Şpayxerştadt — Vikipediya

Şpayxerştadt
Ölkə
Daxil edilməsi   (qeyri-məlum sessiya)
Şpayxerştadt xəritədə
Şpayxerştadt
Şpayxerştadt

Şpayxerştadt (alm. Speicherstadt‎, «anbar şəhəri») — dünyanın ən böyük anbar sahəsi, burada bütün binalar palıd ağacından olan taxta təməllər üzərində qurulmuşdur. Hamburq liman şəhərində yerləşir, ümumi uzunluğu 1,5 km-dir. Onun tikintisi 1883-cü ildə başlamış və 1927-ci ildə başa çatdırılmışdır. Rayon, malların rüsumsuz ticarəti üçün liman-frank zonası kimi yaradılmışdır. 5 iyul 2015-ci il tarixində aparılan ciddi bərpa işlərindən sonra Şpayxerştadt UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmişdi.[1]

1815-ci ildən Hamburq azad şəhəri Almaniya ittifaqının üzvü olsa da, Alman Gömrük İttifaqının tərkibinə daxil deyildi. 1871-ci ildə Alman İmperiyası qurulduqdan sonra, rüsumsuz bölgə statusunu itirdi və imperiyanın bir hissəsi oldu. Lakin 1888-ci ilin müqaviləsinə əsasən o, yenidən rüsumsuz ticarət zonasına çevrilib və azad liman statusu aldı.[2]

1883-cü ildə Kervider rayonunun söküntüsü başlandı, nəticədə 20 000-dən artıq insan köçürüldü. 1885-1888-ci illərdə Şpayxerştadt binaları kompleksinin ilk mərhələsi tikilmişdir.[3] 1991-ci ildə Şpayxerştadt Hamburqun qorunan irs obyekti statusunu aldı. 2008-ci ildə Hafensiti kadastr məhəlləsinin bir hissəsi oldu.[4] Şəhərdaxili ərazini canlandırmaq cəhdində Hamburq Hökuməti Hafensiti bölgəsinin inkişafına başladı. Bu qanunun həyata keçirilməsinin əsas məsələsi Elb Filarmoniyasının inşası idi.[5]

İkinci Dünya Müharibəsi zamanı, şəhərin bombalanması Şpayxerştadt binalarının təxminən 50%-i məhv etdi. Onların bəziləri tamamilə dağıdıldığından sonradan bərpa edilməyib. Bu gün isə onların yerində ticarət mərkəzi yerləşir.[6]

Şpayxerştadt ərazisində bir neçə muzey, o cümlədən möcüzələrin miniatür ölkəsi, "Hamburq donjonu" və 2011-ci ilə qədər Əfqanıstan muzeyi yerləşir. Bundan əlavə, ərazidəki binalar hələ də anbar kimi istifadə olunur.[3]

Memarlığı[redaktə | mənbəni redaktə et]

Many houses
1888-ci ildə Şpayxerştadtın kəsik görünüşü.
Many houses
Şpayxerştadt panoramik görünüşü

Anbarlar fərqli dayaq strukturları ilə tikilmişdi, lakin Franz Andreas Meyer kiçik qüllələr, çəpərlər və şüşəli terra cotta bəzəkləri olan neoqotika üslubda qırmızı kərpicdən xarici təbəqə yaratmışdı. Anbarlar su və torpaqdan girişləri olan çoxmərtəbəli binalardırdan ibarətdir. Ən qədim anbarlardan biri Hamburq Beynəlxalq Dəniz Muzeyidir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Шпайхерштадт // unesco.org". 2022-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-18.
  2. Prange, Carsten. Zollanschluß // Franklin Koplitzsch and Daniel Tilgner (redaktor ). Hamburg Lexikon (alman) (3). Ellert&Richter. 2005. səh. 538. ISBN 3-8319-0179-1.
  3. 1 2 Prange, Carsten. Speicherstadt // Franklin Koplitzsch and Daniel Tilgner (redaktor ). Hamburg Lexikon (alman) (3). Ellert&Richter. 2005. 444–445. ISBN 3-8319-0179-1.
  4. "Gesetz über die räumliche Gliederung der Freien und Hansestadt Hamburg (RäumGiG) [Act of the areal organisation]" (alman). 2006-07-06. 2007-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-30.
  5. Jörn Weinhold. Port Culture: Maritime Entertainment and Urban Revitalisation, 1950–2000. Frankfurt am Main: Campus Verlag. Martina Heßler and Clemens Zimmermann. 2008. 179–201. ISBN 978-3-593-38547-1.
  6. "Speicherstadt Hamburg Entwicklungskonzept (German)" (PDF). Hamburg Behörde für Stadtentwicklung und Umwelt. 2012-04. 2016-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-05.