Ərminavan — Vikipediya
Ərminavan | |
---|---|
39°47′44″ şm. e. 46°46′23″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Xocalı rayonu |
Ərminavan — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd.
Haqqında
[redaktə | mənbəni redaktə et]Ərminavan kəndi Xankəndi və Şuşa şəhərlərinin arasında yerləşir. Şuşadan 2 km, Xankəndidən 560 metr aralıda yerləşirdi. Kərkicahan qəsəbəsi, Daşkənd kəndi ilə də həmsərhədd idi.
Tarixi
[redaktə | mənbəni redaktə et]Kənd haqqındakı ən qədim məlumatlar XII-XIII əsrlərə aiddir. Deyilənlərə görə Bərdə, Nuxa və digər böyük şəhərlərdən Qarabağ və Naxçıvana gedən tacirlər bu yerlərdə düşərgələr qurardılar, karvanlarını saxlardılar. "Ərmin" sözü qədim azəri dilində karvan(lar) mənasını, "avan" isə abad mənasını verir. Abad dedikdə yurd, məskən anlayışı başa düşülür. Daha sonralar ermənilər bu yerləri "Armenakan" kimi adlandırmışdır.
19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd dəniz səviyyəsindən 1500 metr hündürlükdədir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]2008-ci ildə kənd əhalisinin sayı 1.400 nəfərdən çox olmuşdur
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Kəndin yaxınlığından təbaşir, gil çıxdığı üçün burada zavodlar var idi.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]Xocalı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |