Əbu Mehdi əl-Mühəndisi — Vikipediya

Əbu Mehdi əl-Mühəndisi
ərəb. جمال جعفر محمد علي إبراهيمي‎Camal Cəfər
Əbu Mehdi əl-Mühəndisi 2018-ci ildə
Əbu Mehdi əl-Mühəndisi 2018-ci ildə
Şəxsi məlumatlar
Doğum adı جمال جعفر محمد علي آل إبراهيم
Doğum tarixi 1 iyul 1954(1954-07-01)[1]
Doğum yeri
Vəfat tarixi 3 yanvar 2020(2020-01-03)[2][1] (65 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ABŞ Silahlı Qüvvələri tərəfindən Bağdad Beynəlxalq Hava Limanına endirilmiş raket zərbələri nəticəsində öldürülümşdür.
Vətəndaşlığı
Uşağı 12
Hərbi fəaliyyəti
Mənsubiyyəti İran İran
Qoşun növü Xalq Səfərbərlik Qüvvələri
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbu Mehdi əl-Mühəndisi (ərəb. جمال جعفر محمد علي إبراهيمي‎; 1 iyul 1954[1], Bəsrə3 yanvar 2020[2][1], Bağdad Beynəlxalq Hava Limanı[d][3]) — Əsasən İraqdakı fəaliyyəti ilə tanınmış Xalq Səfərbərlik Qüvvələrinin (Al-Hashd Al-Sha'abi) komandanı, İran dövlət xadimi.

Əl-Mühəndisinin adı daha çox 2014–2015-ci illərdə rəhbərlik etdiyi hərbi biləşmənin İraq Şam İslam Dövlətinə qarşı apardığı uğurlu hərbi əməliyyatlarda hallanmışdır. İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinə olan yaxınlığı ilə bilinirdi.

Bir müddət Katibi Hizbullah təşkilatında rəhbər vəzifələr tutmuş əl-Mühəndisi Səddam Hüseyninin İraq Prezindenti olduğu dövrdə İslam İnqilabı Keşikçiləri Korpusunun tərkibində ona qarşı mübarizə aparmışdır. 1980-ci illərdə Küveytdəki fəaliyyətləri səbəbindən barəsində terrorizmin yayılması və dəstəklənməsi iddiaları səslənmişdir.[4] 1983-cü ildə Küveytdə baş vermiş partlayışın təşkilatçılığında ittiham olunaraq Küveyt məhkəməsi tərəfindən haqqında qiyabi olaraq edam cəzası çıxarılmışdır.

Əbu Mehdi əl-Mühəndisi Amerika Birləşmiş Ştatları tərəfindən rəsmən terrorçu kimi tanınmışdır.[5] 2020-ci ilin 3 yanvar tarixində İraqın paytaxtı Bağdad şəhərində yerləşən Bağdad Beynəlxalq Hava Limanına ABŞ Silahlı Qüvvələri tərəfindən endirilmiş raket zərbələri nəticəsində öldürülmüşdür.[6] Hadisə nəticəsində əl-Mühəndisi ilə birlikdə olan İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru, Qüds qüvvələrinin komandiri Qasım Süleymanidə həlak olmuşdur.[7][8]

Həyatı[redaktə | mənbəni redaktə et]

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru, Qüds qüvvələrinin komandiri Qasım Süleymani (solda) və Xalq Səfərbərlik Qüvvələrinin komandanı Əbu Mehdi əl-Mühəndisi (sağda) , Qasım Süleymaninin atasının hüzür mərasimində. (2017, Tehran)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 The Fine Art Archive. 2003.
  2. 1 2 Les États-Unis tuent un puissant général iranien, l’Iran promet de le venger (fr.). La Presse, 2020.
  3. 1 2 https://www.lapresse.ca/international/moyen-orient/202001/02/01-5255533-general-iranien-tue-par-les-etats-unis-risque-descalade-guerriere-en-irak.php (fr.). La Presse, 2020.
  4. "Iraqi Army still ineffective despite U.S. training". Newsweek. Reuters. 4 June 2016. 3 January 2020 tarixində arxivləşdirilib.
  5. Lawrence, John. "Iraq Situation Report: May 23–25, 2015". understandingwar.org. Institute for the Study of War. 26 May 2015. 3 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 May 2015.
  6. Hassan, Falih; Rubin, Alissa J.; Crowley, Michael. "Iraqi TV Reports Strike Kills Powerful Iranian Revolutionary Guard Commander". The New York Times (ingilis). 2020-01-02. ISSN 0362-4331. 2020-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-03.
  7. Crowley, Michael; Hassan, Falih; Schmitt, Eric. "Top Iranian General Qassim Suleimani Is Killed on Trumps's Orders. Officials Say". The New York Times. 2 January 2020. 3 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2020.
  8. Lawler, Dave. "U.S. kills top Iranian commander Qasem Soleimani". Axios. 2 January 2020. 3 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2020.