Əsgər İsmayılov (həkim) — Vikipediya

Əsgər İsmayılov
bayraq
Azərbaycan SSR səhiyyə naziri
bayraq2
28 mart 1946 – 11 fevral 1947
Əvvəlkivəzifənin adı dəyişdirilib
SonrakıKübra Fərəcova
bayraq
Azərbaycan SSR xalq səhiyyə komissarı
bayraq2
4 noyabr 1941 – 28 mart 1946
ƏvvəlkiƏziz Əliyev
Sonrakıvəzifənin adı dəyişdirilib
Şəxsi məlumatlar
Doğum tarixi 1898
Doğum yeri
Vəfat tarixi 14 mart 1959(1959-03-14)
Partiya
Təhsili
Fəaliyyəti həkim, dövlət xadimi, universitet müəllimi[d]
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • tibb elmləri namizədi[d] (1935)
Elmi adı

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni
Azərbaycan SSR əməkdar həkimi

Əsgər Ələkbər oğlu İsmayılov (1898, Naxçıvan14 mart 1959) — Azərbaycan həkimi və dövlət xadimi, Azərbaycan SSR xalq səhiyyə komissarı və naziri (1941–1947), tibb elmləri namizədi (1935), dosent, Azərbaycan SSR əməkdar həkimi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Əsgər Ələkbər oğlu İsmayılov 1898-ci ildə Naxçıvan şəhərində kəndli ailəsində anadan olmuşdur. 1927-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsini bitirdikdən sonra o, fakültə terapiya klinikasının ordinatoru təyin edilmiş, 1929-cu ildən isə həmin klinikanın aspirantı olmuşdur. 1935-ci ildə tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. Həmin vaxtdan Böyük Vətən müharibəsi başlananadək Azərbaycan Dövlət Tibb İnstitutunda işləmiş və eyni zamanda Elmi-Tədqiqat Klinik İnstitutuna rəhbərlik etmişdir.[1]

Əsgər İsmayılov 1941-ci ildən 1947-ci ilədək Azərbaycan SSR xalq səhiyyə komissarı (1946-cı ildən naziri) işləmişdir. Həyatının son illərində Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu terapiya və daxili xəstəliklər prapedevtikası kafedrasında fəaliyyət göstərmiş, kənd əhalisinə tibbi yardım göstərən həkimlər briqadasının rəhbəri olmuşdur.[1]

Əsgər İsmayılov 1920-ci ildən RK(b)P (Sov.İKP) üzvü olmuşdur. "Azərbaycan SSR əməkdar həkimi" fəxri adına layiq görülmüş, "Qırmızı əmək bayrağı", "Qırmızı ulduz" ordenləri və medallarla təltif edilmişdir.[1]

Əsgər İsmayılov 14 mart 1959-cu ildə vəfat etmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 Ә. Ә. Исмајылов // Коммунист. № 62 (11009). 15 март 1959-ҹу ил. С. 4.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]