157 özgə həyat... — Vikipediya

157 özgə həyat...
Janr sənədli
qısametrajlı
bioqrafik
Rejissor Əminə Asifqızı
Ssenari müəllifi Nigar Əlişova
Operatorlar Kamran Mehdiyev
İsmayıl Eyvazi
Anar Ağazadə
Ayaz Qocayev
İlkin Şirinli
İstehsalçı "Carçı film" (İctimai televiziya)
Filmin növü qısametrajlı sənədli televiziya filmi
Müddət 40 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
Rəng rəngli

157 özgə həyat... qısametrajlı sənədli televiziya filmi rejissor Əminə Asifqızı tərəfindən çəkilmişdir. Film kinoda 157 rol canlandıran görkəmli aktyor, xalq artsti Muxtar Maniyevin yaradıcılığına həsr olunmuşdur. Film İctimai televiziyada istehsal edilmişdir.

Məzmun[redaktə | mənbəni redaktə et]

Film kinoda 157 rol canlandıran görkəmli aktyor, xalq artsti Muxtar Maniyevin yaradıcılığına həsr olunmuşdur. Filmdə aktyorun özü də iştirak edir və obrazları haqqında maraqlı xatirələrini bölüşür. Onun sözlərinə görə bu, təkcə rol almaq deyil, həmin obrazları yaşatmaqdır, onların yolunda can qoymaqdır.[1] İstər kinoda, istərsə də teatrda bu qədər rol yaratmaq hər aktyora nəsib olmur. Onu Azərbaycan filmlərinin demək olar ki, əksəriyyətində görmək mümkündür.[2]

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenarist: Nigar Əlişova
Rejissor: Əminə Asifqızı
Operator: Kamran Mehdiyev, İsmayıl Eyvazi, Anar Ağazadə, Ayaz Qocayev, İlkin Şirinli

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Muxtar Maniyev: "Danışa bilmirəm, gözümdən yaş gəlir..."". 2017-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.
  2. Muxtar Maniyevin 80 illik yubileyidir[ölü keçid]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı