Əyyub Abbasov — Vikipediya

Əyyub Abbasov
Doğum tarixi
Doğum yeri Şəki kəndi, Zəngəzur qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri
Təhsili
Fəaliyyəti yazıçı
Əsərlərinin dili Azərbaycan dili
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1954

Əyyub Cəbrayıl oğlu Abbasov (1905, Şəki, Zəngəzur qəzası18 dekabr 1957, Bakı) — yazıçı, şair, dramaturq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1954).

Həyatı[redaktə | mənbəni redaktə et]

İstedadlı yazıçı, şair, dramaturq, naşir, jurnalist, Azərbaycan SSR əməkdar incəsənət xadimi Abasov Əyyub Cəbrayıl oğlu 1905-ci ildə tariximizin ən qədim dövrlərindən bəri Azərbaycan türklərinin məskəni, oğuzların yurd yeri olmuş Zəngəzur qəzasının Şəki kəndində (indiki Ermənistan SSR Sisyan rayonu) anadan olmuşdur. Uşaq yaşlarından yetim qalmış, 1920 ildən Naxçıvanda, qohumlarının yanında yaşamışdır. Burada orta təhsil almış, pedaqoji texnikumu, sonra isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki APU) dil və ədəbiyyat fakültəsini bitirmişdir (1930). Naxçıvan Pedaqoji Texnikumunda müəllim, Naxçıvan rayon xalq maarif şöbəsinin müdiri işləmişdir. Əyyub Abbasov 1957-ci ilin dekabrında vəfat etmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1931-ci ildə oranı qurtaran Ə. Abbasov iki il Naxçıvan Pedaqoji Texnikumunda dərs hissə müdiri, 1932–33-cü illərdə isə rayon maarif şöbəsinin müdiri vəzifələrində və 1933–34-cü illərdə Kommunist qəzeti redaksiyasında çalışmışdır.

Ə. Abbasov 1934–37-ci illərdə Leninqradda redaktorluq və tərcüməçilik kursunda oxumuşdur. O, 1937–39-cu illərdə Azərnəşrdə şöbə müdiri, 1939–41-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət işləri üzrə komitədə işləmiş, 1943–47-ci illərdə Azərbaycan SSR KP MK-də təlimatçı, 1947–48-ci illərdə Bakı Teatr məktəbinin direktoru, 1949–57-ci illərdə isə Uşaqgəncnəşrdə şöbə müdiri vəzifələrində işləmişdir.[1]

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

İlk şerləri Şərq qapısı qəzetində çıxmış (1926), Mübarizə adlı şer kitabçası 1932 ildə Naxçıvanda nəşr olunmuşdur. Sonralar Bakıda Günəşli yollar (1938), Ürək nəğmələri (1948), Könül şikəstəsi (1956) və s. şeir və poema topluları çapdan çıxmışdır. İkicildlik Zəngəzur (1956-1957) tarixi romanında 1917-20 illərdə regionun ümumi mənzərəsi təsvir edilir. Qadın azadlığı adlı ilk pyesi Naxçıvan teatrında tamaşaya qoyulmuşdur. Böhtan, Qardaşlar, Bahar nəğməsi, Şəfəq, Məlik Məhəmməd, Alma ağacı, Qisas, Sevinc pyesləri, tərcümələri var.[2]

"Zəngəzur" Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlunun "Əyyub Abasov: Zəngəzur faciəsini yaşayan və yaşadan ədib" monoqrafiyası nəşr edilib ("Mütərcim" nəşriyyatı-2016).[3]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxcıvan ensiklopediyası. Bakı - 2002
  2. Seçilmiş əsərləri, B ., 1962.
  3. ""Əyyub Abasov: Zəngəzur faciəsini yaşayan və yaşadan ədib" nəşr edilib". 2022-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-30.