Əbu Cəhl — Vikipediya

Əbu Cəhl
ərəb. عمرو بن هشام بن المغيرة المخزومي القرشي الكناني (أبو جهل)
Doğum tarixi 570-ci illər
Doğum yeri
Vəfat tarixi 13 mart 624(0624-03-13)[1]
Vəfat səbəbi döyüşdə ölüm[2]
Uşağı
Fəaliyyəti siyasətçi

Əbu Hәkәm Əmr ibn Hişam, Əbu Cəhl adı ilə tanınır (570-ci illər, Məkkə13 mart 624[1], ərəb. أبو جهل‎) — Məhəmməd peyğəmbərin әn qatı əleyhdarlarından biri. Qureyşilәrin Mәxzum qolundan olması bilinir. Məhəmməd peyğəmbərlə eyni ildə doğulmuşdur.

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

Onun tam adı Əbu əl-Həkəm Əmr ibn Hişam ibn əl-Muğira ibn Abdullah ibn Umar əl-Qureyşidir. Bənu Məxzum nəslindəndir.

Peyğəmbərlik missiyası başlayandan sonra Məhəmmədə qarşı çıxır və Məkkənin ilk müsəlmanlarını təqib edir. Əbu Cəhl İslamın ilk şəhidi Əmmar ibn Yasirin anası Süməyyanı öldürən şəxsdir. Xüsusi qəddarlığına və barışmazlığına görə müsəlmanlar onu Əbu Cəhl (“cahilliyin atası”) adlandırırdılar [4].

Əbu Cəhl müsəlmanların boykot edilməsinin təşəbbüskarlarından biri olmuş və onun aradan qaldırılmasına çalışmışdır. Məhəmməd peyğəmbər Mədinəyə köçməzdən əvvəl o, nüfuzlu Məkkəliləri Məhəmməd peyğəmbərə sui-qəsd etmək üçün hər qəbilədən bir nümayəndə seçməyə dəvət edir.

Müsəlmanlar Mədinəyə hicrət etdikdən sonra onlara qarşı düşmənçilik fəaliyyətini davam etdirir. 624-cü ildə Əbu Süfyanın karvanını qorumaq üçün hərbi dəstəyə başçılıq edir və Qüreyşlə müsəlmanlar arasında ilk böyük silahlı toqquşmaya girir (bax: Bədr döyüşü). Müsəlmanlar bütpərəstlərin ordusunu məğlub edir və Əbu Cəhl özü də bu döyüşdə həlak olur.

Müsəlmanlar Kolosint bitkisinə (lat. Citrullus colocynthis) “Əbu Cəhlin qarpızı” adını vermişlər[3].

İstinadlar[redaktə | mənbəni redaktə et]