Şua Şeyxov — Vikipediya

Şua Şeyxov
Şua Nəsrulla oğlu Şeyxov
Doğum tarixi 7 noyabr 1905(1905-11-07)
Doğum yeri
Vəfat tarixi 27 yanvar 1970(1970-01-27) (64 yaşında)
Vəfat yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Uşaqları Natəvan Şeyxova, Ramiz Şeyxov
Fəaliyyəti teatr rejissoru, kinorejissor, aktyor, ssenarist
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1943

Şua Nəsrulla oğlu Şeyxov (7 noyabr 1905, Naxçıvan27 yanvar 1970, Bakı) – Azərbaycan teatr və kino rejissoru, aktyor, ssenari müəllifi, Azərbaycan SSR əməkdar artisti (1943).

Həyatı[redaktə | mənbəni redaktə et]

Şua Şeyxov 1905-ci ildə Naxçıvanda anadan olub. O, səhnə fəaliyyətinə 1922-ci ildə Azad Tənqid və Təbliğ Teatrında başlayıb. Burada işləyərkən paralel şəkildə təhsil alıb və Bakı Teatr Məktəbinin 1926-cı ildəki 13 məzunundan biri olub. 1927–1931-ci illərdə Moskva Dövlət Eksperimental Teatr Emalatxanasında teatr rejissorluğu fakültəsinin məzunu olub və 1935–1936-cı illərdə təhsilini Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirib.[1]

Şua Şeyxov 1931–1935-ci illərdə TRAM-da (Fəhlə və Gənclər Teatrı) və Dərbənd Azərbaycan Teatrında rejissorluq fəaliyyəti göstərib. O, 1936-cı ildə "Çapayev (rus.)" filmini Azərbaycan dilinə çevirməklə Azərbaycanda dublyaj sənətinin bünövrəsini qoyub. Bir müddət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor, Qaryagin (Füzuli) Dövlət Dram Teatrında quruluşçu rejissor və bədii rəhbər işləyib.[1] 1936-cı ildən kinoda ikinci rejissor, rejissor və ssenari müəllifi kimi çalışıb.[2]

Rejissor 1970-ci ildə Bakıda vəfat edib.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Səs operatoru Əziz Şeyxovun qardaşı, müğənni-aktrisa Natəvan Şeyxovanın və aktyor Ramiz Şeyxovun atasıdır.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Teatr səhnəsindəki işləri[redaktə | mənbəni redaktə et]

Gənc Tamaşaçılar Teatrında hazırladığı tamaşalar
Tamaşa Müəllif
Çətin dərə Səttar Axundov
Tərlan Cəlal Məmmədov, Mirpaşa Miriyev
Lənkəran xanının vəziri Mirzə Fətəli Axundov
Gənc partizan Nadejda Filippova
Ardı var Brunşteyn
Füzuli Dövlət Dram Teatrında quruluş verdiyi tamaşalar
Eşq və intiqam Süleyman Sani Axundov
Tamahkar Süleyman Sani Axundov
Hacı Qəmbər Nəcəf bəy Vəzirov
Almaz Cəfər Cabbarlı
Sevil Cəfər Cabbarlı

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Rəhimli, İ. Azərbaycan Teatr Ensiklopediyası. III cild. Azərnəşr. 2017. səh. 281–282.
  2. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 50.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.