Əbülfəs Qarayev — Vikipediya

Bu məqalə Azərbaycanın keçmiş mədəniyyət naziri vəzifəsində çalışmış şəxs haqqındadır. Həkim, Bakı Şəhər Dumasının üzvü olmuş şəxs üçün Əbülfəz Qarayev səhifəsinə baxın.
Əbülfəs Qarayev
23 aprel 2018 – 21 may 2020
Əvvəlkivəzifə təsis edilib
SonrakıAnar Kərimov
30 yanvar 2006 – 20 aprel 2018
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv olunub
18 aprel 2001 – 30 yanvar 2006
26 iyul 1994 – 18 aprel 2001
Şəxsi məlumatlar
Doğum tarixi 13 noyabr 1956(1956-11-13) (67 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Atası Mürsəl Qarayev
Həyat yoldaşı
Uşağı Suad Qarayeva-Maleki[1]

Təltifləri "Şöhrət" ordeni Grand Cross of Honor for Services to the Republic of Austria "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi Ukraynanın III dərəcəli "Xidmətlərinə görə" ordeni 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbülfəs Mürsəl oğlu Qarayev (13 noyabr 1956, Bakı) — Azərbaycanın keçmiş mədəniyyət naziri.

Həyatı[redaktə | mənbəni redaktə et]

Qarayev Əbülfəs Mürsəl oğlu 13 noyabr 1956-ci ildə Bakı şəhərində anadan olub. 1963-cü ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirib. 1973–1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb. 1978-ci ildə Saatlı rayonunda M. Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi işləyib.

1980–1985-ci illərdə Azərbaycan LKGİMK-nın təşkilat şöbəsinin təlimatçısı, bölmə müdiri, 1985–1989-cu illərdə Azərbaycan KP Nərimanov rayon komitəsində təşkilat şöbəsinin təlimatçısı, təbliğat şöbəsinin müdiri vəzifələrində çalışıb.[2]

1989–1992-ci illərdə — Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasında təhsil alıb (1992-ci ilin yanvar ayında "1918–1930-cu illərdə — Azərbaycan mühacirətinin mədəniyyətşünaslıq aspektləri" mövzusunda dissertasiya müdafiə edərək "Fəlsəfə elmləri namizədi" elmi dərəcəsi almışdır.[2]

1992-ci ildə Rusiya İdarəetmə Akademiyası nəzdində menecerlik və marketinq kurslarında, 1992–1993-cü illərdə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun mədəniyyatşunaslıq kafedrasında Baş müəllim olub.[2]

1993–1994-cü illərdə "İMPROTEKS Kommers" kiçik müəssisəsində müdir vəzifələrində çalışıb.[2]

1994–2001-ci illərdə Gənclər və İdman naziri, 2001–2006-cı illərdə Gənclər, İdman və Turizm naziri, 2006–2018-ci illərdə Mədəniyyət və Turizm naziri vəzifələrində çalışıb. 2018-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin edilmişdir.[2] 21 may 2020-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilmişdir[3].

Tələbəlik dövründə müxtəlif seçkili orqanlara seçilmişdir, 1980–1991-ci illərdə Sov. İKP üzvü olmuşdur, Nərimanov rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir.[2]

Ailəlidir, bir övladı var.

Mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Məşhurların övladları: Əbülfəs Qarayevin menecer qızı - FOTO". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-08.
  2. 1 2 3 4 5 6 "Əbülfəs Qarayev — mədəniyyət naziri. report.az". 2018-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-10-12.
  3. "Ə.M.Qarayevin Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-21.
  4. President.Az. "Ə.M.Qarayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 11.11.2016. 2017-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-11.
  5. Müvafiq sərəncamla Azərbaycan mədəniyyətinin inkişafı sahəsində səmərəli fəaliyyətinə görə Əbülfəz Qarayev "Şöhrət" ordeni ilə təltif edilib. sputnik.az[ölü keçid]
  6. President.Az. "UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.08.2016. 2019-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-08.