Şur (film, 1967) — Vikipediya

Şur
Janr musiqili
Rejissor Arif Qazıyev
Ssenari müəllifi Arif Qazıyev
Operator Rasim Ocaqov
Rəssam Cəbrayıl Əzimov
İstehsalçı Bakı Televiziya Studiyası
İlk baxış tarixi 1967
Filmin növü qısametrajlı sənədli televiziya film-konserti
Müddət 28 dəq. (montaj versiyası)
Ölkələr SSRİ SSRİ
Dil rusca
İl 1967
Texniki məlumatlar 5 hissə
35 mm
Rəng ağ-qara

Məzmun[redaktə | mənbəni redaktə et]

Azərbaycan musiqisində yeddi əsas muğam vardır. Şur onların arasında əsas yerlərdən birini tutur. Şur xalq tərəfindən yüz illər əvvəl yaradılan Azərbaycan muğamıdır. Qəmgin, poetik və sadə melodiyalarını ilk olaraq çobanlar tütək sədaları altında oxuyardılar. XX əsrdə SSRİ xalq artisti, məşhur bəstəkar Fikrət Əmirov "Şur" və "Kürd ovşarı" simfonik muğamlarında xalqın bu gözəl yaradıcılıq nümunəsini yeni bir məna ilə səsləndirmişdir. Bəstəkarın bu əsərləri dünyanın ən gözəl orkestrlərində, Leopold Stakovski, Niyazi, Nikolay Anosov, Çarl Münş, German Abendrot, Xeşmet Sençeri kimi dirijorların idarəsi ilə səslənərək, Azərbaycan xalqının qədim melodiyalarını aləmə yaymışdır.

"Şur" improvizə xüsusiyyəti daşıdığı üçün televiziya filmində respublikanın ən yaxşı xanəndələri çıxış edir. Onlar qədim muğamın ən incə guşələrini dinləyicilərə çatdırmağa çalışırlar.

Festivallar və mükafatlar[redaktə | mənbəni redaktə et]

1)1968-ci ildə Tbilisidə keçirilən "Prometey-68" kinofestivalı
  • Film mövzunun orijinal həllinə görə xüsusi Diploma layiq görülmüşdür.[1]

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Arif Qazıyev
Quruluşçu rejissor: Arif Qazıyev
Quruluşçu operator: Rasim Ocaqov
Quruluşçu rəssam: Cəbrayıl Əzimov
Səs rejissoru: Tofiq Mirzəyev
Rejissor assistenti: Nurəddin Tağıyev
Operator assistenti: B.Zamçinski, Fazil Hadıyev
Montaj üzrə assistent: L.Sidorova
Filmin direktoru: P.Mejlumbekov
Konsertmeyster: Q.Bayramov
Rəqs qrupu: Z.Camalova, Q.Qurbanov, T.Əliyev, V.Əsədov, R.Əzizov

Filmdə iştirak edənlər[redaktə | mənbəni redaktə et]

Əhməd Bakıxanovun idarəsi ilə Xalq Çalğı Alətləri Ansamblı
Əbülfət Əliyev
Əlibaba Məmmədov
İslam Rzayev
Arif Babayev

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Mədəniyyət TV. "Zəmanə. "Şur" televiziya filmi haqqında" (az.). Youtube.com. 10.07.2020. 2020-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-11.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]