07 Vestur — Vikipediya

07 Vestur
Loqonun şəkli
Klubun tam adı 07 Vestur
Ölkə
Yaranma tarixi 2007
Prezidenti Eivin Jacobsen
Baş məşqçisi Hegga Samuelsen
Liqa Betri deildin menn (I)
2023 5.
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

07 Vestur — Farer adalarını təmsil edən futbol klubu. 2007-ci ildə qurulmuşdur. Sandavóavur və Servoavur (Voar adası) şəhərlərini təmsil edir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Klubun tarixi 1993-cü il dekabrın 18-də "Mivoavur" və "Sandavoavur" klublarının birləşməsi nəticəsində "Vaqar" klubunun yarandığı vaxtdan başlayır. 1998-ci ildə "Servoavur" klubuda onlara qoşuldu, nəticədə Voar adasında vahid komanda formalaşdı və tezliklə Farer çempionatının yüksək divizionuna yüksələ bildi, amma klub uzun müddət yüksək liqalarda yer tuta bilmədi və tezliklə oradan aşağı liqaya düşdu.

Uğursuzluqlar nəticəsində klubdaxili parçalanmalar kəskinləşdi və 2004-cü ildə onlar, əvəllər olduğu kimi ayrı-ayrı komandalara ayrıldı. Buna baxmayaraq, Voar adasında vahid güclü klub yaratmaq ideyası ölmədi və 8 noyabr 2004-cü ildə vahid "Vagar 2004" klubu yenidən yaradıldı və 2007-ci ildə "Servoavur" klubu yenidən ona qoşuldu.[1] Bu birləşmə nəticəsində klub indiki adı "07 Vestur" qəbul etdi və 6 noyabr 2007-ci il klubun rəsmi yaranma tarixi oldu.[2]

2008-ci ildə klub birinci liqanın qalibi oldu və Farer adalarının yüksək divizionu olan Vodafondaildində oynamaq hüququ qazandı. Yüksək Liqadakı ilk mövsümündən sonra klub birinci liqaya düşdü, lakin yenidən qalib gələrək 2011-ci ildə yenidən Yüksək Liqada oynamaq hüququ qazandı.

2011-ci il mövsümünün sonunda çempionatda 9-cu yeri tutdu və yenidən birinci liqaya düşdu. 2012-ci ildə "07 Vestur" birinci liqada birinci yeri tutdu və bir daha Vodafondaildin-ə yüksəldi.[3]

2013-cü ildə komanda yenidən aşağı liqaya düşdü və 2016-cı il mövsümündə, yenidən yüksək liqaya yüksələnə qədər orada oynadı.

İndiki heyəti[redaktə | mənbəni redaktə et]

Sonuncu dəfə 10 iyun 2022 tarixində yeniləndi
"07 Vestur" vs "FC Suðuroy", oktyabr 2011
"07 Vestur" vs "FC Suðuroy", U16 komandası, aprel 2012
Nömrə Ölkə Mövqeyi Futbolçu
1 Farer adaları GK Silas Eyðsteinsson
2 Farer adaları DF Eiler Fróðason
3 Danimarka DF Daniel Obbekjær
4 Farer adaları DF Dann Fróðason
5 Farer adaları DF Heine Mortensen
6 Norveç MF Kevin Jablinski
7 Farer adaları DF Högni Nielsen
8 Farer adaları MF Martin Tausen (kapitan)
9 Norveç MF Martin Pettersson
11 Belçika FW Jasper Van Der Heyden
12 Farer adaları FW Tór-Ingar Akselsen
Nömrə Ölkə Mövqeyi Futbolçu
14 Farer adaları FW Ragnar Weihe
16 Serbiya GK Ivan Stojković
17 Farer adaları FW Ingi Joensen
19 Farer adaları MF Janus Samuelsen
20 Finlandiya FW John Fagerström
23 Farer adaları DF Jóannis á Steig
24 Farer adaları MF Sölvi Egilsson
70 Farer adaları FW Albert Theis Nielsen
Danimarka FW Ronni Møller-Iversen
Farer adaları DF Dánial Lervig

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Merging of clubs". 2023-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09.
  2. "07 Vestur". 2023-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09.
  3. "Faroesoccer.com". 2023-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09.