Əl-Cədidə — Vikipediya

Əl-Cədidə
ⴰⵍ-ⵊⴰⴷⵉⴷⴰ / الجديدة
Məzayin • əl-Breiya • Mazaqao • əl-Mahdouma • Mazaqin
33°14′03″ şm. e. 8°31′22″ q. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 7,5 ha
Əhalisi
Əhalisi
Digər
Rəsmi adıPortuguese City of Mazagan (El Jadida)
TipiMədəni
Kriteriyaii, iv
Tarixi2004 (28-ci sessiya)
İstinad nöm.https://whc.unesco.org/en/list/1058
ÖlkəMərakeş Mərakeş
RegionƏrəb dövlətləri
Əl-Cədidə xəritədə
Əl-Cədidə
Əl-Cədidə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əl-Cədidə (ərəb. الجديدة‎, bər. ⴰⵍ-ⵊⴰⴷⵉⴷⴰ, fr. el-Jadida) və ya keçmiş adları ilə Kap Solis,[3] Portus Rutilis,[4] Rusibis,[4][5][6] Məzayin (ərəb. مازيغن‎, bər. ⵎⴰⵣⵉⴳⴻⵏ),[7][8][9][10] əl-Breiya (ərəb. البريجة‎,[4][11][12][13][14] Mazaqao (ərəb. مازاگاو‎, bər. ⵎⴰⵣⴰⴳⴰⵡ),[3][4][11][12][13][15][16] əl-Mahdouma (ərəb. المهدومة‎),[3][4][5][11][12][14][15][16][17][18] Mazaqan (ərəb. مازاگان‎, bər. ⵎⴰⵣⴰⴳⴰⵏ)[3][4][5][11][12][13][14][15][16][17][18]Mərakeşin Atlantik sahilində, Kasablanka şəhərindən 100 km cənubda, Əl-Cədidə əyalətində yerləşən liman şəhəri.[19][20] 2014-cü il siyahıyaalmasına görə 194 934 əhalisi var.[21][22][23][24]

Əl-Cədidəki köhnə şəhər Dünyanın Portuqal mənşəli Yeddi Möcüzəsindən biridir və portuqaliyalılar tərəfindən qurulmuş nəhəng divarlar ilə dənizdən çox "qeyri-mavr " görünüşə sahibdir.[25]

Portuqaliyanın Mazaqan istehkam-şəhəri 2004-cü ildə "Avropa və Mərakeş mədəniyyətləri arasındakı təsir mübadiləsinin üstün nümunəsi" və Portuqaliya tikinti texnologiyası ilə inteqrasiya olunmuş İntibah ideallarının erkən nümunəsi" kimi UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.[26]

Yay fəslində əsasən Mərakeşdən olan bir çox insan istrahət üçün Əl-Cədidə və xüsusilə qonşu Sidi Bouzid şəhərinə axın edir. Şəhərin yaxınlığında bəzi orta səviyyəli Mərakeşliləri, habelə Ərəbistan yarımadasından, Avropa və hüdudlarından çox sayda beynəlxalq qonağı cəlb edən Maqazan beşulduzlu kurort kompleksi yerləşir. Maqazan kompleksində kazino, gecə klubu və restoran və bir qolf sahəsi var. Yaxınlıqda limanlarınfabriklərin olması Əl-Cədidə çimərliklərinin çirklənməsinə gətirib çıxarır.

Şəhər, 2014-cü ildən bəri yaxınlıqdakı Corf-Lasfar limanında və onun sənaye zonasında artan fəaliyyət nəticəsində qismən genişlənir.

Tarix[redaktə | mənbəni redaktə et]

Əl-Cədidə, ilk dəfə 1502-ci ildə Portuqaliyalılar tərəfindən ələ keçirildiyi zaman əl-Breiya kimi tanınırdı. Daha sonra şəhər Mazaqao kimi tanınmağa başlandı. Portuqallar şəhərdə 1514-cü ildə bir qala, 1541-ci ildə isə daha böyük bir istehkam inşa etdilər.[27] Portuqaliyalılar 1769-cu ilə, Mərakeşdəki son əraziləri olan Mazaqaonu tərk edənə qədər şəhəri idarə etməyə davam etdilər. Şəhər daha sonra 1769-cu ildə Sultan Məhəmməd ibn-Abdallah tərəfindən ələ keçirildi və əl-Məhdouma (dağıdılmış) adını alaraq tərk edilmiş şəkildə təmamilə sakinsiz qaldı. Sonda Mərakeşli Sultan Abd əl-Rəhman şəhərdə bir məscidin tikilməsini və məhv edilmiş hissələrinin yenidən qurulmasını əmr etdi. Yenilənmiş şəhərə Əl-Cədidə və ya Yeni adı verildi.[28]

İqlim[redaktə | mənbəni redaktə et]

Əl-Cədidə Köppen iqlim təsnifatına görə isti yaylı Aralıq dənizi iqliminə malikdir. Qışda yaydan daha çox yağıntı olur. Əl-Cədidənin orta illik temperaturu 17.4 °C (63.3 °F)-dir və hər il təxminən 372 millimetr (14.65 düym) yağıntı düşür.[29]


Əl-Cədidənin iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Maksimum orta, °C 16,8 17,5 19,1 24,4 22,3 24,4 26,4 27,9 25,9 24,3 20,7 18,4 22,0
Minimum orta, °C 7,6 7,7 9,3 10,9 13,2 15,9 17,7 18,9 16,9 14,7 11,3 9 12,8
Yağıntı norması, mm 49 48 41 32 16 4 0 1 7 34 66 74 372


Qardaş şəhərlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 2014 Moroccan census. / red. High Commission for Planning
  2. http://rgph2014.hcp.ma/file/166326/.
  3. 1 2 3 4 "Aperçu historique d'El Jadida" (fransız). eljadidama.unblog.fr. 27 November 2008. 20 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2019.
  4. 1 2 3 4 5 6 Mustapha Jmahri. "El Jadida" (fransız). Dar Del Mare. 2022-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2019.
  5. 1 2 3 "Mazagan hier, El Jadida aujourd'hui" (fransız). Golf El Jadida. 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2019.
  6. Bill Thayer. "Location of Mauritania Tingitana (from the First Map of Libya)" (ingilis). Bill Thayer. 31 January 2010. İstifadə tarixi: 10 sentyabr 2019.
  7. (1154) Hamoudi Husseini Cherif Al-Idrisi, Muhammad ibn Muhammad ibn Abd-Allah ibn Idriss; Tabula Rogeriana. Tabula Rogeriana نزهة المشتاق في اختراق الآفاق. مكتبة الثقافة الدينية. 550.
  8. Qadi Ayyadh, Ibn Mussa ibn Ayyadh Sabti; Qadi Abu Abd-Allah, Muhammad Muhammad Ibn Sharifa. مذاهب الحكام في نوازل الأحكام (PDF) (2nd). دار الغرب الإسلامي. 1997. 346. 2022-06-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-18.
  9. (Before 1274) Ibn Sa'id al-Maghribi, Abu al-Ḥassan Ali ibn Mussa; (1958) Ginés, Juan Vernet. بسط الأرض في الطول والعرض. Moulay Hassan Institute - Tetuan. 1958. 141.
  10. مبارك بلقاسم. "مازيغن هو الاسم الأصلي لمدينة الجديدة المغربية Maziɣen" (ərəb). Hespress. 26 June 2018. 5 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2019.
  11. 1 2 3 4 "Mazagan (Morocco) No 1058 Rev, ICOMOS Evaluations: Addendum, WHC-04/28.COM/INF.14A ADD" (ingilis). UNESCO. 2020-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2019.
  12. 1 2 3 4 Honnor, Julius. Morocco Handbook (6th). Footprint Handbooks. 2012. 496. ISBN 9781907263316. 2020-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-18.
  13. 1 2 3 Said El Mansour Cherkaoui. "Mazagão Made in Mazagan El Jadida Doukkala" (fransız). Cherkaoui Journal. 12 July 2018. 30 July 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2019.
  14. 1 2 3 Thomas Hollowell, Maria Inês Pinto. "Dancing Lights: Mazagan and Cistern in El Jadida" (ingilis). Journey Beyond Travel. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2019.
  15. 1 2 3 "Mazagan, la ville portugaise classée... au Maroc" (fransız). portugalmania.com. 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2019.
  16. 1 2 3 "Petite Histoire d'El Jadida" (fransız). El Jadida Accueil - Association de la communauté française et étrangère francophone à El Jadida. 2019-12-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2019.
  17. 1 2 "La cité portugaise" (fransız). Infos de Tourisme d’El Jadida. 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2019.
  18. 1 2 "Citerne Portugaise D' El Jadida" (fransız). Infos de Tourisme d’El Jadida. 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2019.
  19. "الجهات و تسمياتها و مراكزها و العمالات و الأقاليم المكونة لها" (PDF). Official Gazette المملكة المغربية - الجريدة الرسمية - النشرة العامة. 6340 (year 104): 1461–1533. 15 March 2015. ISSN 0851-1195. 31 July 2020 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 18 June 2020.
  20. "المغرب يتبنى تقسيما ترابيا جديدا" (ərəb və fransız). المديرية العامة للجماعات المحلية. 2020-07-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2019.
  21. "Résultat du RGPH 2014 Casablanca-Settat par région, préfecture, municipalité et commune" (ərəb və fransız). Royaume du Maroc - Haut-Comissariat au Plan. İstifadə tarixi: 9 sentyabr 2019.
  22. "Indicateurs RGPH2014 - Démographie - Commune : El Jadida" (fransız). Royaume du Maroc - Haut-Comissariat au Plan. 2018-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2019.
  23. "عدد السكان القانونيين بالمملكة" (PDF). Official Gazette المملكة المغربية - الجريدة الرسمية - النشرة العامة. 6354 (year 104): 4025–4075. 23 April 2015. ISSN 0851-1195. 8 April 2017 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 18 June 2020.
  24. "POPULATION LÉGALE DES RÉGIONS, PROVINCES, PRÉFECTURES, MUNICIPALITÉS, ARRONDISSEMENTS ET COMMUNES DU ROYAUME D'APRÈS LES RÉSULTATS DU RGPH 2014" (ərəb və fransız). High Commission for Planning, Morocco. 8 April 2015. 3 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 sentyabr 2017.
  25. Paula Hardy; Heidi Edsall; Mara Vorhees. Morocco. Lonely Planet. 2005. ISBN 1-74059-678-1. El Jadida.
  26. "Portuguese City of Mazagan (El Jadida) - UNESCO World Heritage Centre". Whc.unesco.org. 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-10.
  27. "Portuguese City of Mazagan (El Jadida) - World Heritage Site - Pictures, info and travel reports". www.worldheritagesite.org. 2017-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-13.
  28. "Portuguese City of Mazagan (El Jadida) - UNESCO World Heritage Centre". Whc.unesco.org. 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-29.
  29. "Climate El Jadida ⵍⵊⴰⴷⵉⴷⴰ الجديدة" (ingilis). climate-data.org. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2019.
  30. "Sintra" (portuqal). Sintra town hall. 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2019.
  31. "Twinning Protocol between Nabeul and El Jadida" (fransız). Municipality of Nabeul. 2019-12-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2019.
  32. "Nabeul: Revitalizing the twinning with El Jadida" (fransız). Tunisia Med Radio. 2020-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2019.
  33. "El Jadida Square - Memory of the twinning with El Jadida" (fransız). Ville de Varennes. 2020-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2019.
  34. "El Jadida, a city for relaxation" (fransız). Morocco Today. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2019.
  35. Philippe Roch. "Relations internationales - Vierzon et l'Allemagne : une amitié malmenée par les fantômes de l'histoire" (fransız). Le Berry Républicain. 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2019.
  36. "Vierzon, gourmande en jumelages" (fransız). Vierzonitude. 2020-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2019.
  37. "Festival d'El Jadida Maroc" (fransız). La Palette du Monde. 2020-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2019.
  38. "Jumelages" (fransız). Ville de Vierzon. 2021-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2019.
  39. 1 2 Annuaire des Mairies et Villes de France. "Jumelage entre ville de France et du Maroc" (fransız). 2020-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2019.
  40. "Le jumelage" (fransız). Ville de Sète. 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2019.
  41. "ARENZANO" (italyan). Comune di Arenzano. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2019.
  42. "Comune di Arenzano" (italyan). Comuni-Italiani.it. 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2019.
  43. "Arenzano" (italyan). ANSA ViaggiArt. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2019.
  44. "Washington - Rencontre sur le jumelage entre les villes marocaines et américaines" (fransız). Conseil de la communauté marocaine à l’étranger (CCME). 2022-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2019.
  45. "Tacoma's Sister Cities" (ingilis). City of Tacoma. 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2019.
  46. "El Jadida, Morocco" (fransız). City of Tacoma. 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2019.