Əqrəb mövsümü — Vikipediya

Əqrəb mövsümü
Serialın posteri
Serialın posteri
Janr dram filmi, triller filmi, detektiv filmi
Əsaslanır Ceyhun Hidayətlinin "Əqrəb" romanı
İlk baxış tarixləri 10 yanvar 2023
Rejissor
Operator Mosmanue
Prodüser Yalçın Verdiyev
Ssenarist
Rollarda
Bəstəkar Məhəmməd Osmanov
İstehsalçı ölkə
İl 2022
Dil azərbaycanca
Rəng rəngli
Davametmə müddəti 40–50 dəqiqə
Telekanal İctimai TV
IMDb ID26443361
itv.az/tvseries/31?seaso…

Əqrəb mövsümü — 2023-cü ilin yanvarında İctimai TV kanalında yayımlanmış dram, triller və detektiv janrlarında olan Azərbaycan serialı.[1] Serial Ceyhun Hidayətlinin "Əqrəb" romanına əsaslanır.[1] Rejissoru Emil Quliyev, ssenaristi Azər Aydəmirdir.[1] 12 seriyadan ibarətdir.[2]

Məzmun[redaktə | mənbəni redaktə et]

Serial bütün şəhəri qorxu və təşviş içində saxlayan sirli seriyalı qatildən (Əli Əlizadə) bəhs edir. Qatili tapmaq üçün edilən bütün cəhdlər uğursuzluqla nəticələnir. Nəticədə, qatili tapmaq işi təcrübəli detektivlər Rauf Eyvazov (Azər Aydəmir) və Kənan Orucova (Hikmət Rəhimov) tapşırılır. Hər bir qətl bir mesaj daşıyır və cinayət işini daha da mürəkkəbləşdirir.[2]

Heyət[redaktə | mənbəni redaktə et]

Rollarda[redaktə | mənbəni redaktə et]

İstehsalçı heyət[redaktə | mənbəni redaktə et]

Serialın quruluşçu rejissoru Emil Quliyev, ssenaristi Azər Aydəmir, prodüseri Yalçın Verdiyev, kinematoqrafı Məhəmməd Osmanov, rejissorları Kənan Nadirli və Nicat Muxtarov, kostyum dizayneri Olqa Şabanova, səs rejissoru MORII və quruluşçu rəssamı Aysel Əmirovadır.[2]

Seriya siyahısı[redaktə | mənbəni redaktə et]

BaşlıqOrijinal yayım tarixi
1 "1-ci bölüm" 10 yanvar 2023 (2023-01-10)
2 "2-ci bölüm" 11 yanvar 2023 (2023-01-11)
3 "3-cü bölüm" 13 yanvar 2023 (2023-01-13)
4 "4-cü bölüm" 14 yanvar 2023 (2023-01-14)
5 "5-ci bölüm" 18 yanvar 2023 (2023-01-18)
6 "6-cı bölüm" 19 yanvar 2023 (2023-01-19)
7 "7-ci bölüm" 20 yanvar 2023 (2023-01-20)
8 "8-ci bölüm" 21 yanvar 2023 (2023-01-21)
9 "9-cu bölüm" 24 yanvar 2023 (2023-01-24)
10 "10-cu bölüm" 25 yanvar 2023 (2023-01-25)
11 "11-ci bölüm" 26 yanvar 2023 (2023-01-26)
12 "12-ci bölüm" 26 yanvar 2023 (2023-01-26)

İstehsal[redaktə | mənbəni redaktə et]

Serial Ceyhun Hidayətlinin 2015-ci ildə nəşr olunmuş "Əqrəb" romanına əsaslanır. Azər Aydəmir romanı bəyənərək 2017 və ya 2018-ci ildə yazıçı ilə əlaqə saxlayaraq roman əsasında iş çəkmək istədiyini bildirmişdir.[3] Əvvəlcə film çəkilməsi planlaşdırılsa da, daha sonra serial çəkilməsinə qərar verilmişdir.[3] Romanın ssenaristləşdirilməsi zamanı hekayədə xeyli dəyişikliklər edilmiş, kitabda olmayan personajlar əlavə edilmiş, kitabdakı bəzi personajlar da çıxarılmışdır.[4] Məsələn, Kənan Orucov personajı romanda müstəqil xəfiyyə olsa da, serialda prokurorluğun müstəntiqi kimi təqdim olunmuşdur.[3]

Serialın çəkilişləri 2021-ci ilin yayında başa çatsa da, COVID-19 pandemiyası səbəbilə gec yayımlanmışdır.[5] Ümumi büdcəsi isə 249.643 manat təşkil etmişdir.[6] Azərbaycan Respublikası Baş Prokurorluğu serialın istehsalına təşkilati dəstək göstərmişdir.[1] Azər Aydəmir ikinci mövsümün çəkilməsinin mümkünlüyünü qeyd etmişdir.[4]

Musiqi[redaktə | mənbəni redaktə et]

Xarici video
DiHaj ft. Isfar Sarabsky - I Break Again

Serialın açılış mahnısı DiHaj ilə İsfar Sarabskinin ifasında səslənən 2014-cü ildə təqdim olunmuş "I Break Again" mahnısıdır.[7] Serialda həmçinin Eyyub Yaqubovun "Əzizim", L-Mirin "Qara Buludlar", Rapluvinin "Bəlkə", "Unutsan" və "Kimsən Sən" mahnılarından istifadə olunub.

Qəbul[redaktə | mənbəni redaktə et]

Serial yayımlandığı gündən etibarən sosial şəbəkə platformalarında müzakirələrə səbəb olmuş və bəyənilmişdir.[6] Jurnalist Rəşad Məcid və kinoşünas Rəşad Qasımov serialın Azərbaycan kinosuna "yeni nəfəs" gətirdiyini bildirmişdirlər.[8] Bəstəkar Elmir Mirzəyev serialın musiqisini bəyəndiyini ifadə etmişdir.[8] Serialın populyarlığı C. Hidayətlinin "Əqrəb" romanının yenidən çap olunmasına səbəb olmuşdur.[9]

Serialın sonuncu seriyasındakı öpüşmə səhnəsi bəzi izləyicilər tərəfindən xoş qarşılanmayıb.[10] Aktrisa Gülşad Baxşıyeva bu cür səhnələri qəbul etmədiyini bildirmişdir.[10] Aktrisa Mehriban Xanlarova isə yerli izləyicilərin bu cür səhnələrə hazır olmadığı üçün belə reaksiya verdiklərini ifadə etmişdir.[10]

Serialın ssenarisinin[11] və motivləri əsasında çəkildiyi romanın plagiat olduğu iddia edilib.[12]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 "İctimai TV-dən yeni film - "Əqrəb"". Ədalət qəzeti (az.). 12 iyul 2021. 20 yanvar 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2023.
  2. 1 2 3 "Азербайджанские следователи убойного отдела ищут таинственного серийного убийцу (ФОТО)". Trend (rusca). 14 oktyabr 2021. 20 yanvar 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2023.
  3. 1 2 3 "Qatil kimdir? - "Əqrəb mövsümü"nün müəllifi Lent.az-a DANIŞDI". Lent.az (az.). 26 yanvar 2023. 26 yanvar 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 yanvar 2023.
  4. 1 2 "Azər Aydəmir səs-küyə səbəb olan "Əqrəb mövsümü"ndən danışdı - MÜSAHİBƏ". Oxu.az (az.). 23 yanvar 2023. 2023-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2023.
  5. "Əqrəb mövsümü"nün baş qəhrəmanı da ittifaqdan getdi: "Ölü qurumdur". Lent.az (az.). 26 yanvar 2023. 2023-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 yanvar 2023.
  6. 1 2 ""Əqrəb mövsümü" neçəyə başa gəlib? - RƏSMİ BÜDCƏ - EKSKLÜZİV". İqtisadiyyat.az (az.). 2023-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 yanvar 2023.
  7. "Сериал «Əqrəb mövsümü» подарил вторую жизнь песне DiHaj и Исфара Сарабского – ВИДЕО". 1news.az (rusca). 26 yanvar 2023. 2023-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2023.
  8. 1 2 ""Əqrəb mövsümü" serialı ekranda necə böyük hadisəyə çevrilə bildi?" (ingiliscə). Müsavat. 24 yanvar 2023. 2023-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2023.
  9. ""Əqrəb mövsümü"ndən sonra yenidən çap olunur". Olay.az (az.). 23 yanvar 2023. 24 yanvar 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 yanvar 2023.
  10. 1 2 3 ""Onlar obraz üçün yox, özləri üçün öpüşürlər" - "Əqrəb mövsümü" tənqid olundu". Yeni Sabah (az.). 30 yanvar 2023. 2023-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2023.
  11. Dilşad Bəhruzqızı. ""Əqrəb mövsümü" plagiatdır?". Şou biznes və ulduzlar haqqında xəbər portalı (az.). İstifadə tarixi: 2023-11-30.
  12. Billurə Yunus. "'Əqrəb'in kitabı da plagiatdır' iddiası - Müəllif 'vallah' dedi (AÇIQLAMA)". olke.az. 2023-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-30.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]