Əbu Huzeyfə — Vikipediya

Əbu Huzeyfə
Doğum tarixi 581
Doğum yeri
Vəfat tarixi 633
Atası Ütbə ibn Rəbiə

Əbu Huzeyfə[1] (581, Məkkə633, ərəb. أبو حذيفة‎) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi.

Atası Məkkənin və bütpərəstlərin qabaqcıl simalarından biri olan Utbe bin Rəbiədir. O, həm də “qara ciyər yeyən qadın” kimi məşhur olan Hind binti Utbanın bacısıdır.

Əbu Huzeyfə atasının bütün maneələrinə baxmayaraq müsəlman olur. Rəvayətlərdə onun 44-cü müsəlman şəxs olduğu bildirilir. O, həm də Məkkə dövründə yazıb-oxumağı bacaran 17 nəfərdən biri idi.

Sehlə binti Süheyl ilə evlənir və Həbəşistana iki hicrətdə iştirak edir. Sonra Məkkəyə qayıdır və hicrətə qədər orada qalır. Bədr, Uhud və Xəndək döyüşlərində və digər bütün hərbi əməliyyatlarda iştirak etmişdir. O, atası Ütbə ibn Rəbiəni Bədrdə döyüşündə duelə çağırır, lakin Məhəmməd onun atası ilə döyüşməsini istəmir.

Əbu Huzeyfə 633-cü ildə Yamama döyüşündə şəhid olur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2015-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-12.