Əli Zülalov — Vikipediya

Əli Zülalov
Ümumi məlumatlar
Doğum tarixi 13 sentyabr 1893(1893-09-13)
Doğum yeri
Vəfat tarixi 18 fevral 1963(1963-02-18) (69 yaşında)
Vəfat yeri
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi, xanəndə, aktyor
Janr opera
Səs tembri tenor
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1940
"Şərəf nişanı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əli Əbdül oğlu Zülalov (13 sentyabr 1893, Şuşa18 fevral 1963, Bakı)[1] — Azərbaycanın opera müğənnisi, Azərbaycan SSR əməkdar artisti (1940).

Həyatı[redaktə | mənbəni redaktə et]

Əli Zülalov 1893-cü il sentyabrın 13-də Şuşa şəhərində anadan olmuşdur. Atası Əbdül Zülalov 1898-ci ildə vəfat etdikdən sonra onu və qardaşı olan Qəmbər Zülalovu əmisi Əbdülbağı Zülalov (Bülbülcan) himayəsinə götürmüşdür. Şuşa şəhər real məktəbini bitirmişdir. 1917-ci ildə həvəsi onu teatra gətirmişdir. Bülbülcanla dostluq edən Üzeyir Hacıbəyov Əli Zülalovun incəsənətə olan marağını duymuşdu. Onunla söhbət zamanı gəncin gur, xarakterik səsi bəstəkarın diqqətini çəkib. Elə bu səbəbdən də onu birillik sınaq müddətində özünün rəhbərlik etdiyi opera və operetta truppasının xoruna işə götürüb. Beləliklə, Əli Zülalov səhnədə ilk addımlarını Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının truppasında atdı. Əhməd Ağdamskidən sonra qadın rollarının ilk ifaçılarından biri də Əli Zülalov olub. Sonralar təhsilini davam etdirən Əli Zülalov Bakı Musiqi Texnikumunu və Azərbaycan Dövlət Konservatoriyasını bitirdi. O, həyatda da, sənətdə də Üzeyir Hacıbəylidən dərs aldı. 1952-ci ildə Mirzə Fətəli Axundov adına Opera və Balet Teatrında çalışmağa başlamışdır. İstedadlı aktyorun opera səhnəsində yaratdığı rollar: Ehsan paşa və Fətəli xan ("Koroğlu"), Leylinin atası və Zeyd ("Leyli və Məcnun"), Keşiş ("Əsli və Kərəm"), Şahvələd ("Aşıq Qərib"), Molla Mütəllim ("Nərgiz"), Süleyman ("Arşın mal alan")[2], Ərəbzəngi ("Şah İsmayıl")[3] və onlarla digər obrazları maraqla izlənib. Əməkdar artist fəxri adına layiq görülən Əli Zülalov opera səhnəmizin inkişafında xidməti olan mədəniyyət xadimlərindən biri idi.[4] 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti on günlüyü çərçivəsində Müslüm Maqomayevin "Nərgiz" operasındakı Molla Mütəllim roluna görə "Şöhrət nişanı" ordeni ilə təltif edilmişdir. İslam dininin adət-ənənələrini yaxşı bilən Ə. Zülalov bu obrazı xüsusi bir məharətlə yaratmışdır. Bu da Stalinin diqqətindən yayınmamışdır.[5] Görkəmli bəstəkar Fikrət Əmirov Ə. Zülalov haqqında xatirələrində belə yazıb: "…Azərbaycan Dövlət Opera və Balet Teatrının aparıcı aktyoru, solist Əli Zülalov gözəl səsi, səhnə mədəniyyəti və davranışı ilə hər zaman gənclərə nümunə olmuşdur".

O, 1963-cü ilin fevralın 18-də Bakıda vəfat edib.

Nəsil şəcərəsi[redaktə | mənbəni redaktə et]

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kərbəlayı
Əli Zülalov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Gülüş
xanım
 
 
 
Əbdül
Zülalov
 
 
 
 
 
Əbdülbaqi
Zülalov
 
 
 
Nisə xanım
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əli
Zülalov
 
 
 
Qəmbər
Zülalov
 
 
 
 
 
Məhəmmədəli
Zülalov
 
 
 
Əzizə
Məmmədova
 
 
 
Salman
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Solmaz
Zülalova
 
Zemfira
Zülalova
 
Elmira
Zülalova
 
 
 
Rüstəm
Zülalov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sona
Hacıyeva

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. I cild. Azərnəşr. Bakı, 2016. s.362
  2. "Arxivlənmiş surət". 2016-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-15.
  3. "Arxivlənmiş surət". 2016-10-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-27.
  4. Bir nəslin hekayəti Arxivləşdirilib 2020-10-23 at the Wayback Machine. Flora Xəlilzadə, "Azərbaycan". 14 avqust 2012
  5. Его исполнение отметил сам Сталин… Arxivləşdirilib 2016-11-04 at the Wayback Machine. Нилуфар Гасанкызы. Вышка. 13 марта 2002, № 13

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]