Əli İhsan Sabis — Vikipediya

Əli İhsan Sabis
türk. Ali İhsan Sabis
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İstanbul
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri İstanbul
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Osmanlı imperiyası
Türkiyə Respublikası
Xidmət illəri Osmanlı: 1902–1919
Türkiyə: 25 sentyabr 1921 – 22 iyun 1922
Rütbəsi Orgeneral
Döyüşlər Balkan müharibələri, Birinci Dünya müharibəsi, Türkiyə İstiqlaliyyət müharibəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əli İhsan Sabis (türk. Ali İhsan Sabis; 30 avqust 1882, İstanbul – 9 dekabr 1957, İstanbul)[1]Osmanlı İmperiyasının altıncı ordusunun komandiri.[2] Müharibədən sonra o, Britaniya işğalçıları tərəfindən Maltaya sürgün edildi. Türkiyəyə qayıtdıqdan sonra Türkiyənin Birinci Ordu komandanlığına təyin edildi, lakin Dumlupınar döyüşündən bir az əvvəl istefaya göndərildi.

Həyatı[redaktə | mənbəni redaktə et]

30 avqust 1882-ci ildə İstanbulun Cahangir məhəlləsində anadan olmuşdur. Orta məktəbi və Beşiktaş Hərbi Liseyini bitirdikdən sonra 1895-ci ildə Halıcıoğlunda Artilleriya məktəbinə girdi. 1901-ci ildə Hərbi Akademiyaya daxil oldu və 1904-cü ildə həmin akademiyanı bitirdi.

Birinci Dünya Müharibəsi[redaktə | mənbəni redaktə et]

Birinci Dünya müharibəsində Qafqaz və İraq cəbhəsində komandir vəzifəsində çalışıb. 1916-cı ildə Qut-ül Amarə mühasirəsi zamanı Sabisə hücum edən Britaniya ordusu üzərində qələbə qazandı. 1914-cü ildə Tortumda komandir kimi fəaliyyət göstərdikdən sonra Sarıqamış, Dilman və Vana təyin olundu. 9, 4 və 13-cü korpusların komandiri olmuşdur. 1917-ci ildə general-leytenant dərəcəsinə yüksəldi.

2 aprel 1918-ci ildə rus qoşunlarının xarabalığa çevirib tərk etdiyi Vanı erməni hərbi dəstələrindən azad etdi. Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun tərkibində Azərbaycana göndərildi və 8 iyun 1918-ci ildə Təbrizi ələ keçirdi. 1918-ci ildə İranın Şəhriban bölgəsindəki Britaniya qüvvələrinə qarşı çıxdı və ordu korpusunu xilas edə bildi. Eyni ilin sentyabr ayında Xəlil (Qut) Paşanın yerinə 6-cı ordunun komandani təyin edildi.

30 oktyabr 1918-ci ildə Mudros müqaviləsi imzalananda Mosul və ətraf ərazilər hələ Əli İhsan Paşanın komandanlığındakı türk əsgərlərinə tabe idi. İngilis generalı Marşalın atəşkəsdən sonra Mosul və Zaxodakı mülki xristian əhalisini kütləvi olaraq qətlə yetirdiyini iddia edən ingilislər türk qoşunlarının Mosulu tərk etməsini tələb etdilər. Əli İhsan Paşa əvvəlcə bu tələbi rədd etdi, lakin Suriya cəbhəsində Mustafa Kamal Paşanın tabeliyində olan İldırım orduları qrupunun Şamdan sonra Hələbdə ingilis qoşunu qarşısında Adanaya qədər çəkilməsi nəticəsində dəmiryolu xətlərinin sonuna qədər geri çəkilməsi səbəbindən çətin vəziyyətdə qaldı. İstanbul bələdiyyəsinin göstərişlərinə uyğun olaraq Nusaybinə köçdü və Mosulu tərk etməli oldu.[3]

Malta sürgünü[redaktə | mənbəni redaktə et]

Müharibədən sonra ingilis baş komandanlığının əmri ilə 23 fevral 1919-cu ildə Konyada həbs olunaraq Maltaya sürgün edildi. Van, MosulUrmiyada xristianlara qarşı qətliam törətməkdə və Qut-ül Amarə mühasirəsi zamanı əsir götürülən ingilis əsgərlərini öldürməkdə ittiham olunurdu. İngilislər tərəfindən hazırlanan ittihamnaməyə əsasən Əli İhsan Paşa 19158-ci ilin aprel ayı ərzində Dilman döyüşündə Van şəhərində məskunlaşan erməniləri öldürmüş, iyul ayında Urmiya şəhərində fransız kilsəsinə sığınan 620 kəndli, eləcə də, sentyabrda aralarında amerikalı müxbir Con Noşinin də olduğu 20 nəfər xəstə və yaralını xəstəxanadan çıxararaq öldürmüş, həmin ayda Mosulda 270 mülki erməni vətəndaşını qətl etmişdir.[4]

Lakin müharibə cinayətləri məhkəməsi təşkil olunmadığı üçün bu cinayətlər sübut olunmadı. Əli İhsan Paşa 1921-ci ilin iyun ayında digər Malta məhbusları ilə birlikdə sərbəst buraxıldı.

Türkiyə İstiqlaliyyət Müharibəsi[redaktə | mənbəni redaktə et]

Geri döndükdən sonra 27 sentyabr 1921-ci ildə Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etdi və general-leytenant rütbəsi ilə Qərb cəbhəsinin 1-ci ordu komandanlığına təyin edildi. Moskva müqaviləsi ilə BatumAzərbaycanın SSRİ-nin tərkibinə daxil edilməsi qərarına qarşı çıxdığı üçün və Əli Fuad Paşanın əvəzinə Qərb cəbhəsi komandanlığına təyin olunmuş İsmət Paşanın özündən daha aşağı rütbəyə sahib olmasına baxmayaraq cəbhə komandanı olması, Əli İhsan Paşanın İsmət Paşanın əmrinə tabe olmaq istəməməsi, bundan əlavə, ordu daxilində Mustafa Kamal Paşa və İsmət Paşa əleyhinə təbliğat aparması səbəbilə Böyük hücumdan əvvəl, 21 iyun 1922-ci ildə Mustafa Kamal Paşa tərəfindən ordu komandanı vəzifəsindən azad edildi və TBMM-nin qərarı ilə istefa verdi.[5][6]

İkinci Dünya müharibəsi dövründə jurnalistlər hərbi mövzuda məqalələr yazırdılar və adətən alman ordusunun inkişafını dəstəkləyirdilər. Türkiyə müharibənin sonlarına doğru Almaniyaya qarşı çıxdığı bir vaxtda qəzetlərdə almanları dəstəkləyən məqalələrdən əlavə başda ölkə rəhbəri İsmət İnönü olmaqla dövlət və hökumət müəssisələrinə ittiham məktubları göndərməyə başladı. Beləcə 1922-ci ildə istefaya göndərilən o zamankı Qərb cəbhəsinin komandiri İnönüdən dolayı yolla qisas alırdı. Hadisə sübut olunduqdan sonra 24 fevral 1944-cü ildə həbs olundu və 10 fevral 1947-ci ildə 15 ay həbs cəzasına məhkum edildi. 1950-ci ildə Demokratik Partiya hakimiyyətə gəldikdən sonra amnistiyaya düşərək siyasi hüquqlarına qovuşdu. 1954-cü ildə TBMM-nin üzvü oldu. 1957-ci ildə vəfat etdi.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. T. C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademlerdeki Komutanların Biyografileri, Genkurmay Başkanlığı Basımevi, Ankara, 1972, p. 144.  (türk.)
  2. Mango, Andrew. Ataturk: The Biography of the Founder of Modern Turkey. Woodstock, NY: The Overlook Press. 1999. 191. ISBN 1-58567-011-1.
  3. "Musul'u böyle kaybettik. Radikal". 2013-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-13.
  4. Malta Belgeleri: İngiltere Dışişleri Bakanlığı 'Türk Savaş Suçluları' Dosyası, Belge Y. 2007.
  5. Akın, Rıdvan, Türk Syasal Tarihi, İstanbul 2010
  6. Özakman, Turgut, Şu Çılgın Türkler, Ankara, 2005

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]