Ədilə Namazova — Vikipediya

Adilə Namazova
Namazova Ədilə Əvəz qızı
Doğum tarixi 9 sentyabr 1926(1926-09-09)
Doğum yeri
Vəfat tarixi 16 dekabr 2020(2020-12-16)[1][2] (94 yaşında)
Vəfat yeri
Elm sahəsi pediatriya[3]
Elmi dərəcəsi tibb elmləri doktoru
Elmi adı professor
İş yerləri Azərbaycan Tibb Universiteti, 1-ci Uşaq xəstəlikləri kafedrasının müdiri
Təhsili
Tanınmış yetirmələri 72-fəlsəfə doktoru
12-elmlər doktoru
Tanınır Uşaq xəstəliklərinin öyrənilməsi;
Üzvlüyü
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1981Azərbaycan SSR Dövlət mükafatı — 1982
"Şərəf" ordeni — 2011 "Şöhrət" ordeni — 1996 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı

Ədilə Namazova (bəzi mənbələrdə:Adilə Namazova, tam adı: Ədilə Əvəz qızı Namazova; 9 sentyabr 1926, Seyidli16 dekabr 2020[1][2], Bakı) — Azərbaycan pediatrı, kardioloq. Tibb elmləri doktoru (1965), professor (1966), SSRİ Tibb EA-nın müxbir üzvü (1971), Əməkdar elm xadimi (1981), Azərbaycan EA-nın həqiqi üzvü (1983), Rusiya Federasiyası Tibb EA-nın həqiqi üzvü (1993), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982).

Həyatı[redaktə | mənbəni redaktə et]

Ədilə Namazova 1926-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Orta təhsilini Ağdamda almış, 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə Ağdam rayon mərkəzi xəstəxanasında başlamışdır.

1965-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunun klinik pediatriya kafedrasının müdiridir. 1965-ci ildə tibb elmləri doktoru dərəcəsi almışdır. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmişdir. Hazırda Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının üzvüdür.

1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür. AMEA-nın həqiqi üzvüdür. 1976-cı ildən Azərbaycan Pediatrlar Cəmiyyətinin sədridir.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəyasət heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidentidir. SSRİ Ali Sovetinin deputatı olmuşdur.

Adilə Namazovanın tədqiqatları uşaqlarda revmatizmin fəal dövründə ürəyin funksional vəziyyətinin, ürək arakəsmələrinin anadangəlmə qüsurlarının xüsusiyyətlərinin öyrənilməsi olmuşdur. O, ürək üzərində cərrahi əməliyyata — korreksiyaya göstəriş və əks-göstərişi müəyyənləşdirmiş, ilk dəfə olaraq ürəkdə aparılmış cərrahi əməliyyatların yaxın və uzaq dövrlərdə nəticələrini qiymətləndirmişdir.

Azərbaycanın ilk qadın pediatr alimi sayılır. 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir.

SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü olmuşdur.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Tədqiqat sahələri[redaktə | mənbəni redaktə et]

  • Uşaq xəstəliklərinin öyrənilməsilarda revmatizmin fəal dövründə ürəyin funksional vəziyyətinin öyrənilməsi;
  • Uşaqlarda ürək arakəsmələrinin anadangəlmə qüsurlarının xüsusiyyətlərini öyrənilməsi, ürək üzərində cərrahi əməliyyata-korreksiyaya göstəriş və əks göstəriş müəyyənləşdirilməsi;
  • İlk dəfə olaraq ürəkdə aparılmış cərrahi əməliyyatların yaxın və uzaq dövrlərdə (20 il) nəticələrinin qiymətləndirilməsi;
  • Hipertoniya və hipotoniya xəstəlikləri uşaq və yeniyetmə yaşlarından başlayaraq insanın həyatı boyu bu və ya digər kəskinlikdə davam etdiyinin dünyada ilk dəfə olaraq sübut edilməsi;
  • İlk dəfə olaraq hipertoniya və hipotoniya xəstəliklərinin uşaqlarda və yeniyetmələrdə təsnifatı.

Xatirəsi[redaktə | mənbəni redaktə et]

2007-ci ildə "Salnamə" sənədli filmlər studiyasında çəkilmiş Akademik Adilə Namazova adlı qısametrajlı sənədli film həsr olunmuşdur.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Orxan Zakiroğlu (Baharlı). Ağdam şəhər 1 nömrəli orta məktəbin tarixi (1883–1993). I kitab. Bakı, 2016

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]