ƏSA Teatrı — Vikipediya

ƏSA Teatrı
Müstəqil ƏSA Teatrı
ƏSA Teatrının heyəti
ƏSA Teatrının heyəti
Ümumi məlumatlar
Teatrın tipi İnkluziv
Əsası qoyulub 3 sentyabr 2016
Heyət
Direktor Nihad Qulamzadə
Bədii rəhbər Nihad Qulamzadə
Yerləşməsi
Ünvan Teatr binası yoxdur. İcarə əsasında ofislərdə fəaliyyət göstərir.
teatr.az

ƏSA TeatrıBakıda yerləşən peşəkar inklüziv teatr. Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk inklüziv teatrı.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycanın və eləcə də Qafqazın əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk teatrı olan ƏSA Teatrı 3 sentyabr 2016-cı ildə rejissor və sosial novator Nihad Qulamzadə tərəfindən yaradılmışdır.[2] Yaranması ilə bağlı ictimaiyyətə elan verildikdən dərhal sonra bir çoxları ƏSA Teatrının Azərbaycan incəsənətində inqilabi təşəbbüs olduğunu və yaxud son illər Azərbaycanda baş verən ən müsbət hadisə olduğunu bildiriblər. Müstəqil şəkildə fəaliyyət göstərən teatr heç bir qurumdan və şəxsdən maliyyələşmədən ilk addımlarını atmışdır.[3] Teatrın fəaliyyətə başlaması üçün ilkin maliyyə dəstəyini teatrın hazırkı baş meneceri Nicat Qulam təmin etmişdir.

Adı[redaktə | mənbəni redaktə et]

ƏSA adı bir çoxlarının istifadə etdiyi əl ağacı mənasını daşıyır, eyni zamanda əngəlsiz, sərhədsiz, azad sözlərini özündə birləşdirir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını bərpa etmək və sürətləndirmək, əlilliyi olan və olmayan şəxslərin birgə fəaliyyətini təmin etmək, onların sosial və ictimai rifahını yüksəltmək, nəinki teatrla, incəsənətin digər sahələri ilə də məşğul olmalarına təşviq etmək və s. bu kimi mütərəqqi məqsədlər ƏSA Teatrının yaranmağına səbəb olmuşdur.[4] Qısa zamanda öz üslubu ilə ictimai rəğbət qazana və digər əlilliyi olan şəxslərdə motivasiya yarada bilmişdir. Belə ki, ƏSA-ya qoşulmaq üçün əlilliyi olan və olmayan şəxslər teatra çoxsaylı müraciətlər ünvanlamışlar. Beş nəfərlik heyətlə fəaliyyətə başlayan ƏSA Teatrı müəyyən zamanlarda otuz nəfərdən çox heyətlə fəaliyyətinə davam etmişdir. İlk bir il ərzində əlilliyi olan və olmayan aktyorların iştirakı ilə yeddi tamaşa və iki performans hazırlanmışdır. Bunlar fasilələrlə bir neçə dəfə nümayiş olunub.

Pandemiya dövründə[redaktə | mənbəni redaktə et]

ƏSA Teatrı "Covid-19" pandemiyası ilə bağlı karantin qaydalarına əsasən, tamaşa nümayişlərini 13 mart 2020-ci il tarixindən etibarən dayandırmışdır. Bu müddət ərzində teatr öz tamaşaçıları ilə sosial şəbəkələr və rəsmi internet səhifəsi vasitəsilə görüşüb. Teatrın onlayn formatda təşkil etdiyi tamaşa nümayişləri uğurla baş tutub.[5] Həmçinin ƏSA Teatrı bu müddət ərzində digital monoloq və tamaşa ənənəsini də yaradaraq, inkişaf etdirmişdir.[6] [7]

Müharibə dövründə[redaktə | mənbəni redaktə et]

Xalqımızın şanlı qələbəsi ilə nəticələnən Vətən Müharibəsi dövründə ƏSA Teatrı ordumuza dəstək videoçarxları hazırlayıb. Teatrın heyətinin iştirakı ilə hazırlanan videoçarxlarda Qarabağın hər kəsin ortaq arzusu olduğu vurğulanıb[8], qələbədə əməyi keçənlərə təşəkkür edilib.[9]

Teatr tarixindəki ilkləri[redaktə | mənbəni redaktə et]

ƏSA Teatrı yaranması ilə ölkənin teatr tarixində böyük bir ilkə imza atmışdır. Eyni zamanda teatr, fəaliyyəti dövründə bir çox dünya miqyaslı ilklər həyata keçirmişdir.

  1. ƏSA Teatrı dünyada ilk dəfə teatr tamaşasını işarət dili ilə sinxron şəkildə tərcümə edib. Bu, nitq məhdudiyyəti olan şəxslər üçün atılmış vacib addımlardan biri idi. Beləcə, hazırda tamaşaçılar arasında nitq məhdudiyyətli şəxslər çoxluq təşkil edirlər.
  2. Əlilliyi olan şəxslərlə bağlı ölkə tarixində ilk dəfə sosial videoçarx ƏSA Teatrı tərəfindən hazırlandı. Sosial çarxı çəkməkdə məqsəd cəmiyyətin bütün təbəqələrinin diqqətini ölkədə əlilliyi olan şəxslərə yönəltmək olmuşdur.
  3. Azərbaycan Respublikasının İlham Əliyev teatrın üzvü, əlilliyi olan Gülnar Əlfidatlını mədəniyyət sahəsində göstərdiyi nailiyyətlərə görə Prezident Mükafatı ilə təltif etdi. Bununla da Gülnar Əlfidatlı ƏSA Teatrının aktrisası olaraq əlilliyi olan aktrisa kimi Prezident Mükafatı alan ilk gənc oldu.[10]
  4. ƏSA Teatrının rəhbəri, rejissor Nihad Qulamzadə "Adamlar və siçanlar — 2" tamaşasının quruluşunda Azərbaycanın teatr tarixində bir ilk həyata keçirib. Belə ki, Nihad Qulamzadə tamaşanın quruluşunda film texnikalarından, xüsusilə də fləşbəklərdən istifadə edib. Bununla da teatr tarixinə yeni üslub gətirib.[11]

Mükafatları[redaktə | mənbəni redaktə et]

  1. "Konqres mükafatı" - ABŞ Konqresi tərəfindən [12]
  2. "Şəms milli mükafatı" - "Azərbaycan Cümhuriyyətinin 100 illiyi" münasibətilə Azərbaycan Respublikasının mədəniyyətinə verdiyi töhfəyə görə
  3. "İsti ürək" - Rusiya Federasiyasının Sosial və Mədəni Təşəbbüslər Fondu tərəfindən [13]
  4. "Dəfnə mükafatı" - Mədəniyyət Nazirliyi və Teatro sənət portalının keçirdiyi Respublika üzrə qısa tamaşalar festivalının qalibi [14]

Tamaşa və layihələri[redaktə | mənbəni redaktə et]

Tamaşanın adı Müəllif Əsərin original adı Quruluşçu rejissor Rejissor Prodüser Tarix
DUMB psixodraması[15] Nihad Qulamzadə DUMB mərhələsinin əsası Nihad Qulamzadə Yoxdur Nicat Qulam Noyabr, 2016
İradəni işə sal Nihad Qulamzadə Kapoeyra üslubunda inkluziv performans Nihad Qulamzadə Yoxdur Yoxdur Yanvar, 2017
Yuxum [16] Uilyam Şekspir Yay gecəsində yuxu Şamil İbrahimov Nihad Qulamzadə Nicat Qulam May, 2017
Adamlar və siçanlar [17] Con Steynbek Siçanlar və insanlar haqqında Nihad Qulamzadə Elşən Əsgərov Nicat Qulam Dekabr, 2017
Paris partladı [18] Mirzə Fətəli Axundzadə Hekayəti Müsyo Jordan və Dərviş Məstəli şah Elşən Əsgərov Nihad Qulamzadə Nicat Qulam, Elxan Xanəlizadə İyun, 2018
Göy quş [19] Moris Meterlink Mavi quş Nihad Qulamzadə Səmayə Ağayarova Nicat Qulam, Elxan Xanəlizadə Dekabr, 2018
Sirri-Ənəlhəq [20] [21] Nihad Qulamzadə Nəsiminin həyat və yaradıcılığı Nihad Qulamzadə Yoxudur Nicat Qulam, Elxan Xanəlizadə Sentyabr, 2019
AND [22] [23] Jan Batist Molyer Xəsis Nihad Qulamzadə Səmayə Ağayarova Nicat Qulam Dekabr, 2019
Bərabərik [24] Nihad Qulamzadə İnklüziv pritça Nihad Qulamzadə Səmayə Ağayarova Nicat Qulam Dekabr, 2019
Sevgi, hörmət və bərabərlik naminə [25] [26] Nicat Qulam Sosial çarx Nihad Qulamzadə Elşən Əsgərov Nicat Qulam Yanvar, 2018
Qarabağ - hər kəsin ortaq arzusu [27] [28] Nihad Qulamzadə Sosial çarx - İkinci Qarabağ müharibəsi ilə bağlı Nicat Qulam Nicat Qulam Nihad Qulamzadə Noyabr, 2020
Təşəkkür edirik! [29] [30] Nihad Qulamzadə Sosial çarx - Azərbaycan xalqının İkinci Qarabağ müharibəsindəki tarixi qələbəsi münasibətilə Nicat Qulam Nicat Qulam Nihad Qulamzadə Noyabr, 2020
Mən dəliyəm [31] Elxan Xanəlizadə Digital monoloq - Mən Dəliyəm Nicat Qulam Nicat Qulam Nihad Qulamzadə Yanvar, 2021
İblisin monoloqu [32] Hüseyn Cavid Digital monoloq - İblis Nicat Qulam Nicat Qulam Nihad Qulamzadə Fevral, 2021
Aqafyanın seçimi [33] Qoqol Digital monoloq - Aqafyanın seçimi Nicat Qulam Nicat Qulam Nihad Qulamzadə Mart, 2021
Axır ki, qurtardı [34] Peter Turrini Digital tamaşa - Axır ki, qurtardı Elşən Əsgərov x Nihad Qulamzadə İyun, 2021
Çıxış yoxdur Jan Pol Sartr Bağlı qapı arxasında Nihad Qulamzadə x Nihad Qulamzadə İyun, 2021
Qonşu Nihad Qulamzadə Qonşu mistik-tündrealizm Nihad Qulamzadə x Nihad Qulamzadə Oktyabr, 2021

Qastrol və səfərlər[redaktə | mənbəni redaktə et]

Ölkə və şəhər Tamaşa və layihə Nümayiş yeri Tarix
Naxçıvan Muxtar Respublikası [35] [36] "Adamlar və siçanlar" Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 2018
Amerika Birləşmiş Ştatları [37] [38] "Azərbaycanda inklüziv incəsənət" University of Nevada, Reno Innevation Center 2018
Lənkəran şəhəri [39] [40] "Adamlar və siçanlar" Lənkəran Dövlət Dram Teatrı 2019

Teatrının heyəti[redaktə | mənbəni redaktə et]

Adı Vəzifəsi
Nihad Qulamzadə Təsisçi və rəhbər
Nicat Qulam Baş menecer
Elxan Xanəlizadə Multimedia meneceri
Salatın İbrahimbəyli Texniki menecer
Binyamin Sailov İşıq rəssamı
Famil Mahmudbəyli Fotoqraf
Elşən Əsgərov Aktyor/rejissor
Səmayə Ağayarova Aktyor/rejissor asistenti
İmran Lalayev Aktyor
Elvin Mirzəyev Aktyor
Günay Məmmədova Aktyor
Cəmilə Məmmədli Aktyor
Könül Şahbazova Aktyor
Bəhram Rəhimli Aktyor
Elsevər Rəhimov Aktyor
Rafael Şahbəyli Aktyor
Niyaz İlyasoğlu Aktyor
Lalə Süleymanova Aktyor
Fərid Əliyev Aktyor
Aysel Feziyeva Aktyor
Rəsul Zəkiyev Aktyor
Orxan Əliyev Aktyor
Elvin Şahmərdan Aktyor
Gülnar Əlfidatlı Aktyor
Anar Əliyev Aktyor
Gülçin Qasımova Aktyor

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "ƏSA" teatrı Azərbaycanda əlilliyi olan və olmayan insanlardan ibarət ilk teatrdır https://www.bbc.com/azeri/azerbaijan-37696817 Arxivləşdirilib 2021-01-15 at the Wayback Machine
  2. "Arxivlənmiş surət". 2021-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-19.
  3. "Arxivlənmiş surət". 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-19.
  4. https://www.youtube.com/watch?v=DCsPqoH_2Fw
  5. https://1news.az/az/news/esa-teatri-evdebax-kampaniyasina-baslayib---video
  6. "Arxivlənmiş surət". 2021-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-09.
  7. "Arxivlənmiş surət". 2021-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-09.
  8. "Arxivlənmiş surət". 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-19.
  9. "Arxivlənmiş surət". 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-19.
  10. "Arxivlənmiş surət". 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-14.
  11. "Arxivlənmiş surət". 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-14.
  12. "Arxivlənmiş surət". 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-22.
  13. "Arxivlənmiş surət". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-22.
  14. "Arxivlənmiş surət". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-11.
  15. "Arxivlənmiş surət". 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-19.
  16. "Arxivlənmiş surət". 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-19.
  17. https://1news.az/az/news/inkluziv-esa-teatri-adamlar-ve-sicanlar-tamasasini-teqdim-edib
  18. "Arxivlənmiş surət". 2018-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-19.
  19. "Arxivlənmiş surət". 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-19.
  20. "Arxivlənmiş surət". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-19.
  21. "Arxivlənmiş surət". 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-28.
  22. https://teatro.az/post/168
  23. "Arxivlənmiş surət". 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-29.
  24. "Arxivlənmiş surət". 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-19.
  25. "Arxivlənmiş surət". 2020-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-14.
  26. "Arxivlənmiş surət". 2020-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-19.
  27. "Arxivlənmiş surət". 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-19.
  28. https://www.youtube.com/watch?v=sgvr-14cW6M
  29. "Arxivlənmiş surət". 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-19.
  30. "Arxivlənmiş surət". 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-19.
  31. "Arxivlənmiş surət". 2021-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-09.
  32. "Arxivlənmiş surət". 2021-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-09.
  33. "Arxivlənmiş surət". 2021-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-22.
  34. "Arxivlənmiş surət". 2021-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-02.
  35. "Arxivlənmiş surət". 2021-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-19.
  36. "Arxivlənmiş surət". 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-19.
  37. https://www.youtube.com/watch?v=ctiVNRY4bhE
  38. "Arxivlənmiş surət". 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-19.
  39. "Arxivlənmiş surət". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-19.
  40. https://news.lent.az/news/320601[ölü keçid]


Xarici keçidlər[redaktə | mənbəni redaktə et]