Əli Rzayev (aktyor) — Vikipediya

Əli Rzayev
Doğum tarixi 1908
Doğum yeri
Vəfat tarixi 1984
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Fəaliyyəti teatr aktyoru
Fəaliyyət illəri 1936–1984
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1982

Əli Məmmədrza (Məşədrza) oğlu Rzayev (1908, Təbriz, Cənubi Azərbaycan1984, Kirovabad) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1982).

Həyatı[redaktə | mənbəni redaktə et]

Əli Rzayev 1908-ci ildə Təbrizdə anadan olmuşdur. O, 1936–1947-ci illərdə Tiflisdəki Tbilisi Dövlət Azərbaycan Teatrında, 1951–1984-cü illərdə isə Kirovabad Dövlət Dram Teatrında işləyib.[1]

Əli Rzayev 1984-cü ildə Kirovabadda vəfat edib.[1]

Mükafatları[redaktə | mənbəni redaktə et]

İfa etdiyi əsas rollar[redaktə | mənbəni redaktə et]

Tiflis teatrında
Rol Tamaşa Müəllif
Dönməz Od gəlini Cəfər Cabbarlı
Şeyx Sənan Şeyx Sənan Hüseyn Cavid
Eldar Vaqif Səməd Vurğun
Müstəntiq Larsev Üzləşdirmə Lev Şeynin və Tur qardaşları
Gəncə teatrında
Rol Tamaşa Müəllif
Əsgər bəy Hacı Qara Mirzə Fətəli Axundov
Səlim bəy Lənkəran xanının vəziri Mirzə Fətəli Axundov
Hacı Səməd ağa Bəxtsiz cavan Əbdürrəhim bəy Haqverdiyev
Niyaz Pəri cadu Əbdürrəhim bəy Haqverdiyev
Vali Səyavuş Hüseyn Cavid
Şeyx Sədra Şeyx Sənan Hüseyn Cavid
Doktor Dalbanezo Kəllə Nazim Hikmət
İsgəndər Ölülər Cəlil Məmmədquluzadə
Rüstəm Böyük ürək İmran QasımovHəsən Seyidbəyli
Cümşüd bəy Qaçaq Nəbi Süleyman Rüstəm
Surxay Aydın Cəfər Cabbarlı
Cəmaləddin Əfqani Nəsrəddin şah Cəfər Cabbarlı
Rövşən bəy Komsomol poeması İsgəndər Coşqun[a]
İmran Anacan Yusif Əzimzadə
Rəşid Kəndçi qızı Mirzə İbrahimov
Osman Dağlı qızı Rəsul Həmzətov
Leo Landiya Həyətdə qapan it var Kita Buaçidze
Aslan bəy Qatır Məmməd Zeynal Xəlil
Rəşid Məğrur Küləklər Sabit Rəhman
Yaqafar Muratşin Aygül diyan Mustay Kərim
Yaqo Otello Uilyam Şekspir

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. Səməd Vurğunun eyniadlı poeması əsasında

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Rəhimli, 2016. səh. 358–359

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh. ISBN 978-9952-8306-3-7.