Əl-Füceyrə əmirliyi — Vikipediya

Əl-Füceyrə əmirliyi
إمارة الفجيرة
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

25°07′59″ şm. e. 56°19′59″ ş. u.


Ölkə
İnzibati mərkəz Əl-Füceyrə (şəhər)
Tarixi və coğrafiyası
Yaradılıb 1953
Sahəsi
  • 1.165 km²
Hündürlük
134 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 256.256 nəf. (2019)
Rəqəmsal identifikatorlar
ISO kodu AE-FU
Rəsmi sayt
Əl-Füceyrə əmirliyi xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
OmanBƏƏ
  Oman
  Dubay əmirliyi (BƏƏ)
  Şarca (BƏƏ)
  Əcman (BƏƏ)
  Umm-Əl-Kayvayn (BƏƏ)
  Ras-Əl-Hayma (BƏƏ)
  Füceyrə (BƏƏ)

Əl-Füceyrə (Füceyrə; ərəb. الفجيرة‎, sübh) — Birləşmiş Ərəb Əmirliyinin tərkib hissəsini təşkil edən yeddi əmirlildən biri. Ərəbistan yarımadasının cənub-şərq qutaracağına yaxın ərazidə yerləşir. Əmirliyin paytaxtı Əl-Füceyrə şəhəridir. Əl-Füceyrə əmirliyinin ərazisi 1166 km² təşkil edir. Əhalisinin sayı isə 2008-ci ilə olan məlumata görə 137 940 nəfərdir

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Birləşmiş Ərəb Əmirliklərinə daxil olan digər əmirloklərdən fərqli olaraq İran körfəzinə deyil Hind okeanının Oman körfəzinə çıxışı vardır. Sahəsi bütünlüklə Oman körfəzinin sahili boyunca uzanır. Əmirliyin sahil boyunca uzunluğu 90 kilomeyr təşkil edir. Əl-Füceyrənin böyük hissəsini dağlar əhatə edir. Dağlar hətta sahil xətti yaxınlığına qədər uzanır.

Əmirliyin tarixi[redaktə | mənbəni redaktə et]

Əl-Füceyrə BƏƏ ərazisinə daxil olan ən gənc əmirlikdir. Əvvəllər Əl-Füceyrə Şarja əmirliyinin tərkib hissəsi olmuşdur. 1901-ci ildə Əl-Füceyrənin yerli şeyxi öz müstəqilliyini elan etmişdir[1]. Ancaq ingilislər əmirliyin müstəqilliyini ancaq 1953-cü ildə tanımışdır[2]. 1892–1971-ci illər ərzində əmirliyin ərazisi Omanın ərazisi olmuşdur. 2 dekabr 1971-ci ildən Birləşmiş Ərəb Əmirliyinin tərkibinə keçmişdir.

Rəhbərləri[redaktə | mənbəni redaktə et]

Əmirlik qurulduğu ilk gündən onu şeyx titulu daşıyan şəxslər idarə etmişdir. 1971-ci ildə BƏƏ tərkibinə daxil olduqdan sonra dövlət başçıları əmir titulu daşıyır. Ölkənin dövlət başçıları:

1876–1936-ci illərdə. I Hamad ibn Abdullah;

1936–1974-ci illərdə. Məhəmməd ibn Hamad;

1974-ci ildən bu günə qədər. Hamad ibn Məhmməd əş-Şarki.

İqtisadiyyat[redaktə | mənbəni redaktə et]

Əl-Füceyrə əmirliyi BƏƏ digər subyektlərindən fərqli olaraq heç bir zəngin təbii sərvətə malik deyildir. Burada neft belə yoxdur. Ancaq olduqca əlverişli mövqeyi sayəsində yaxşı və dinamik inkişaf edən dəniz limanı vardır. Əhalinin əsas gəlir mənbəyi kənd təsərrüfatı və balıqçılıqdır. Bu məhsulların ixracından gəlir əldə edir.

Turizm[redaktə | mənbəni redaktə et]

Əmirliyin əsas fəxləri qumlu çimərliklər, əsrarəngiz gözəlliyə malik qayalı burunlar, çoxlu sayda mineral mənbələr və yaşıllıqlardır. Bu səbəbdən əmirliyin ərazisi turistləri özünə cəlb edir. Əmirlik ərazisində çoxlu sayda görməli yerlər vardır. Burada turistləri cəlb edən Şarca və Əl-Füceyrə şəhərləri arasında ənənəvi quş bazarı, iri xalça bazarı vardır. Bazarda iri xalçaları almaq mümkündür. Hətta kiçik emalatxanalarda müxtəlif suvinirlər və əşyalar hazırlanır. Burada bütün Birləşmiş Əmirlik ərazisində ən qədim məcidlərdən birii yerləşir. Məsçid kiçik ölçülərə malikdir. Əmirliyin şimalında balıqçı şəhərciyi olan Dibba yerləşir. Bura sualtı üzgüçülüyü sevənləri özlərinə cəlb edir. Əl-Füceyrə əmirinin keçmiş sarayı olan Əl-Xeyl qalası əmirliyin paytaxtından 8 km cənub-qərdə yerləşir. Əmirliyin ən şərq limanı Əl-Bitna şəhəridir (1735 il). Vadi-Daftada dağılmış liman, kiçik su tutarı və palmalıqlar vardır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Bey, Frauke. From Trucial States to United Arab Emirates. UK: Longman. 1996. 92–94. ISBN 0582277280.
  2. Bey, Frauke. From Trucial States To United Arab Emirates. UK: Longman. 1996. 296. ISBN 0582277280.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]