Əlibala Əsgərov — Vikipediya

Əlibala Əsgərov
Əsgərov Əlibala Əfsər oğlu
Doğum tarixi (69 yaş)
Doğum yeri Sumqayıt, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Əfsər
Fəaliyyəti Aktyor
Təhsili

Əlibala Əsgərov – Aktyor

Həyatı[redaktə | mənbəni redaktə et]

N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1975-ci ildən işləyir.

1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə daxil olub.

Oynadığı tamaşalardan rollar:

  • S.Vurğun “Fərhad və Şirin” – Şiruyyə
  • C.Məmmədquluzadə “Ölülər” – Məşədi Oruc
  • H.Mirələmov “Ləyaqət” – Nihad
  • Y.Əzimzadə “Nəsrəddin” – Fərzəli
  • Hidayət “Məni qınamayın” – Vəli Qulamoviç
  • Elçin “Dəlixanadan dəli qaçıb” – Polikarpoviç
  • N.B.Vəzirov “Ağa Kərim Xan Ərdəbili” – Ağa Kərim Xan
  • Ə.Haqverdiyev “Bəxtsiz cavan” – Mirzə Qoşunəli
  • V.Səmədoğlu “Mamoy kişinin yuxuları” – Dəli Firiq
  • A.Mədətov “Sezarın qətli” – Sezar
  • B.Yıldız “Kərbəla” – Yezid
  • S.Rüstəm “Durna “ – Dursun
  • Ç.Aytmatov “Manqurt” - Müstəntiq Tansıkbayev
  • M.Xubai “Şeytanın oyunları” – Kahin
  • S.H.Latıpovlar “Şah və əks-səda” – Sultan Kərim
  • Q.Qorin “Herastratı unudun” – Aparıcı
  • K.Nəzirli “Şeytan işığı” – Murtuza
  • M.F.Axundzadə “Lənkəran xanının vəziri” – Mirzə Həbib
  • M.Məmmədov “Sovqat” – Ədalət, Nəcib, Mərdan, I Kişi və sair rollarda oynamışdır.

Bununla yanaşı o, “Durnalar qayıdanda” filmində Sovet zabiti, “Qəzan mübarək Paşam” filmində General Əliağa Şıxlinski obrazlarını yaratmışdır.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]