Ənvər Əsgərov — Vikipediya

Ənvər Əsgərov
Ənvər Əsgər oğlu Əsgərov
Doğum tarixi 1 may 1940(1940-05-01)
Doğum yeri Qəbələ, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi dekabr 2014 (74 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşağı
Fəaliyyəti rəssam
Təhsili
  • Sankt-Peterburq İncəsənət və Sənaye Akademiyası[d]
Üzvlüyü
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2000 "Soltan Məhəmməd" mükafatı — 1993

Ənvər Əsgərov (1 may 1940, Qutqaşendekabr 2014) — SovetAzərbaycan rəssamı, 1970-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, Sultan Məhəmməd mükafatı laureatı, Azərbaycanın əməkdar rəssamı,[1][2] Azərbaycanda və xaricdə çoxsaylı sərgi iştirakçısı. Ənvər Əsgərovun əsərləri AzərbaycanRusiya muzeylərində, Azərbaycan, Rusiya, Böyük Britaniya, Türkiyə, İsveçrəABŞ-də şəxsi kolleksiyalarda saxlanılır.[3]

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

Ənvər Əsgərov 1 may 1940-cı ildə Qəbələdə anadan olmuşdur. İlk peşəkar təhsilini Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində Barat Maratlı, Kamil XanlarovLətif Feyzullayev kimi rəssamlardan almışdır.[4] Daha sonra Sankt-Peterburqdakı V.Muxina adına Ali Sənaye Rəssamlığı İnstitutunu bitirmişdir. 1968-ci ildən AzərbaycanSSRİ Rəssamlar İttifaqının üzvüdür. 1993-cü ildə Rəssamlar İttifaqı tərəfindən Sultan Məhəmməd mükafatına layiq görülüb.[4] 2000-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülmüşdür.[1][2]

Ənvər Əsgərovun yaradıcılığının erkən dövrü sənaye mənzərələri ilə əlaqədar olmuşdur.[5] Lakin onun yaratdığı Bakının neftçıxarma şəhəri simaları o qədər lirik və zərif idilər ki, rəssamın əsərləri Azərbaycan paytaxtının vizit kartı kimi çıxış edirdilər.[5] 1973-cü ildə onun “Abşeronun Orqanı” əsəri gənclər üçün “Smena” jurnalının aprel nəşrinin cildini bəzəmişdi. Post-sovet dövründə Ənvər Əsgərovun əsərlərində dəyişiklik baş verdi. Yaradıcılığında monumental sənaye kompozisiyalarına üstünlük verən rəssam kamera tipli həndəsi natürmortlar çəkməyə başlamış, az sonra isə formal baxımdan çox sadə olan bu əsərlər op-art üslubunda işlənmiş rəsmlərlə əvəz edilmişdir.[4]

Ənvər Əsgərovun 1995, 2003, 2010, 20152017-ci illərdə Bakıda fərdi sərgiləri təşkil ediliib. Onun əsərləri 1998-ci ildə Vaşinqtonda keçirilən “World bank art” adlı sərgidə nümayiş etdirilib və bir neçə əsəri ABŞ kolleksiyaçıları tərəfindən alınıb.[6] 2009-cu ildə “Azerbaijan culturalscapes” layihəsi çərçivəsində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İsveçrənin Bazel şəhərində keçirilən “Baku Unlimited” adlı sərgidə Ənvər Əsgərovun əsərləri də nümayiş etdirilib. Əməkdar rəssamın əsərləri Rusiya Mədəniyyət Nazirliyinin fondunda, Azərbaycan Dövlət İncəsənət Muzeyində, Dövlət Rəsm Qalereyasında və bir çox xarici ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.[6]

Rəssam 2014-cü ilin dekabr ayında dünyasını dəyişib.[3]

Sərgiləri[redaktə | mənbəni redaktə et]

Kollektiv[redaktə | mənbəni redaktə et]

  • 1985 — Faşist Almaniyası üzərində qələbənin 40 illiyinə həsr olunmuş ümumittifaq sərgisi[2]
  • 1994 — Qara dəniz ölkələrinin rəssamlıq üzrə beynəlxalq simpoziumu (İstanbul, Türkiyə)[2]
  • 1998 — Müasir Azərbaycan rəssamları (Vaşinqton, ABŞ)[2]
  • 2009 — "Baku Unlimited" müasir incəsənət sərgisi (Bazel, İsveçrə)[2]

Şəxsi[redaktə | mənbəni redaktə et]

  • 1995 — Səttar Bəhlulzadə adına sərgi salonu (Bakı)[2]
  • 2003 — Vəciyə Səmədova adına sərgi salonu (Bakı)[2]
  • 2010 — Muzey mərkəzi (Bakı)[2]
  • 2015 — Muzey Mərkəzi (Bakı)[1]
  • 2017 — Port Baku Mall[7]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Ənvər Əsgərov Elvira Əsgərova (Atayeva) ilə evli olub. Cütlüyün 3 uşağı var: bir oğlan və iki qız. Oğlu — Rövşən Əsgərov, "Nə? Harada? Nə zaman?" televiziya verilişinin məşhur oyunçusu və jurnalistdir.[3] Qızları — Xumar və Səlimə.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "В Баку открывается выставка художника, влюбленного в Абшерон". 2016-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  2. 1 2 3 4 5 6 7 8 9 "Юбилейный вечер Энвера Аскерова". 2017-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  3. 1 2 3 Ənvər Əsgərovun Bakıda baş tutan şəxsi sərgisi — REPORTAJ[ölü keçid]
  4. 1 2 3 Ənvər Əskərov
  5. 1 2 "Rəssam Ənvər Əsgərovun "Urbi et Orbi" adlı fərdi sərgisi". 2016-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  6. 1 2 "Ənvər Əsgərovun yubiley sərgisi". 2020-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  7. "Ənvər Əsgərovun «Rapsodiya» sərgisi Port Baku Mall-da!". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]