Əlcəzair Kasbahı — Vikipediya

Əlcəzair Kasbahı
Ölkə Əlcəzair Əlcəzair
Tip Mədəni
Kriteriya ii, v
Keçid 565
Region Afrika [* 1]
Daxil edilməsi 1992  (16 sessiya)
Əlcəzair Kasbahı xəritədə
Əlcəzair Kasbahı
Əlcəzair Kasbahı


Kasbah (ərəb. قصبة‎, Qasba; qala deməkdir) — Əlcəzairdə, Əlcəzair şəhəri və ətrafındakı ərazilərdə yerləşən qala divarları. 1992-ci ildəUNESCO Əlcəzair Kasbahını "türbə, köhnə məscidlər və Osmanlı üslublu sarayların qalıqları və ənənəvi qalıqları olan, cəmiyyətin dərin köklü bir hissi ilə əlaqəli şəhər quruluşu " kimi Ümumdünya irsi siyahısına daxil etdi.[1]

Etimologiya[redaktə | mənbəni redaktə et]

Ümumilikdə kasbah Şimali Afrikanın bir çox şəhər və qəsəbələrində qala divarı mənasını verir.[2]

Tarix[redaktə | mənbəni redaktə et]

Əlcəzair Kasbahı köhnə qədim Roma koloniyası olan İkosium şəhərinin dağıntıları üzərində qurulmuşdur. Bura təpədə qurulan, dənizə doğru enən, yuxarı və aşağı şəhər olmaqla iki yerə bölünən orta-ölçülü bir şəhər idi.

Fransız işğalı başlayan kimi, 1839-cu ildə Fransa qubernatoru Dar Hassan Paça buraya köçür. 1860-cı ildə III Napoleon şəhəri ziyarət edir.[3] Fransız işğalından əvvəl, kazbahda 13 Cümə məscidi, 109 məscid, 32 məqbərə və 12 zəviyyə, ümumilikdə 166 dini bina var idi. Lakin bu dini tikililərin əksəriyyəti işğal zamanı dağıdıldı. 1862-ci ildə yalnız 9 Cümə məscidi, 19 məscid, 15 məqbərə və 5 zəviyyə qalmışdı. Bir çox məscid hərbi kazarma və kilsələr kimi qeyri-islami məqsədli binalara çevrildi.[4]

Kasbah Əlcəzairin müstəqillik uğrunda mübarizəsi (1954-1962) zamanı mərkəzi rol oynamışdır. Bura Milli Qurtuluş Cəbhəsinin (FLN) üsyan planlamasının mərkəzi idi və o dövrdə Əlcəzairdə Fransa vətəndaşlarına və hüquq-mühafizə orqanlarına qarşı hücumları planlaşdırmaq və icra etmək üçün onlara təhlükəsiz bir sığınacaq vermişdi. Onların səylərinə qarşı çıxmaq üçün fransızlar xüsusi olaraq Kasbaha diqqət etməli idilər.

Müasir dövrdə[redaktə | mənbəni redaktə et]

2008-ci ilin avqustunda Reuters agentliyi Kasbahın baxımsız vəziyyətdə olduğunu və bəzi bölgələrin dağılması riski ilə üzləşdiyini bildirdi.[5]

Ölkə çox əhalinin məskunlaşması, sakinlərin köçürülməsi üçün lazım olan səylər səbəbindən problemi həll etməkdə çətinlik çəkir. Təxmini hesablamalara görə burada yaşayan əhalinin sayı 40.000 ilə 70.000 nəfər arasındadır.[6] Hökumətin Kasbahın vəziyyətini yaxşılaşdırmaq istəməsinin bir səbəbi buranın cinayətkarlar və terroristlər üçün potensial iqamətgah olmasıdır. 1950-ci illərin sonlarında və vətəndaş müharibəsi və Fransız müstəmləkə hakimiyyətinə qarşı mübarizə zamanı ərazi Milli Qurtuluş Ordusunun (Əlcəzair) sığınacağı oldu.

Qaleraya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. UNESCO, Decision Text Arxivləşdirilib 2022-09-01 at the Wayback Machine, World Heritage Centre, retrieved 21 July 2017
  2. Arabic Name Translator Arxivləşdirilib 2014-08-14 at the Wayback Machine. "The Casbah (Arabic: قصبة, qaṣba, meaning citadel (fortress)) is specifically the citadel of Algiers in Algeria and the traditional quarter clustered around it. More generally, a kasbah is the walled citadel of many North African cities and towns."
  3. "Interior of Governors Palace, Algiers, Algeria". World Digital Library. 1899. 2018-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-25.
  4. دويرات القصبة تحتضّر ومساجدها العتيقة مهدّدة بالاندثار.. فهل من مغيث؟ Arxivləşdirilib 2020-03-30 at the Wayback Machine. El Mihwar. Retrieved January 9, 2018.
  5. William Maclean. "REUTERS, William Maclean, Aug 31, 2008". Reuters.com. 2008-09-01. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-19.
  6. "Algeria Channel". Algeria.com. 2021-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-19.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]