Əhməd ibn Əbdülmalik — Vikipediya

I Əhməd
Dərbəndin V əmiri
27 fevral 939 – 976
ƏvvəlkiƏbdülmalik ibn Haşim
Xəşrəm Əhməd (Ləzgi əmiri) (953, sentyabr)
SonrakıMaymun ibn Əhməd
Heysəm (iyun, 939)
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Dərbənd
Vəfat tarixi
Vəfat yeri Dərbənd
Milliyyəti ərəb
Atası Əbdülmalik ibn Haşim
Uşaqları Maymun ibn Əhməd
Həsən ibn Əhməd
Məhəmməd ibn Əhməd

I Əhməd - Dərbənd Haşimiləri sülaləsindən olan beşinci müstəqil Dərbənd əmiridir.[1]

Hakimiyyəti[redaktə | mənbəni redaktə et]

Atasının vaxtsız ölümündən sonra əmir olmuşdu. Atasının basdırılmasından 3 gün sonra əmir elan olunmuşdu. Hələ 3 yaşı var idi. Taxta çıxmasından 5 ay sonra əmirlər üsyan edərək Şirvanşah şahzadəsi, Heysəmi əmir elan etdilər. Daha sonra əmirlər onu da devirərək, Əhmədi 941-ci ildə, 6 yaşında yenidən əmir elan etdilər. Elə 6 ay sonra, dekabrda Əhməd bir daha devrildi. Şahzadə Heysəm bir daha əmir elan olundu. 954-cü ilin martında Əhməd bir daha əmir elan olundu. 968-ci ildə Salari İbrahimlə müttəfiqlikdən qaçan əmir Salari ordusunu geri oturtdu. Bu vaxt şahzadə Heysəm ona sığındı və Əhməd bundan istifadə edərək Sərirlilərlə birlikdə Şirvanşahlar dövlətinə yürüşlərə başladı. 969-cu ildə qalanı yenidən təmir etdirən Əhmədin dövründə əmirliyin siyasi nüfuzu artdı.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. V.Minorski -Şirvan və Dərbənd tarixi