmançıları da medalçılar sırasına düşə biliblər. Fransa qılıncoynadanları beş qızıl, beş gümüş və beş bürünc medalla qılıncoynatma yarışlarını ümumi sıralamada birinci yerdə bitiriblər. İlk mərhələdə rapira növü üzrə nəticələr məlum olub. Yəni bəzi qılıncoynadanlar digərlərinə məğlub olaraq mübarizəni dayandırıb, ancaq digər növlər üzrə mübarizəni davam etdiriblər.

Qolf[redaktə | mənbəni redaktə et]

Qolf üzrə yarışlar oktyabrın 2 və 3-də keçirilib. Qolf yarışlarında qadınlar və kişilər fərdi mübarizə aparıb. Kişilərin mübarizəsində dörd ölkədən 12 qolfçu mübarizə aparıb. Qadınların qolf turnirində isə ilk üç yeri ABŞ-lı qolfçular tutublar.

Oxatma[redaktə | mənbəni redaktə et]

1900 Yay Olimpiya Oyunlarında kamandan oxatma yarışlarının tarixi çox dəyişik salınır. Bu yarışlarda 150-dən çox olimpiyadaçı iştirak etmişdir. Belçikalı Hubert Van İnnis bu olimpiyada da iki qızıl və bir gümüş medal qazanmışdı və bu növdə medal sayını iyirmi il sonra Antverpendə keçiriləcək növbəti olimpiyada da artıracaqdı.

Polo[redaktə | mənbəni redaktə et]

Polo yarışları

Yarışlar 28, 31 may və 2 iyun tarixlərində baş tutub. Polo yarışlarında 4 ölkədən 20 iştirakçı mübarizə aparıb. Beş komandadan üçünün heyətinə müxtəlif ölkələrin idmançıları daxil idi. İlk iki yeri ABŞ və Böyük Britaniyalı poloçulardan ibarət olan komandalar tutub. Üçüncü yerin sahipləri Fransa və Böyük Britaniyadan olan poloçulardan ibarət komanda və Meksika komandası olub.

Reqbi[redaktə | mənbəni redaktə et]

Fransa-Almaniya reqbi oyunun nəticəsini göstərən tablo

Reqbi yarışlarında Böyük Britaniya, Fransa və Almaniyadan olan üç komanda iştirak edib. İki görüş keçirilib. Birinci oktyabrın 14-də Fransa və Almaniya komandaları qarşlaşıb və fransızlar 27–17 hesabı ilə qələbə qazanıb. İkinci görüş isə oktyabrın 28-də Fransa və Böyük Britaniya komandaları arasında baş tutub. Bu görüşdə də fransızlar 27–8 hesabı ilə qələbə qazanaraq, qızıl medalın sahipi olublar.

Almaniya və Böyük Britaniya komandaları arasında baş tutmalı olan üçüncü görüş keçirilməyib, ona görə də gümüş medalın sahipləri hər iki komanda olub.

Su polosu[redaktə | mənbəni redaktə et]

Su polosu üzrə yarışlar avqustun 11 və 12-də keçirilib. Dörd ölkədən yeddi klub iştirak edib. Əvəəlcə avqustun 11-də dörddə bir final avqustun 12-də isə yarımfinal və final mərhələsi keçirilib. Finalda Britaniya və Belçika komandaları görüşüb və Britaniyalılar 7:2 hesabı ilə qələbə qazanıblar. Üçüncü yer uğrunda görüş keçirilməyib ona görə də, məğlub olmuş Fransa komandaları üçüncü yeri tutublar.

Tennis[redaktə | mənbəni redaktə et]

Şarlotta Kuber, fərdi yarışlarda ilk qadın Olimpiya çempionu

Tennis yarışları iyunun 6-dan 11-dək keçirilib. Kişilər fərdi və qoşa şəkildə, qadınlar isə yalnız fərdi şəkildə mübarizə aparıb.

Tennis yarışlarında ən yaxşı nəticəni Britaniyalı tennisçilər göstərib. Lorens və Reginald Dohert qardaşları və Şarlotta Kuber iki dəfə qızıl medalın sahibi olublar. Şarlotta Kuper bu Olimpiya Oyunlarına kimi artıq üç dəfə Uimbldon tennis turnirinin qalibi olmuşdu.

Üzgüçülük[redaktə | mənbəni redaktə et]

Sen çayında üzgüçülük yarışı

Üzgüçülük yarışları yeddi növ üzrə üzgüçülər mübarizə aparıb. Arxası üstə üzmə ilk dəfə ayrıca olaraq keçirilib. Sərbəst üsulla 200, 1000, 4000 metr məsafələrə yarışlar baş tutub.

Britaniyalı Con Artur Carvis, avstraliyalı Frederik Leyn və almaniyalı Ernest Hoppenbeq iki dəfə baş mükafatın sahibi olublar. Frederik Leynə mükafat kimi 50 funt sterlinq dəyərində bürünc heykəl təqdim olunub.

Velosiped idmanı[redaktə | mənbəni redaktə et]

Təşkilatçı ölkə olan Fransa idmançıları altı mümkün medaldan beşini qazanıb. Velosiped idmanı üzrə yarışlar sentyabrın 11, 13 və 15-də keçirilib. Yarışlarda altı ölkdən 72 idmançı mübarizə aparıb.

Yelkənli qayıqsürmə[redaktə | mənbəni redaktə et]

Yelkənli qayıqsürmə idmanı üzrə yarış

Yelkənli qayıq idmanı üzrə bütün yarışlar mayın 20-dən avqustun 6-dək keçirilib. Yarışlar müxtəlif tonnajlı qayıqlarla keçirilib. Lakin onlardan bəziləri Olimpiya statusundan məhrum edilib. Hal-hazırda Beynəlxalq Olimpiya Komitəsi 13 yox 10 komandanı çempion kimi tanıyır. Fransa və Böyük Britaniya komandaları bu yarışlarda daha uğurla çıxış edib.

Yüngül atletika[redaktə | mənbəni redaktə et]

Rey Yuri
Yerindən uzununa və hündürlüyə tullanma üzrə çempion

Yüngül atletika yarışları Bulon Meşəsində Rasinq Klubunun ev oyunlarını keçirdiyi Croix-Catelan stadionunda baş tutub. Yarışlar ağac qırıntılı nahamar sahədə keçirilib. Peşəkarlar üçün əlavə yarışlarda baş tutub və həmçinin cıdır yarışları da keçirilib. Bunlar rəsmi Olimpiya yarışları sayılmırdı.

İştirakçı ölkələr[redaktə | mənbəni redaktə et]

Beynəlxalq Olimpiya Komitəsinin məlumatına görə, 1900 Yay Olimpiya Oyunlarına öz iştirakçılarını göndərmiş ölkələr aşağıdakılardır:

İştirakçı ölkələr

Bir çox mənbələrə görə Olimpiya Oyunlarında daha dörd Beynəlxalq Olimpiya Komitəsinə üzv ölkələr iştirak etmişlər:

Medalların hesabatı[redaktə | mənbəni redaktə et]

Qızıl medallar 1900 Yay Olimpiya Oyunlarında verilməyib. Birinci yeri tutmuş idmançıya gümüş, ikinci yeri tutmuş idmançıya isə bürünc medal təqdim olunub.

1900 Yay Olimpiya Oyunlarında medal qazanmış ilk onluqda olan ölkələr:

Yer Ölkə Qızıl Gümüş Bürünc Cəmi
1 Fransa Fransa (təşkilatçı ölkə) 26 41 34 101
2 ABŞ ABŞ 19 14 14 47
3 Böyük Britaniya Birləşmiş Krallıq 15 6 9 30
4 Qarışıq komanda 6 3 3 12
5 İsveçrə İsveçrə 6 2 1 9
6 Belçika Belçika 5 5 5 15
7 Almaniya Almaniya 4 2 2 8
8 İtaliya İtaliya 2 2 0 4
9 Avstraliya Avstraliya 2 0 3 5
10 Danimarka Danimarka 1 3 2 6

Qeydlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "The Olympic Summer Games Factsheet" (PDF) (ingilis). Beynəlxalq Olimpiya Komitəsi. 2015-09-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 iyun, 2014.
  2. "Cropper, Corry: Playing at monarchy: sport as a metaphor in nineteenth-century France" (ingilis). 2012-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 iyun, 2014.
  3. "The ignorant Olympians". 28 iyul, 2012. 2019-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun, 2014.
  4. Kristine Toohey, səh 274. "The Olympic Games: A Social Science Perspective" (ingilis). 2021-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun, 2014.
  5. "1900 Olympic Games – Paris". 2021-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun, 2014.
  6. "ALVIN KRAENZLEIN MEDALS". 2018-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun, 2014.
  7. "1900 Summer Olympics". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 iyun, 2014.
  8. "Bill Mallon. «The 1900 Olympic Games: results for all competitors in all events, with commentary»" (PDF). 2014-01-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 5 iyul, 2014.
  9. "Michel Théato". 2009-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 iyul, 2014.