12 stul (film, 1971) — Vikipediya
12 stul | |
---|---|
rus. 12 стульев | |
Janr | roman ekranlaşdırması[d], komediya filmi |
Rejissor | |
Ssenari müəllifləri |
|
Baş rollarda |
|
Bəstəkar | |
İstehsalçı | Mosfilm |
İlk baxış tarixi | 1971 |
Müddət | 152 dəq. |
Ölkə | |
Dil | rus dili |
Rəng | rəngli |
IMDb | ID0065670 |
"12 stul" (rus. 12 стульев) — rejissor Leonid Qaydayın filmi.
Məzmun
[redaktə | mənbəni redaktə et]İnqilab zamanı bir çox insanlar öz dəyərli cavahiratlarını etibarlı yerlərdə gizlətmişlər. Keçmiş dvoryan başçısı indiki (1927) kargüzar İppolit Matfeyeviç Vorobyaninov bir qoca qadının ölümündən xəbər tutur. Məsələ burasındadır ki, həmin qadın 150 min qızıl rubl dəyərində brilyant və mirvarilərini vaxtilə məşhur ustad Hambsın qonaq otağındakı 12 stuldan birinin içində gizlətmişdi. Vorobyaninov bütün işlərini bir kənara qoyaraq stulları axtarmaq qərarına gəlir. O, köhnə şəhərə – keçmiş dostu dalandar Tixonun yanına gedir. Vorobyaninov orada təsadüfən böyük kambinasiyaçı və gənc fırıldaqçı Ostap Benderlə qarşılaşır. Onlar pulun 40 faizinə ortaq olmağa razılıq verirlər. Lakin Fyodorun bu söhbətə gizlincə qulaq asmağı onu da bu işdən xəbərdar edir. Tezliklə xəbər gəlir ki, bütün 12 stul hamısı birdən hərraca qoyulub. Lakin Vorobyaninov hərraca bir az qalmış bütün pulları restoranda xərcləyir. Çətinliklə qarşılaşan hərislər indi stulları və cavahiratı tapmaq üçün başqa yollar fikirləşməlidirlər. Xəzinənin sonda kimə qismət olacağı filmin sonuna qədər tamaşaçıları intizarda saxlayır.
Film haqqında
[redaktə | mənbəni redaktə et]- Filmdə olan şəhər çəkilişləri Rıbinsk şəhərində çəkilmişdir.
- İlf və Petrovun bu romanını əslində rejissor Georgi Daneliya çəkməli idi. Lakin o, sonradan filmi "12 stul" romanını çəkmək arzusu ilə yaşayan daha bir məşhur rejissora — Leonid Qaydaya verir.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Ssenari müəllifləri: Vladlen Baxnov, Leonid Qayday
- Quruluşçu rejissor: Leonid Qayday
- Operatorlar: Sergey Poluyanov, Valeri Şuvalov
- Rəssam: Yevgeni Kumankov
- Bəstəkar: Aleksandr Zasepin
Rollarda
[redaktə | mənbəni redaktə et]- Arçil Qomiaşvili — Ostap Bender
- Sergey Filippov — Vorobyaninov
- Mixail Puqovkin — Fyodr
- Klara Rumyanova — Katerina
- Yuri Nikulin — Tixon
- Qriqori Şpigel — Aleksandr Yakovleviç
- Nataliya Kraçkovskaya — madam Qrisasuyeva
- Nataliya Varley — Yelizaveta
- Nataliya Vorobyova — Elloçka Şşukina; "Adamyeyən Elloçka"
- Viktor Pavlov — Kolya
- Nina Qrebeşkova — Musik
- Vladimir Etuş — Andrey Bruns
- Georgi Vitsin — Meçnikov
- Leonid Qayday — Varfolomey Korobeynikov
- Saveli Kramarov — Ostap Benderlə şahmat oynayan
- Aleksandr Xvılya