Əlipənah Abbasov — Vikipediya

Əlipənah Abbasov
Əlipənah Bəhmən oğlu Abbasov
Doğum tarixi
Doğum yeri Cəlilabad rayonu, Üçtəpə, Azərbaycan SSR
Vəfat tarixi (42 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elmi dərəcəsi

Əlipənah Abbasov — (tam adı: Əlipənah Bəhmən oğlu Abbasov; d.20 mart 1954; Cəlilabad, Üçtəpə — ö.21 fevral 1997, Bakı) – Azərbaycan geoloqpaleontoloqu, geologiya-mineralogiya elmlər doktoru (1993).

Həyatı[redaktə | mənbəni redaktə et]

Əlipənah Abbasov 1954-cü ildə mart ayının 20-də Azərbaycanın Cəlilabad rayonunun Üçtəpə kəndində anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1997-ci il fevral ayının 21-də Bakı şəhərində vəfat etmişdir.

Tədqiqatları[redaktə | mənbəni redaktə et]

Tədqiqatları, əsasən, Azərbaycanın Təbaşir yaşlı çöküntülərinin radiolariya faunasının və radiolariyaların filogenetik inkişaf mərhələlərinin öyrənilməsinə həsr olunmuşdur. Azərbaycanda radiolariyalara görə Təbaşir çöküntülərinin ayrı-ayrı rayonnlar üzrə strati qrafik bölgüsünü işləyib hazırlamış, silisiumlu vulkanogen süxurların yaşını dəqiqləşdirmiş və Kiçik Qafqazda silisium oksidinin toplanma sxemini tərtib etmişdir. 40-dan çox elmi əsərin müəllifidir.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 18. ISBN 978-9952-441-02-4.