Əlikram Hüseynov — Vikipediya

Əlikram Hüseynov
Ümumi məlumatlar
Doğum tarixi 20 aprel 1926(1926-04-20)[1]
Doğum yeri
Vəfat tarixi 18 avqust 2006(2006-08-18) (80 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti tarzən, musiqiçi
Musiqi aləti tar
Təhsili
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti

Əlikram Həsən oğlu Hüseynov (20 aprel 1926[1], Bakı18 avqust 2006, Bakı) — Azərbaycan tarzəni, orkestrin solisti; Azərbaycan Respublikasının əməkdar artisti (1991)[2]

Həyatı[redaktə | mənbəni redaktə et]

Əlikram Hüseynov 20 aprel 1926-cı ildə Bakıda doğulub.[3] 1942–1946-cı illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində oxumuşdur. Oxuduğu müddətdə Əhməd BakıxanovAdil Gəraydan dərs almışdır. 1947-ci ildə Üzeyir Hacıbəyov və Cəfər Cəfərovun iştirakı ilə keçirilən musiqi müsabiqəsində Orta Mahuru çalmış, birinci yerə çıxmışdır. 1947-ci ildə həmçinin Praqada keçirilən Festivalda da orta mahuru çalmışdır.

1959, 1960, 1961-ci illərdə konsert və tədbirlərdə Azərbaycan opera müğənnisi Bülbülü müşayət etmişdir.

Əlikram Hüseynovun ilk təyinatı Şəkiyə verilmişdir. 1957-ci ildən 2006-cı ilə qədər isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışmışdır.

Rübabə Muradova, Zeynəb Xanlarova, Rəsmiyyə Zeynalova, Arif Babayev, Baba Mahmudoğlu, Mənsum İbrahimov kimi sənətkarlarla çalışmışdır. Milli opera sənətinin inciləri olan "Leyli və Məcnun"da, "Əsli və Kərəm"də, "Şah İsmayıl"da"Aşıq Qərib"də ifa etdiyi muğamlar onu bir tarzən kimi tamaşaçılara sevdirmişdir.

2006-cı il aprelin 19-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir.[4]

18 avqust 2006-cı ildə 80 yaşında Bakıda vəfat edib. Köhnə Yasamal qəbiristanlığında dəfn olunub.

Təltifləri[redaktə | mənbəni redaktə et]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Əlikram Hüseynov Sürayə xanımla ailə həyatı qurmuş, Məxfirət adlı qızı və Yaşar adlı oğlu olmuşdur.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Hüseynov Əlikram. Oxu tar /Əlikram Hüseynov; Toplayıb tərtib edən: S.Q.Quliyeva.- B.: Günəş, 2005, 112 səh.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Tarixi günlər: Aprel // https://www.azerbaijans.com/content_1582_az.html.
  2. 1 2 "M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı işçilərinin bir qrupuna Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 1991-ci il tarixli, 346 nömrəli Fərmanı Arxivləşdirilib 2017-09-23 at the Wayback Machine  (az.)
  3. "Əlamətdar və tarixi günlər təqvimi — 2016" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-03-03.
  4. TARZƏN ƏLİKRAM HÜSEYNOVUN 80 İLLİYİNƏ HƏSR OLUNMUŞ YUBİLEY GECƏSİ KEÇİRİLMİŞDİR. Arxivləşdirilib 2022-03-03 at the Wayback Machine azertag.az, 19.04.2006.
  5. "Azərbaycan Milli Kitabxanası: Elektron kitabxana". 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-03.