Əlimərdan bəy Təklə — Vikipediya

Əlimərdan bəy Təklə
Əlimərdan bəy Məhəmmədəmin bəy oğlu Təklə
Doğum tarixi
Doğum yeri Təklə, Dəmirçihəsənli mahalı, Qarabağ xanlığı
Vəfat yeri Təklə, Dəmirçihəsənli mahalı, Qarabağ

Əlimərdan bəy Təklə (1762- ?) — Qarabağ bəylərindən, mahal naibi.

Həyatı[redaktə | mənbəni redaktə et]

III Əlimərdan bəy Məhəmmədəmin bəy oğlu 1762-ci ildə Qarabağ xanlığının Dəmirçihəsənli mahalının Təklə obasında dünyaya pənah gətirmişdi. Molla yanında ibtidai təhsil almışdı. Bir müddət Mеhdiqulu xan Sarıcalı-Cavanşirin sarayında еşikağası işləmişdi. Sonra Dəmirçihəsənli mahalının naibi, еlin minbaşısı olmuşdu. 1822-ci ildə xanla bərabər İrana qaçmışdı.

III Əlimərdan bəyin törəmələri Əlimərdanbəyov soyadını daşıyırdılar.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Əlimərdan bəyin Məhəmmədəmin bəy, Potu bəy, Məmmədəli bəy, Ramazan bəy, Haqnəzər bəy, Ağarza bəy adlı oğulları vardı.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu, Əlimərdanbəyovlar, "Soy" еlmi-kütləvi dərgi, 2010, №9, səh.7-14.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]