Əməl Kluni — Vikipediya

Əməl Kluni
ərəb. أمل علم الدين كلوني
brit. ing. Amal Alamuddin Clooney
Digər adı Əməl Ələməddin
Doğum tarixi (46 yaş)
Doğum yeri Beyrut, Livan
Həyat yoldaşı
Uşaqları 2[1]
Atası Rəmzi Ələməddin
Anası Bərə Ələməddin
Fəaliyyəti vəkil
Fəaliyyət illəri 2000-ci ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əməl Kluni (qızlıq soyadı Ələməddin, ing. Amal Clooney, ərəb. أمل كلوني‎; 3 fevral 1978[2], Beyrut, Livan[3]) — Londonda yaşayan Livan əsilli Britaniya vəkili, fəalı və müəllifdir.

Həyatı[redaktə | mənbəni redaktə et]

Əməl Kluni Livanın Beyrut şəhərində anadan olmuşdur. 1980-ci ildə Livan[4] vətəndaş müharibəsi əsnasında ailəsi Londona köçmüşdür. Atası Rəmzi Ələməddin əslən Şuf vilayətindən olan druz ərəb, [5] Liviyada doğulmuş anası Bərə Ələməddin isə əslən livanlı sünni ərəb ailəsindəndir.[6] Əməl Klunin ana dili ərəb dilidir. Hollivud aktyoru Corc Kluninin həyat yoldaşıdır.[7][8]

Təhsili və fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2000-ci ildə Kluni Oksford Universitetinin tərkibindəki Sent-Hyuz kollecinin hüquq fakültəsini bitirmişdir. Sonra təhsilini Nyu-York Universitetinin Ali hüquq məktəbində davam etmişdir. Daha sonra üç il ərzində Nyu-Yorkdakı Sullivan & Cromwell vəkil idarəsində, Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində kontor işçisi kimi çalışmışdır. 2010-cu ildən etibarən Doughty Street Chambers-də vəkildir.[9] Hal-hazırda da orada vəkil idarəsində işləyir. Eyni zamanda Kolumbiya Universitetində, Haaqa Beynəlxalq Hüquq Akademiyasında və London Universitetinin Şərq və Afrika Bilimləri Ali Məktəbində mühazirələr də oxuyur. 2010-cu ildən bəri 10-dan çox elmi məqalə nəşr etdirmişdir. 2011-ci ildən başlayaraq Əməl Kluni bir sıra beynəlxalq məhkəmə prosesində vəkil kimi iştirak etmişdir.

Əməl Kluninin vəkil xidmətlərindən istifadə edənlər sırasında WikiLeaks-in təsisçisi Culian Assanj, Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko, Azərbaycandan olan jurnalist Xədicə İsmayıl, Misir əsilli Kanada jurnalisti Məhəmməd Fəhmi və digər tanınmış şəxslər vardır. 2021-ci ilin sentyabrında Beynəlxalq Cinayət Məhkəməsi (ICC) onu Darfurdakı Sudan münaqişəsi üzrə xüsusi müşavir təyin etdi.

Kitabları[redaktə | mənbəni redaktə et]

  • Livan üçün Xüsusi Tribunal: Hüquq və Təcrübə , D. Tolbert və N. Jurdi ilə birgə redaktə edilmişdir (Oxford University Press, 2014). [10]
  • D. Neuberger ilə "Beynəlxalq Hüquqda Azad Nitq" jurnalının redaktoru (2022)
  • Kluni, Amal; Webb, Philippa (2020). Beynəlxalq hüquqda ədalətli məhkəmə araşdırması hüququ.[11] New York: Oxford University Press. ISBN 978-0-198-80839-8

Məqalələri[redaktə | mənbəni redaktə et]

  • Əməl Kluni və ing. Skilbeck, Rupert - "Amal Clooney və Rupert Skilbeck Britaniyanın niyə müharibə cinayətkarlarını hesaba çəkmədiyinə dair" 19 oktyabr 2023.[12]
  • Əməl Kluni (29 iyul 2021). "Avtokratların qalib gəlməsinə imkan verməyin – Bayden media azadlığını bərpa etmək üçün Demokratiya Sammitindən necə istifadə edə bilər" [13]
  • "Filipində demokratiya sınağı" . The Washington Post, 12 iyun 2020
  • "Nəhayət, İŞİD-i ədalətə çatdırmaq üçün koordinasiyalı səylərimiz var". Huffington Post, 22 sentyabr 2017 [14]
  • "Dünya Prezident Naşidin azad olunmasını tələb etdiyi üçün Maldiv adaları repressiyaya doğru sürüşür". Huffington Post,14 oktyabr 2015 [15]
  • "Əl-Cəzirə jurnalisti Məhəmməd Fəhmini azad etmə vaxtıdır. Huffington Post,2 Avqust 2015 [16]
  • "Misir kanadalı jurnalist Məhəmməd Fəhmini evinə göndərməlidir". Huffington Post, 26 fevral 2015 [17]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. English Wikipedia community Wikipedia (ing.). 2001.
  2. Amal Clooney // Munzinger Personen (alm.).
  3. Deutsche Nationalbibliothek Record #1051385075 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. Globe Staff. "George Clooney rejects Daily Mail's apology for 'fabricated' story". The Globe and Mail. Phillip Crawley. 11 July 2014. 17 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 August 2014. whose father, Ramzi, belongs to a prominent Druze family.
  5. "Amal Alamuddin: George Clooney's Betrothed a Star Among Druze Community". NBC News (ingilis). 2014-09-13. 2017-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
  6. Gebeily, Maya. "Amal Alamuddin from 'Druze family of sheikhs'". NOW News. 30 April 2014. 6 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 September 2014.
  7. McNeal, Gregory S. "International Lawyer And Scholar Amal Alamuddin Engaged To George Clooney". Forbes (ingilis). 2024-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
  8. News, A. B. C. "Matt Damon Says George and Amal Clooney Will Be 'Great Parents'". ABC News (ingilis). 2023-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
  9. "Wayback Machine". web.archive.org. Archived from the original on 2015-07-31. İstifadə tarixi: 2024-01-16.
  10. "Arxivlənmiş surət". global.oup.com. 2023-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
  11. "Arxivlənmiş surət". global.oup.com. 2024-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
  12. "Amal Clooney and Rupert Skilbeck on why Britain fails to hold war criminals to account". The Economist. ISSN 0013-0613. 2024-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
  13. Clooney, Amal. "Don't Let the Autocrats Win - How Biden Can Use the Democracy Summit to Build Back Media Freedoms". Just Security (ingilis). 2021-07-29. 2023-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
  14. "Amal Clooney: 'Finally, We Have A Coordinated Effort To Bring ISIS To Justice'". HuffPost (ingilis). 2017-09-23. 2023-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
  15. Amal Clooney. "Maldives Backslides Into Repression as the World Calls for President Nasheed's Release". HuffPost (ingilis). 2015-10-14. 2023-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
  16. "It Is Time for Sisi to Set Al Jazeera Journalist Mohamed Fahmy Free". HuffPost (ingilis). 2015-08-02. 2024-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.
  17. Amal Clooney. "Egypt Should Send Canadian Journalist Mohamed Fahmy Home". HuffPost (ingilis). 2015-02-26. 2023-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-16.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]