Ələkbər Süleymanov — Vikipediya

Ələkbər Süleymanov
Doğum tarixi 31 dekabr 1916(1916-12-31)
Doğum yeri Qatar kəndi, Qafan əyaləti, Zəngəzur mahalı, Gəncə quberniyası
Vəfat tarixi 27 iyul 2000(2000-07-27) (83 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan Respublikası
Uşağı
Elmi dərəcəsi
Elmi adı professor
Mükafatları "Lenin" ordeni — 1966 "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni — 1959 "Şərəf nişanı" ordeni — 1942
3-cü dərəcəli "Stalin" mükafatı — 1950 2-ci dərəcəli "Stalin" mükafatı — 1952 Azərbaycan SSR Dövlət mükafatı — 1991 "Azərbaycan SSR əməkdar elm və texnika xadimi" fəxri adı — 1954 "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı — 1969 "Azərbaycan SSR neft ustası" fəxri adı — 1940

Ələkbər Bağır oğlu Süleymanov (31 dekabr 1916, Qatar kəndi, Qafan əyaləti, Zəngəzur mahalı, Gəncə quberniyası - 2000, Bakı) — Azərbaycan alimi, texnika elmləri doktoru (1964), professor (1965), Azərbaycan SSR əməkdar elmtexnika xadimi (1954), Azərbaycan SSR əməkdar mühəndisi (1969), Azərbaycan SSR neft ustası (1940).

Həyatı[redaktə | mənbəni redaktə et]

Ələkbər Süleymanov 1916-cı il dekabrın 31-də Gəncə quberniyasının Zəngəzur mahalının Qafan əyalətinin Qatar kəndində, şaxtaçı ailəsində anadan olmuşdur. 1922-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüşdür. 1933-cü ildə orta məktəbin 7-ci sinfini, 1937-ci ildə isə Balaxanı Neft Texnikumunu bitirib.1937–1940-cı illərdə "Kaqanoviçneft" (indiki "Suraxanıneft" NQÇİ) trestində operator, usta köməkçisi, usta və mədən müdiri, 1940–1944-cü illərdə "Korgözneft" və "Orcenikidzeneft" (indiki "Suraxanmeft" NQÇİ) trestində mədən müdiri, 1944–1950-ci illərdə "Kirovneft" (indiki "Binəqədineft" NQÇİ) trestinin baş mühəndisi vəzifələrində işləyib. 1950–1953-cü illərdə SSRİ Neft Sənayesi Akademiyasında və Akademik Qubkin adına Moskva Neft İnstitutunda[1] təhsil alaraq onları müvəffəqiyyətlə bitirmişdir. O, 1953–1959-cu illərdə "Orcenikidze" Neft Mədənlər İdarəsinin rəisi, 1959–1962-ci illərdə "Azneft" Birliyinin baş mühəndisi, 1962–1965-ci illərdə AzneftBirliyinin rəisi, 1965–1970-ci illərdə Azərbaycan SSR-in Neft Sənayesi nazirinin birinci müavini, 1970–1972-ci illərdə "Azneft" Birliyinin rəisi, 1972–1978-ci illərdə "Xəzərdənizneft" Birliyinin, 1978–1980-ci illərdə "Xəzərdənizneftqaz" Ümumittifaq Sənaye Birliyinin rəisi, 1980-ci ildən ömrünün axırına kimi "Dənizneftqazlayihə" DETLİ-nin direktorunun elmi işlər üzrə müavini vəzifələrində çalışmışdır.

"Azərneft" Birliyinin baş mühəndisi və rəisi (1959–1965), Azərbaycan Neftçıxarma Sənayesi Nazirinin müavini (1965–1968), "Azərneft" Birliyinin rəisi (1968–1972), Ümumittifaq "Xəzərdənizneftqaz" Sənaye Birliyinin rəisi (1972–1980) vəzifələrində işləmişdir. 1980-ci ildən ömrünün sonuna qədər "Dənizneftqazlayihə" DETLİ-də direktor müavini işləmişdir[2].

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Ələkbər Süleymanovun rəhbərliyi və bilavasitə iştirakı ilə respublikamızın və keçmiş SSRİ-nin neft rayonlarında bir sıra qiymətli elmi-texniki və praktiki tədbirlər hazırlanıb neft yataqlarında müvəffəqiyyətlə həyata keçirilmişdir ki, bunların nəticəsi olaraq quyuların optimal rejimdə işləməsinə, neft hasilatının və quyularm təmirarası müddətinin artırılmasına nail olunmuşdur. 1976-cı ildə "Günəşli" strukturunda inşa olunmuş 1 sayılı platformanın layihələndirilməsi və inşası, həmçinin üzmə qabiliyyətli tərəfləri olan platformaların tikintisi üçün bazanın yaradılması onun əməyinin bəhrəsidir.

Bu işlər "Günəşli" yatağının kəşfinə, onun abadlaşdırlmasına və dənizdə hasilatın səviyyəsinin artırılmasına imkan yaratmışdır. "Günəşli" yatağının kəşfinin köməkliyi ilə dənizin böyük dərinlikli akvatoriyalarının mənimsənilməsini intensivləşdirmək üçün güclü elmi-istehsalat bazası yaradıldı. Bütün bunlar dənizin 100–300 m dərinliklərindəki "Çıraq", "Azəri" və "Kəpəz" kimi böyük neft-qaz yataqlarının axtarışının və kəşfinin sonrakı sürətləndirilməsi faktoru oldu.

Ələkbər Süleymanovun rəhbərliyi və iştirakı ilə Xəzərin dərin akvatoriyalarında aşkar edilmiş neft və qaz yataqlarının mənimsənilməsi üçün hidrotexniki qurğular və quyu avadanlığı yaradılmışdır ki, bunlar da müstəqil Azərbaycanda neftçıxarmanın uzunmüddətli inkişafına təkan vermişdir. Bu işə görə 1990-cı ildə bir qrup neftçi mütəxəssislərlə birlikdə Ələkbər Bağır oğlu Süleymanov Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür.

Ömrünün son illərində Ələkbər Süleymanov Xəzər dənizinin neft, qaz və qaz-kondensat yataqlarının işlənməsi nəzəriyyəsinə və praktikasına böyük qatqılar etmişdir. Onun elmi yaradıcılığı və böyük mühəndis təcrübəsi sayəsində böyük dərinliyi (150 m və daha dərin) olan akvatoriyaları mənimsəmək üçün hidrotexniki qurğular kompleksi və quyu texnikası yaradılmışdır ki, onların köməkliyi ilə bir çox yataqlarının ayrı-ayrı tektonik sahələri və blokları aşkar edilmişdir.

Ələkbər Süleymanovun yaradıcılığının müxtəlif dövrlərində elmi və eməli fəaliyyətinə baxarkən, qeyd etmək lazımdır ki, hələ 1945–1950-ci illərdə o, bir qrup konstruktor, elmi işçi və istehsalätçılarla birlikdə quyuların ştanqlı nasoslar vasitəsilə istismarının texnika və texnologiyasının əsaslı şəkildə yenidən təşkilində, yerli avadanlığın yaradılmasında və tətbiqində fəal iştirak etdiyinə görə 1950-ci ildə SSRİ Dövlət (Stalin) mükafatına layiq görülmüşdür.

1952-ci ildə Ələkbər Süleymanov bir qrup neftçi mühəndislə birgə neft yataqlarının çox- sıralı quyularla işlədilməsinin kompleksli üsulunun işlənməsinə və mənimsənilməsinə görə ikinci dəfə SSRİ Dövlət mükafatı almışdır. Bu işdə Ələkbər müəllim kiçik diametrli quyuların normal istismarı və təmiri üçün kompleks tədbirlər işləmişdir ki, bu da belə quyularm Sovet İttifaqında geniş tətbiqinə imkan vermişdir.

Ələkbər Süleymanov neftçıxarma proseslərinin kompleksli avtomatlaşdırılması texnologiyasını işləyib hazırlamışdır. Bu iş Azərbaycanda, Türkmənistanda, Saxalində və digər neftçıxarma rayonlarında geniş tətbiq edilmişdir. Bu işin yüksək texniki-iqtisadi göstəricilərinə görə, o, 1969-cu ildə üçüncü dəfə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

Onun iştirakı ilə quruda və dənizdə bir sıra neft və qaz-kondensat yatağı kəşf edilmişdir. Bunlardan "Zirə", "Mişov dağ", "Qarabağlı", "Kürsəngi", "Muradxanlı", "Qum-dəniz", "Bahar", "Palçıq pilpiləsi", "Səngəçal-dəniz", "Duvannı-dəniz", "Xərə- Zırə" adası, "Cənub-l", "Cənub-2", "Bulla- dəniz", "Günəşli", Xəzərin Türkmənistan sek-torunda isə "Lam", "Livanov" və s. yataqlarını göstərmək olar.

Ələkbər Süleymanov Xəzər dənizinin Azərbaycan sektorunda suyun dərinliyi 60–350 metr olan sahədə "Günəşli" yatağının aşkar edilib istismara verilməsi isə Ələkbər müəllimin şah əsəridir.

Xəzər dənizinin neft-qaz yataqlarının işlənməsinin nəzəri əsaslandırılmasında Ə. Süleymanovun rəhbərliyi ilə fundamental elmi-texniki tədqiqatlar aparılmış, onların təcrübi tətbiqi nəticəsində dəniz neft-qazçıxarması sahəsində neft hasilatının sabitləşdirilməsinin kompleks əsası qoyulmuşdur.

Ələkbər Süleymanov 1960-cı ildə namizədlik, 1964-cü ildə doktorluq dissertasiyalarım müdafiə etmiş və texnika elmləri doktoru adma, 1965-ci ildən professor elmi dərəcəsinə layiq görülmüşdür. O, 350-dan çox elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, 155 ixtiranın müəllifidir.

O, Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycan Respublikası Elm və Texnika Komitəsinin yanacaq-enerji problemləri şurasının sədri və "Azərbaycan Neft Təsərrüfatı"[3] jurnalının redaksiya heyətinin üzvü olmuş, bir çox səlahiyyətli forumlarda Azərbaycan Respublikasını lazımi səviyyədə təmsil etmişdir.

Elmi nailiyyətləri[redaktə | mənbəni redaktə et]

  • A.B.Süleymanov neft quyularında boruarxası fəzaya təmiz mayenin əlavə edilməsinə əsaslanan – A. B. Süleymanov prosesi adı ilə tanınan məşhur qum təzahürləri ilə mübarizə üsulunun müəllifidir [4][5];
  • Ümumilikdə işlənmiş texnika və texnologiyaların tətbiqi nəticəsində əlavə olaraq 1 million tondan artıq neft və qaz (neft ekvivalentində) hasil olunmuşdur.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

Seçilmiş elmi əsərləri[redaktə | mənbəni redaktə et]

Kitablar[redaktə | mənbəni redaktə et]

  • Аскеров М. М., Сулейманов А. Б. Ремонт скважин : Справочное пособие // Москва, Недра – 1993, 224 с.
  • Сулейманов А. Б., Карапетов К. А., Яшин А.С. Техника и технология капитального ремонта скважин // Москва, Недра – 1987, 316 с.
  • Сулейманов А. Б., Кулиев Р. П., Саркисов Э. И., Карапетов К. А. Эксплуатация морских нефтегазовых месторождений // Москва, Недра – 1986, 285 с.
  • Сулейманов А. Б., Карапетов К. А., Яшин А.С. Практические расчеты при текущем и капитальном ремонте скважин // Москва, Недра – 1984, 224 с.
  • Сулейманов А. Б., Абдуллаев А. А., Асланов М. М. Совершенствование организационной структуры автоматитизрованных промыслов // Москва, Недра – 1968, 220 с.
  • Сулейманов А. Б. Разработка нефтяных месторождений скважинами малого диаметра // Баку, Азернешр - 1965, 454 с.
  • Сулейманов А. Б. Технология и техника эксплуатации скважин малого диаметра. Ред. А. Х. Мирзаджанзаде // Баку, Азернефтнешр - 1960, 220 с.
  • Сулейманов А. Б. Опыт эксплуатации скважин с 4-дюймовыми эксплуатационными колоннами // Москва-Ленинград, Гостоптехиздат – 1953, 48 с.

Haqqında[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Gubkin University". 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-25.
  2. "Ələkbər Bağır oğlu Süleymanov". 2013-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-31.
  3. ""Azərbaycan Neft Təsərrüfatı"". 2022-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-26.
  4. Справочная книга по добыче нефти. Под ред. д-ра техн. наук Ш. К. Гиматудинова. Mосква, Недра, 1974, стр. 277
  5. Технология и техника добычи нефти: учебник для вузов / А. Х. Мирзаджанзаде, И. М. Аметов, А.М. Хасаев, В. И. Гусев. Под ред. проф. А. Х. Мирзаджанзаде. Москва, Недра, 1986, стр. 161.
  6. Azərbaycan Sovet Ensiklopediyası - IX Cild (S,T,U,Ü,F). Bakı, Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası - 1986, səh.100
  7. Сулейманов Алекбер Багир оглы (1916-2000) / Энциклопедический альбом нефти и газа России - история в лицах и свершениях // Москва, Ника-Д, 2012, стр. 804.
  8. "Сосногорский ГПЗ презентовал книгу «Энциклопедический альбом нефти и газа России — история в лицах и свершениях". 2019-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-15.
  9. "Kəmalə İsgəndərova. Dənizdə neft hasilatının işlədilməsində Ələkbər Süleymanovun rolu. Azərbaycan Respublikasının Milli Arxiv Idarəsi". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-10.