Əbdülməcid Təbbun — Vikipediya

Əbdülməcid Təbbun
ərəb. عبد المجيد تبون
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti
19 dekabr 2019 – h.h
ƏvvəlkiƏbdülqadir bin Salah
Əlcəzair Xalq Demokratik Respublikasının Müdafiə Naziri
19 dekabr 2019 – h.h
ƏvvəlkiƏhməd Qayid Salah Əbdüləziz Buteflika
Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri
25 may 2017 – 15 avqust 2017
ƏvvəlkiƏbdülməlik Sallah
SonrakıƏhməd Uyahya
Əlcəzair Xalq Demokratik Respublikasının Ticarət Naziri
19 yanvar 2017 – 15 avqust 2017
ƏvvəlkiBaxti Belayib
SonrakıƏhməd Səci
Əlcəzair Xalq Demokratik Respublikasının Mənzil və Şəhərsalma Naziri
3 sentyabr 2012 – 25 may 2017
ƏvvəlkiNurəddin Musa
SonrakıYusif Şurfə
Əlcəzair Xalq Demokratik Respublikasının Mənzil və Məskunlaşma Naziri
31 may 2001 – 4 iyun 2002
ƏvvəlkiAbdulla Bunikraf
SonrakıMəhəmməd Nadir Həmimid
Əlcəzair Xalq Demokratik Respublikasının Yerli İcmalar üzrə Nazir nümayəndəsi
18 iyun 1991 – 22 fevral 1992
ƏvvəlkiBinəli Hənni
SonrakıƏhməd Nuyi
26 iyun 2000 – 31 may 2001
ƏvvəlkiNurəddin Qəsdali
SonrakıDaho Uld Qəbilə
Əlcəzair Xalq Demokratik Respublikasının Rabitə və Mədəniyyət Naziri
23 dekabr 1999 – 26 iyun 2000
ƏvvəlkiƏbdüləziz Rəhabi
SonrakıMahiyyətdin Əmirur
Tizi-Uzu vilayətinin valisi
26 iyul 1989 – 18 iyun 1991
ƏvvəlkiƏhməd Əl Qazi
SonrakıMustafa Bənmənsur
Tiaret vilayətinin valisi
13 may 1984 – 10 iyul 1989
ƏvvəlkiMəhəmməd Sağır Hərduçi
SonrakıRəbah Bubərtax
Adrar vilayətinin valisi
30 yanvar 1983 – 13 may 1984
ƏvvəlkiƏbdülkərim Budequma
SonrakıƏbdülmalik Sallal
Şəxsi məlumatlar
Doğum tarixi (78 yaş)
Doğum yeri Meçeriya, Əlcəzair
Partiya
Fəaliyyəti siyasətçi
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbdülməcid Təbbun (ərəb. عبد المجيد تبون‎; 17 noyabr 1945, Meçeriya[d], Naama vilayəti[d]) — əlcəzairli siyasətçi, 2019-cu ilin dekabrından etibarən Əlcəzair Prezidenti və Müdafiə Naziri.[1]

Keçmiş Prezident Əbdüləziz Buteflikadan və keçmiş Dövlət Başçısı vəzifəsini icra edən Əbdülqadir bin Salahdan icra vəzifəsini aldı. Daha əvvəl 2017-ci ilin mayından 2017-ci ilin avqustuna qədər Əlcəzairin Baş naziri olub. Bundan əlavə, 2001–2002-ci illərdə bir il, 2012-ci ildən 2017-ci ilədək 5 il müddətində yenidən Mənzil Naziri seçilib.

Həyatı[redaktə | mənbəni redaktə et]

Təbbun 17 noyabr 1945-ci ildə Əlcəzairin Meçeriya şəhərində anadan olmuşdur. 1965-ci ildə Milli İdarəetmə Məktəbini bitirib.[2]

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Təbbun 1991–1992-ci illərdə Şadli Bencədidin prezidentliyinin son aylarında Yerli İdarəetmə Nazirinin nümayəndəsi idi. Daha sonra Prezident Əbdüləziz Buteflikanın dövründə hökumətdə 1999–2000-ci illər arasında Rabitə və Mədəniyyət Naziri, daha sonra 2000–2001-ci illər arasında Yerli İdarəetmə Nazirinin Nümayəndəsi vəzifələrində çalışdı. 2001–2002-ci illərdə Mənzil və Şəhərsalma Naziri oldu. On il sonra, 2012-ci ildə Baş nazir Əbdülmalik Sallal hökumətindəki Mənzil Naziri vəzifəsinə qayıtdı. Panama sənədlərində də iştirak etdi.[3]

2017-ci ilin may ayında keçirilən parlament seçkilərindən sonra Prezident Buteflika Təbbunu 24 may 2017-ci ildə Sallahdan sonra Baş nazir vəzifəsinə gətirdi. Təbbunun təyinatı Sallahın yenidən təyin olunmasını gözləyən Əlcəzair siyasi elitaları tərəfindən gözlənilməz hesab edildi. Mayın 25-də Təbbunun başçılığı ilə yeni hökumət təyin edildi.

Təbbun üç aydan az müddətdə Baş nazir vəzifəsini icra etdi. Buteflika onu işdən çıxartdı və 15 avqust 2017-ci il tarixində Əhməd Uyahianın yerinə təyin etdi, ertəsi gün Uyahia vəzifəsinə başladı.

12 dekabr 2019-cu ildə Təbbun hər iki əsas partiyanın namizədlərinə qarşı səslərin 58%-i toplayaraq 2019-cu ildə Əlcəzairda keçirilmiş prezident seçkilərindən sonra prezident seçildi. 19 dekabrda vəzifəsinə başladı və prezident səlahiyyətlərini icra edən Əbdülqadir bin Salahı "Milli Ləyaqət Ordeni" ilə təltif etdi.

Prezident fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Hirak hərəkatının ilk ildönümü ərəfəsində Prezident Əbdülməcid Təbbun Əlcəzairdə milli mediaya verdiyi açıqlamada Əlcəzairdə fevralın 22-də "Demokratiya Uğrunda Xalqla Orduları arasında Milli Qardaşlıq və Birlik Günü" elan ediləcəyini elan etdi.[4] Eyni açıqlamada Təbbun Hirak hərəkatının lehinə danışaraq "mübarək Hirakın ölkəni tamamilə çöküşdən qurtardığını" və "bütün tələbləri yerinə yetirmək üçün şəxsi öhdəlik götürdüyünü" bildirdi. 21 və 22 fevral 2020-ci il tarixlərində Hirak hərəkatının ildönümünü və milli bayramını qeyd etmək üçün nümayişçilər kütləsi toplandı.

COVID-19 pandemiyasına qarşı mübarizə üçün Təbbun 17 mart 2020-ci il tarixində "niyyətlərindən asılı olmayaraq yürüş və mitinqlərin" qadağan olacağını elan etdi. Etirazçılar və jurnalistlər bu cür yürüşlərdə iştirak etdiklərinə görə həbs edildikdən sonra Təbbun "əlcəzairliləri susdurmaq" cəhdində günahlandırıldı.

28 dekabr 2019-cu ildə yeni vəzifəyə başlayan Prezident Təbbun "yeni respublikanın təməllərini" müzakirə etdiyi Əlcəzairin keçmiş dövlət başçısı Əhməd Benbitur ilə görüşdü.

8 yanvar 2020-ci il tarixində Təbbun əvvəlki konstitusiyanı nəzərdən keçirmək və lazımi düzəlişləri etməkdən məsul 17 nəfərlik "ekspertlər heyəti" yaratdı. Elə həmin gün Larabaha göndərdiyi məktubda Təbbun komissiyanın müzakirəsinə diqqət yetirməli olduğu yeddi göstərişi qeyd etdi. Bu sahələrə vətəndaşların hüquqlarının gücləndirilməsi, korrupsiyaya qarşı mübarizə, Əlcəzair hökumətində güc nisbətinin gücləndirilməsi, parlamentin nəzarət səlahiyyətlərinin gücləndirilməsi, məhkəmə müstəqilliyinin təşviqi, vətəndaşların qanun qarşısında bərabərliyinin təşviqi və seçkilərin konstitusiyalaşdırılması daxil idi.

Təbbun 2020-ci ilin yanvarında Baş nazir Qeradanı hər cür irqçiliyə, regionalizmə, siyasi fikrə, dinə və irqə əsaslanan nifrət nitqinə qarşı qanun layihəsi hazırlamağı da tapşırdı.

Yenidən işlənmiş konstitusiyanın ilkin layihəsi 7 nay 2020-ci ildə ictimaiyyətə təqdim edildi, lakin Laraba Komissiyası 20 iyuna qədər ictimaiyyətdən əlavə təkliflərə açıq idi. 3 iyuna qədər komissiyaya təxminən 1.200 əlavə ictimai təklif daxil oldu. Bütün düzəlişlər Laraba Komissiyasında nəzərdən keçirildikdən sonra layihə Əlcəzair Nazirlər Kabinetinə təqdim edildi.

4 iyul 2020-ci il tarixində Təbbun referendumun sentyabr və ya oktyabr aylarında keçiriləcəyini açıqladı.

24 avqust 2020-ci ildə referendum 1 noyabr, Əlczayir İstiqlal Müharibəsinin başlamasının ildönümünə təyin edilmişdi.

Yenidən işlənmiş konstitusiya 6 sentyabrda Nazirlər Kabineti, 10 sentyabrda Xalq Məclisi və 12 sentyabrda Millət Şurası tərəfindən qəbul edildi, lakin icrası hazırda 1 noyabr referendumunun nəticələrinə tabedir.

2020-ci ilin oktyabrında Təbbuna COVID-19 diaqnozu qoyuldu və müalicə üçün Almaniyaya getdi. Bu vaxt Baş nazir Əbdüləziz Cərad vəzifəsinə başladı. 29 dekabr 2020-ci il tarixində Təbbun vəzifəsini davam etdirməyə başladı.

Konstitusiya dəyişiklikləri 1 noyabr 2020-ci il tarixli referendumda təsdiq edildi və seçicilərin 66,68%-i dəyişikliklərin lehinə səs verdi.

10 yanvar 2021-ci ildə Təbbun COVID-19 infeksiyasının səbəb olduğu ayaq ağırlaşmalarını müalicə etmək üçün yenidən Almaniyaya uçdu. 12 fevral 2021-ci ildə Əlcəzairə qayıtdı.

16 fevral 2021-ci ildə Əbdülməcid Təbbun hökumətinə qarşı kütləvi etirazlar, ümummilli mitinqlər və dinc nümayişlər dalğası başladı. 18 fevral 2021-ci ildə Təbbun kabinetdə dəyişiklik edəcəyini elan etdi.

2021-ci ilin iyulunda Təbbun Baş nazir Aymən ibn Əbdülrəhman ilə yeni hökumət qurdu.[5]

8 dekabr 2021-ci il tarixində Fransanın Xarici İşlər Naziri Jan-İv Le Drian və Əbdülməcid Təbbun arasında görüş keçirilib. Onlar ikitərəfli münasibətləri və LiviyaMalidə sülhü müzakirə ediblər.[6]

Nişanları[redaktə | mənbəni redaktə et]

Milli[redaktə | mənbəni redaktə et]

  • "Milli Ləyaqət" ordeni

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-22.
  2. "Arxivlənmiş surət". 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-22.
  3. "Arxivlənmiş surət". 2019-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-06.
  4. "Arxivlənmiş surət". 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-22.
  5. "Arxivlənmiş surət". 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-03.
  6. "Arxivlənmiş surət". 2022-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-03.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]