Əfqan Soltanov — Vikipediya

Əfqan Soltanov
Əfqan Soltan oğlu Soltanov
Doğum tarixi (67 yaş)
Doğum yeri Mingəçevir, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1979-ci ildən
Təhsili ADMİU
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2002

Əfqan Soltan oğlu Soltanov (1957, Mingəçevir) — Azərbaycanlı aktyor.

Həyatı[redaktə | mənbəni redaktə et]

1957–ci ildə Mingəçevir şəhərində fəhlə ailəsində anadan olub. Mehdi Hüseynzadə adına 3 saylı şəhər orta məktəbini bitirib. 1975–ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsinə daxil olaraq orada təhsilini davam etdirib. İnstitutda ilk dəfə "Zəng edin və gəlin" tamaşasında həkim rolunu oynayıb. 1979–cu ildə institutu müvəffəqiyyətlə bitirdikdən sonra onu təyinatla Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrına göndəriblər. Qeybulla Rəsulovun "Əlvida Hindistan" əsərində Ramo obrazını yaradıb. Sonralar C.Cabbarlının "Solğun çiçəklər"ində Bəhram, M.İbrahimovun "Kəndçi qızı" və "Don Juan" əsərlərində Vahid və Don Juan, İ.Əfəndiyevin "Unuda bilmirəm" pyesində Kamran, A.Şaiqin "Eloğlu"sunda Eloğlu və başqa rollarda çıxış etmişdir. 1993–cü ildə Bakı Bələdiyyə Teatrında fəaliyyətə başlayan Əfqan "Tomris" əsərində Arxalan rolu ilə ilk dəfə səhnəyə çıxır. Az sonra Əfqan Soltanov Süleyman Rəşidinin "Mənim Ərdəbilim" komediyasında Kərim, N.Nərimanovun "Nadir şah" faciəsində Xan, C.Cabbarlının "Dönüş"ündə Əli Muxtar, A.Məmmədovun "Dəli Domrul"unda Əzrayıl, R.İçərişəhərlinin "Vətənə igidlər gərəkdir" əsərində Sarkis, C.Məmmədquluzadənin "Ölülər"ində Hacı Baxşəli və başqa rollarda teatr rəhbərliyinin və tamaşaçıların böyük rəğbətini qazanır. Hazırda Əfqan Soltanov Cavidin "İblis" tamaşasında Yaralı zabit, Xalid Əlimirzəyevin "Daşa dönmüş ürəklər"də Ziya, Abdulla Qurbaninin "Türk sancağı" tamaşasında Kəlbəlayı Abbas, Aqşin Babayevin "Oğul"unda – Vaqif, İnqilab Kərimovun "Xəyanətin müsibəti"ndə İmam Həsən, Nigar Rəfibəylinin "Məhsəti" tamaşasında şair xanəndə rollarında müvəffəqiyyətlə çıxış edir.

2002–ci ildə Bakı Bələdiyyə Teatrının 10 illiyində Əfqan Soltanova yaradıcılığındakı nailiyyətlərinə görə Azərbaycanın əməkdar artisti fəxri adı verilib.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Kişilər (film, 1979) — Ələbbas
  2. Şeytan göz qabağında (film, 1987) — polis
  3. Tomris (film, 1993) — Arxalan
  4. Vətənə igidlər gərəkdi (film, 1994) — Sarkiz
  5. Mənim Ərdəbilim (film, 1994) — Kərim
  6. Nadir Şah (film, 1996) — Məhəmməd Xan
  7. Ah, ədalət!
  8. Ağ və qara — sərgərdan
  9. İnsan və İblis (film, 1999) — hökmdar
  10. Dəli Domrul (film, 1999) — əzrayil
  11. Dönüş (film, 2000) — Əlimuxdar
  12. Salur Qazanın evi talandığı boy (film, 2001)
  13. Ölülər (film, 2001) — Hacı Baxşəli
  14. Tənha bülbülün rəqsi (film, 2003) — Mircəfər Bağırov
  15. Oğul (film, 2003) — Vaqif
  16. Bir anın həqiqəti (film, 2003)
  17. İslamda xəyanət (film, 2004) — İmam Həsən
  18. Türk sançagı (film, 2006) — Kərbəlayi Abbas
  19. Yoxlama (film, 2006)
  20. Bəylik dərsi (film, 2009) — Bolu
  21. Mürafiə vəkilləri (film, 2012) — Aga Mərdan
  22. Səndən sonra (teleserial, 2013) — Rövşən
  23. Həmişəyaşar sənətkar... Əli Zeynalov (film, 2015)
  24. Məkir və məhəbbət (film, 2016) — Müller
  25. Ögey ana (teleserial, 2017) — Namiq
  26. Nargin faciəsi (film, 2017) — Əjdər Aşurbəyov
  27. 28 iyun (teleserial, 2018) — Nazim
  28. Qara yazı (teleserial, 2019)