Əlaqə (film, 1989) — Vikipediya

Əlaqə
Janr Fantastika
Müəmma
Rejissor Cahangir Zeynallı
Ssenari müəllifi Anar
Baş rollarda İlqar Həsənov-Tələbə
Rafiq Əliyev-Psixiatr
Aliyə Əliyeva
Fikrət Məmmədov-Dazbaş
Operator Kənan Məmmədov
Bəstəkar Firəngiz Əlizadə
Rəssam Kamran Zeynallı
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 23 aprel 1990
Filmin digər adı Kontakt
Filmin növü tammetrajlı bədii film
Müddət 89 dəq.
Ölkələr Azərbaycan Azərbaycan SSR
Dil Azərbaycan dili
Texniki məlumatlar 9 hissə
2503 metr
35 mm
"Svema" kinolenti (Şostka kimya kombinatı)
Rəng rəngli
Çəkiliş yeri Bakı
Şamaxı

Məzmun[redaktə | mənbəni redaktə et]

"Yerdənkənar varlıqlarla səylə əlaqə axtarırlar, bəs bizim aramızda, Yer kürəsinin adamları arasında əlaqə varmı?.." Personajların birinin verdiyi bu sual filmin müəlliflərini düşündürür və onlar "belə bir bəşəri, millətlərarası əlaqələr barədə həmişəkindən daha çox düşünməliyik" mesajını tamaşaçılara çatdırmağa çalışırlar.

Filmdə amansızlığın necə hərc-mərcliyə, zorakılığa, planetdə bütün varlığın məhvinə gətirib çıxardığı göstərilmişdir. Burada adamlara bir daha xatırladılır ki, əlaqələrin olmaması dəhşətli bəladır, qlobal qəzalar doğurur, amma film ümid hissilə sona çatır. Müsəlman və xristian dini mahnıları oxunur və yeni həyat başlanır.

Film haqqında[redaktə | mənbəni redaktə et]

  • Film yazıçı Anarın "Əlaqə" povesti əsasında ekranlaşdırılmışdır.
  • Filmdə xronikal kadrlardan istifadə edilmişdir.
  • Filmin 14-cü dəqiqəsində tələbə ilə qoca qadının daxil olduğu bina hal-hazırda Lider TV-nin yerləşdiyi binadır.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi : Anar
Quruluşçu rejissor : Cahangir Zeynallı
Quruluşçu operator : Kənan Məmmədov
Quruluşçu rəssam : Kamran Zeynallı
Bəstəkar : Firəngiz Əlizadə
Səs operatoru : Akif Nuriyev
Rejissor : Adil İsmayılov
Operator : Tərlan Babayev
Montaj edən : Esmira İsmayılova
Geyim rəssamı : Tamilla Dağıstanlı
Qrim rəssamı : Çingiz Paşayev, Berta Roqova
Quraşdırılmış səhnələrin operatoru : B. Travkin
Quraşdırılmış səhnələrin rəssamı : M. Zavrajnı
Rejissor assistenti : F. Hüseynov
Montaj üzrə assistent : Tamilla Muxtarova
Assistent : F. Qaryağdı
İnzibatçı : M. Səfərov
Səs Operatoru-Stajçı : T. Babayev
İşıq Tənzimçisi : Əminə Cəfərova
İşıq Ustası : Tahir Bağırov (T. Bağırov kimi)
Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
Dirijor : Konstantin Krimets
Redaktor : Əhmədağa Qurbanov
Filmin direktoru : Əli Məmmədov

Rollarda[redaktə | mənbəni redaktə et]

İlqar Həsənov-Tələbə
Rafiq Əliyev-Psixiatr
Aliyə Əliyeva
Fikrət Məmmədov-Dazbaş
T. Babayeva
R. Axundova
Q. Süleymanov
Niyazi Bədəlov-Qoca

Filmi səsləndirənlər[redaktə | mənbəni redaktə et]

Pərviz Bağırov-Tələbə (İlqar Həsənov) (titrlərdə yoxdur)
Nəcibə Hüseynova-Qarı (titrlərdə yoxdur)
Eldəniz Rəsulov-Psixiatr (Rafiq Əliyev) (titrlərdə yoxdur)

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 278–298; 342–343.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]