Ən çox ziyarət edilən sənət muzeylərinin siyahısı (2014) — Vikipediya

Dünyanın ən çox ziyarət edilən incəsənət muzeylərinin siyahısında ziyarətçilər arasında ən çox ziyarət edilən və eksponatları əsasən sənət əsərlərindən ibarət olan 100 muzey və qalereya yer alıb. Bədii sənət dedikdə heykəltaraşlıq, rəngkarlıq, qrafika, foto sənəti və dekorativ-tətbiqi sənət aiddir. Siyahıya sırf sənət muzeyi olmayan turistik yerlər daxil edilmir (məsələn, Pekindəki Yasaq şəhər). Həmçinin, eksponatları içərisində qismən sənət əsərləri olan, lakin əsasən konkret tematikaya həsr olunmuş, ixtisaslaşdırılmış muzeylər (məsələn, Londondakı Təbiət tarixi muzeyi) də siyahıya daxil edilməyib.

Siyahı ildə bir dəfə oxşar siyahıları dərc edən beynəlxalq nüfuzlu incəsənət jurnalı The Art Newspaperin[1] məlumatlarına əsaslanır; bu siyahı 2014-cü ilin məlumatlarına əsaslanır.

Siyahıda ən çox təmsil olunan muzeylər ABŞ-də - 18 və Böyük Britaniyadadır - 14. Sonrakı yerlərdə İspaniya (9), Fransa (8), 6 muzeylə Braziliya və 5 muzeylə Rusiya, AvstraliyaCənubi Koreya gəlir. Böyük Britaniya muzeyləri ildə ən çox ziyarətçi sayına malikdir - 30.000.000-dan çox insan.

Siyahıdakı muzeylərin əksəriyyəti Londonda - 11 və Parisdə - 7, habelə hər birində 4 muzey olmaqla Berlin, MadridTokioda yerləşir.

Siyahıdakı muzeylərin əksəriyyəti Avropa qitəsinin ərazisində yerləşir - 55 muzey. Digər qitələr Şimali Amerikada - 22 muzey, Asiyada - 12 muzey, Cənubi Amerikada - 6, Avstraliyada - 5 muzey olmaqla sıralanır. Afrika muzeyləri siyahıya düşə bilməyib.

Adı Şəhər Ölkə Yaranma ili İllik ziyarətçi sayı Şəkil
1 Luvr muzeyi Paris Fransa Fransa 1792 9.260.000
2 Britaniya muzeyi London Böyük Britaniya Birləşmiş Krallıq 1753 6.695.213
3 London Milli Qalereyası London Böyük Britaniya Birləşmiş Krallıq 1824 6.416.724
4 Metropoliten muzeyi Nyu-York ABŞ ABŞ 1870 6.162.147
5 Vatikan muzeyi Vatikan (Roma) Vatikan Vatikan 1506 5.891.332
6 Teyt Modern London Böyük Britaniya Birləşmiş Krallıq 2000 5.785.427
7 İmperator saray muzeyi Taybey Çin Respublikası Çin Respublikası 1965 5.402.325
8 Milli Sənət Qalereyası Vaşinqton ABŞ ABŞ 1937 3.892.459
9 Koreya Milli Muzeyi Seul Cənubi Koreya Cənubi Koreya 1945 3.536.677
10 Orse muzeyi Paris Fransa Fransa 1968 3.500.000

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Visitor Figures 2014: The grand totals: exhibition and museum attendance numbers worldwide Arxivləşdirilib 2016-04-04 at the Wayback Machine, The Art Newspaper, International Edition, Апрель 2015.