Əli Əhmədov — Vikipediya

Əli Əhmədov
Vəzifədədir
22 oktyabr 2013-cü ildən
(i. e. 14–16 fevral 2024)
Yeni Azərbaycan Partiyası sədrinin müavini
Vəzifədədir
2005-ci ildən
Yeni Azərbaycan Partiyasının i̇cra katibi
1999 – 5 mart 2021
bayraq
Xətai Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
1999 – 2000
Şəxsi məlumatlar
Doğum tarixi 27 yanvar 1953(1953-01-27) (71 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • fəlsəfə üzrə fəlsəfə doktoru[d]

Təltifləri "Şöhrət" ordeni — 2013 "Şərəf" ordeni — 2023
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhmədov Əli Cavad oğlu (27 yanvar 1953, Dərə, Basarkeçər rayonu) — Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini və İdarə Heyətinin üzvü, fəlsəfə doktoru, professor.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Əli Əhmədov 1953-cü il yanvarın 27-də Ermənistan SSR Basarkeçər rayonunun Dərə kəndində anadan olmuşdur. Moskva Dövlət Tarix-Arxiv İnstitutunun tarix fakültəsini bitirmişdir. 1 dərsliyin, 50-dən çox elmi əsərin və məqalənin müəllifidir.

1975-ci ildən Baş Arxivlər İdarəsinin baş elmi işçisi, Azərbaycan EA-nın Mərkəzi Elmi Baş Arxivinin müdiri olmuşdur. 1980-ci ildən Azərbaycan Dövlət Universitetində laborant, müəllim, baş müəllim, dosent, kafedra müdiri işləmişdir.

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1997-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini vəzifəsində çalışmışdır. 1999–2000-ci illərdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur. 22 oktyabr 2013-cü ildən Azərbaycan Respublikası Baş nazirinin müavinidir.[2]

Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədridir.

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədridir.

Parlamentdə[redaktə | mənbəni redaktə et]

2000-ci ildə ikinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur. 2005-ci il noyabrın 6-da 19 saylı Nərimanov birinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvü olmuşdur. 2010-cu ildə dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Belarus, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.

Partiya fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1999-cu ildə Yeni Azərbaycan Partiyasının I qurultayında partiyanın İcra katibi seçilmişdir. Partiyanın 2005-ci ildə keçirilən III qurultayında,2013-cü ildə keçirilən V qurultayında və 2018-ci ildə keçirilən VI qurultayında YAP Sədrinin müavini və İcra katibi seçilmişdir. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP Sədrinin müavini və İdarə Heyətinin üzvü seçilib.[3]

16 oktyabr 1992-ci ildə Ulu Öndər Heydər Əliyevə müraciət edən 91 ziyalıdan biridir.

Ailə həyatı[redaktə | mənbəni redaktə et]

Evlidir, 2 övladı var.

Təltifləri[redaktə | mənbəni redaktə et]

2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Kavaler" ordeni ilə təltif olunmuşdur.[4]

2013-cü yanvarın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.[5]

2023-cü yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Əli Cavad oğlu Əhmədov "Şərəf" ordeni ilə təltif edilib.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Partiyanın Sədr müavinləri". 2020-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
  2. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
  3. "Arxivlənmiş surət". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
  4. "Polşa prezidentinin Azərbaycanın hansı vəzifəli şəxslərini təltif etdiyi dəqiqləşdirildi". 2012-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-19.
  5. "Əli Əhmədov "Şöhrət" ordeni ilə təltif edilib". 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]