Əkbər Ənnağıyev — Vikipediya

Əkbər Ənnağıyev
Əkbər Əsgər oğlu Ənnağıyev
bayraq
Azərbaycan SSR kommunal təsərrüfatı nazirinin müavini
bayraq2
1963 – 1967
Azərbaycan SSR Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri
bayraq2
1959 – 1961
Əvvəlkivəzifə təsis olundu
SonrakıMusa Ağayev
bayraq
SSRİ Nazirlər Soveti yanında Əmək Ehtiyatları Baş İdarəsinin rəisi
bayraq2
1954 – 1959
bayraq
Azərbaycan Dəmiryolu Siyasi şöbəsinin rəisi
bayraq2
bayraq
Bakı Şəhər Dzerjinski Rayon Komitəsinin birinci katibi
bayraq2
1946 – 1949
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Naxçıvan  Rusiya İmperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR
Milliyyəti SSRİ SSRİAzərbaycan Azərbaycan azərbaycanlı
Partiya Kommunist partiyası

Əkbər Əsgər oğlu Ənnağıyev

Əkbər Əsgər oğlu Ənnağıyev 1911-ci ildə Naxçıvanda anadan olub.

O, 1927-1930-cu illərdə Zaqafqaziya Dəmiryolu Fabrik-Zavod Şagirdliyi Məktəbində təhsil alıb.

İkinci Dünya müharibəsində iştirak edib, 1941-ci ilin iyununda ordu sıralarına çağırılıb. 1941-ci ilin oktyabrına qədər Xalq Daxili İşlər Komissarlığının Qərb Hərbi Dairəsində, sonra isə Zaqafqaziya cəbhəsindəki Xüsusi şöbənin rəisi vəzifələrində çalışıb. Ordudan tərxis edildikdən sonra - 1941-ci ilin oktyabrından 1942-ci ilin yanvarına qədər AKP MK-nın Nəqliyyat şöbəsinin müdiri, 1942-ci ilin yanvarından 1943-cü ilin yanvarına qədər isə Zaqafqaziya Dəmiryolunun Bakı bölməsinin Siyasi şöbəsinin rəisi olub.

1947-ci ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçilib. Samur-Dəvəçi kanalının inşasında fəaliyyətinə görə "Şərəf nişanı" ordeni ilə təltif edilib.

1954-1959-cu illərdə SSRİ Nazirlər Soveti yanında Əmək Ehtiyatları Baş İdarəsinin rəisi, 1959-1961-ci illərdə Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri vəzifələrində işləyib. Öz işinə hər zaman ciddi münasibət göstərən Əkbər Ənnağıyev bu sahənin inkişafı və yeni dövrün tələblərinə uyğunlaşdırılması üçün səy və bacarığını əsirgəməyib.

1963-cü ildə Azərbaycan SSR kommunal təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib. "Qırmızı əmək bayrağı" ordeninə layiq görülüb.

Əkbər Ənnağıyev 1967-ci ildə vəfat edib[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2017-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-22.